Страницы

30.06.2016

İŞİD İranı məhv etmək məqsədilə yaradılıb

İŞİD İranı məhv etmək məqsədilə yaradılıb. Bəs şiələrin vəzifəsi nədir?

İranın Ali Rəhbəri Seyid Əli Xamenei çıxışında deyib: "İŞİD terror qruplaşması başlıca məqsədini yerinə yetirilməsi üçün yaradılıb: İranın zəbti və məhv edilməsi. İraq və Şam bu məqsədə nail olmaq üçün yalnız hazırlıq mərhələləri idi. Amma İranın düşmənləri bu müharibədə uduzacaqlar, çünki onlar İslam Respublikasının malik olduğu gücü lazımi səviyyədə qiymətləndirmirlər. İran onu diz üstə qoymaq istəyənlərin özlərini diz üstə çökdürər".
Bir neçə gün öncə bunu təsdiqləyən başqa məlumatı da paylaşmışdım. İsrailin hərbi kəşfiyatın rəisi Herzi Halevi deyib: "İsrail İŞİDi-n məğlub olmasını istəmir. Böyük dövlətlərin regiondan getməsi o deməkdir ki, İsrail İrana və Hizbullaha qarşı tək qalacaq. İran və Hizbullah İsraili çətin vəziyyətə qoymaq imkanlarına malikdirlər. Ona görə də biz əlimizdən gələni etməliyik ki, bu baş verməsin".
Və bu həqiqətən də belədir. Suriya müharibəsi İranın bu ölkədə öz qoşunlarını yerləşdirməyə imkan verdi. İndi İran qoşunları Suriyadadır və birbaşa İsrailin sərhədlərinə kimi gedib çıxıblar. 
Qərbin planına görə Bəşər Əsəd tez devrilməli idi. Lakin bu baş vermədi. İran Suriya müharibəsinə müdaxilə etməsəydi, bu ölkənin hərbi potensialı tamamilə düşmənin əlinə keçəcəkdi; indi İraqı heç bir fətva ilə xilas etmək mümkün olmayacaqdı. Mərcələrin cihad fətvasının öz yeri var, amma müharibədə əli yabalı kəndçi yox, hazırlıqlı əsgər və zabitlər döyüşməlidir. Zaman göstərdi ki, İraq ordusu İŞİDin sürətli hücuma hazır deyildi. Ümumiyyətlə, bu ölkə elə bir vəziyyətdə idi ki, onu asanlıqla parça-tikə etdilər.
İndi baxın, Suriya ordusunun hərbi imkanları bu təkfirçilərin əlinə keçsəydi, nə olacaqdı? Suriya ordusunda müharibədən öncə 5000 tank, 4500 zirehli texnika, 500-ə yaxın yaylım atəş sistemləri, yani raket sistemləri, 2600-ə yaxın artilleriya sistemi, 50-60 operativ taktiki raket sistemləri, 250-ə yaxın təyyarə və 100-dən çox helikopter vardı. Bu silahlar və texnika müxtəlif hazırlıq vəziyyətində təfkirçilərin əlinə keçəcəkdi.
İraqa təcavüz zamanı bu qüvvələrin arxasında Suriya kimi dövlətin tək ordu potensialı yox, elə iqtisadi və əhali potensialı da duracaqdı. Bir Allah bilir ki İraqda nələr baş verə bilərdi, və ordaki şiələrin aqibəti nə olacaqdı. Hələ Suriyadaki şiələri və ordaki ziyarətgahları nələr gözləyirdi...
Müharibə göstərdi ki Suriyada heç bir demokratik qüvvə, ya da demokrtaik müxalifət qalib gələ bilməzdi. Çünkü bunlar hamısı bir siyasi oyundur. Suriyanın o qüvvələrin əlinə keçməsi İraq dövlətinin birmənalı şəkildə məhvi demək idi. Amma bu baş vermədi. İran 4 il ərzində Suriyada müqavimət təşkil elədi. Suriyda düşmənın ağır döyüşlərdə əlini-qolunu bağlayaraq İraqa vurulacaq zərbənin gücünü xeyli azaltdı. Və düşməni iki cəbhəyə böldü. İran imkan vermədi ki təkfirçi qruplar İraqa qarşı vahid bir cəbhə yaratsın. Elə indi də Nusra cəbhəsi və İŞİD arasında döyüşlər iranlı kəşfiyatçıların "yardımı" ilə baş verir.
İndi də İran Suriyadan əlini çəksə, bu ölkənin ordusu düşmənə tab gətirməyəcək. Çünkü ordu həddindən artıq zəyifləyib. Suriyada və İraqda quruda keçirilən əməliyyatlar tam İranın nəzarətindədir. Rusiya sadəcə havadan dəstək verir. Bu illər ərzində İran Suriyada və İraqda on minlərlə döyüşçü hazırlayıb və yetişdirib. ABŞ və İsrail onları "İranın adamları" kimi tanıyırlar. ABŞ müsəlman ölkələrini öz qurduğu oyuna saldı, amma İran maddi və insani itkilərə baxmayaraq reginonda Qərbə qarşı duran, demək olar ki, bir nömrəli həbi qüvvəyə çevrildi. Onu da qeyd edim ki, tək Suriyada və İraqda yox, elə Əfqanıstanın özündən İranın hərbi təlim düşərgələrdindən minlərlərlə əfqanlı keçməkdədir. ABŞ və İsrail bilir ki bütün bu qüvvələr İranın hərbi himayəsindədir. 
İran Suriyada və İraqda müharibəyə girişməklə həm də öz təhlükəsizliyini qoruyur. Suriya və İraq vasitəsilə bir növ bufer zonası yaradır. Yəni düşməni İran ərazilərindən uzaqda qarşılamaq lazımdır. Haradan peyda olublar, elə oradaca əzmək lazımdır. Məsələn, İŞİD İraqda peyda oldu və Suriyaya təcavüz etdi, İran onları elə ordaca vurdu.
İmam Əli (ə) deyib: «Bax! Mən gecə və gündüz, aşkarda və gizlində sizi bu xalq ilə müharibəyə çağıraraq dedim: «Onlar sizə hücum etməmiş, siz onların üzərinə həmlə edin. Çünki Allaha and olsun, heç bir xalqla onların öz torpaqlarının içərilərində elə bir müharibə olmayıb ki, onlar bu müharibədə xar olmasınlar». (Mizanul-Hikmət, hədis 1463).
Həzrət Əli (ə) deyir ki, düşməni öz torpağına daxil olmağa qoyma. İran da qoymur. Və vaxtında müharibəyə girişərək düşməni sərhədlərindən uzaqda saxlayır.
İmam Əli (ə) deyir: «Çox müharibə var ki, faydası sülhdən daha çoxdur». (Ğurərul-Hikəm, hədis 5320).
Bəli, belə müharibə İranın dinc oturub düşməni evində gözləməsindən yaxşıdır. İran müharibəni öz ərazisinə buraxmaq istəmir. Suriya əldən getsəydi, İraqdan sonra növbə İranın idi. Əlbəttə ki bu işlər, bu uğurlu müdafiə cihadı İrandaki İslam İnqilabının bəhrəsidir. Bu ölkənin hərbi potensialının sayəsində Əhli Beyt davamçıları Əhli Beyt düşmənləri ilə uğurlu mübarizə apara bildilər.
İmam Hüseyn (ə) deyir: «Bilin ki, müharibənin şərri tez gələn, tamahı pis və nifrət doğurandır. Özünü müharibəyə hazırlayan, onun silah-sursatını tədarük görən kəs, müharibə başlamamış öz bədənini onun yaraları ilə incitməsə, müharibədə qalib gəlmişdir. Amma, əlverişli fürsət və müharibə zamanı yetişməmiş, həmçinin özünün hərbi qüdrətindən xəbərsiz müharibəyə başlayan kəs, ordusuna heç bir fayda verməz və özünü də həlak edər». (Şərhe Nəhcül-Bəlağə, c.3, səh.186).
Deməli, biz İmamın (ə) göstərişi ilə müharibəyə hazır olmalıyıq. Zavodlarımız silah istehsal etməlidir, hərbi akademiyalarımız zabitlər hazırlamalıdır, hərbi hissələrimiz isə əsgərlərə təlim keçməlidir. Bunu isə ancaq qüdrətli dövlət vasitəsi ilə etmək olar. Elə dövlət ki iqtisadiyyatı güclüdür və böyük hərbi büdcəsi var. 
Tariximizdə elə olub ki müctəhid cihad elan eləsə də, nəticədə bu mübarizə məğlubiyyətlə nəticələnib. Çünkü heç bir hazırlıq olmayıb. Məsələn, şiələrin əzəmətli mərceyi-təqlidi Mirzayi-Şirazinin layiqli tələbəsi Seyyid Mühəmməd Kazim Təbatəbai Yəzdi (Sahibi-Ürvə) də Qərb imperializminin təzyiqləri qarşısında hər vasitə ilə müqavimət göstərirdi. Birinci Dünya müharibəsi gedişində Qərb dövlətləri müsəlman ölkələrinə təcavüz etdiyi bir zamanda böyük müctəhidlər Mirzə Mühəmməd Təqi Şirazi və Seyyid Yəzdi İraqa soxulan ingilislərə qarşı cihad fətvası verdilər. Bu cihadda sıravi müsəlmanlarla yanaşı böyük alimlər və onların ailə üzvləri də əldə silah savaşırdılar. Hətta döyüşlərdə Seyyid Yəzdinin oğlu Seyyid Mühəmməd şəhid olmuşdu. Cihad müsəlman qüvvələrinin məğlubiyyəti ilə başa çatsa da, onların gücünü Qərbə göstərmək üçün gözəl bir fürsət oldu. İndi gəlin düşünək, əgər o vaxt şiələrin əlində indiki imkanlar olsaydı, necə olardı? Yəni o vaxt şiələrin güclü ordusu olsaydı, düşmənlər oranı ələ keçirə bilərdi? Yox. İndi isə bu imkanlar var.
Allah bizə müdafiə olunmağı qadağan etməyib, əksinə! Və güclü dövlət qurub Allah düşmənlərinə qarşı durub İmamın (ə) zühurunu gözləmək ən doğru yoldur. Ona görə fətvanın arxasında qələbəyə doğru gedəcək ordu durmalıdır; bu ordunu isə ancaq güclü dövlətin vasitəsi ilə qurmaq olar! Başqa yolu yoxdur, ola da bilməz!
Allah deyir: «…kafirlərə qarşı bacardığınız qədər qüvvə və (cihad üçün bəslənilən) döyüş atları tədarük edin. Allah yolunda nə xərcləsəniz, onun əvəzi artıqlaması ilə ödənilər və sizə heç bir haqsızlıq edilməz!» (Quran,8 : 60).
«Kafirlər istərdilər ki, siz silahlarınızdan və əşyalarınızdan xəbərsiz olasınız və onlar da sizin üzərinizə bircə dəfə hücum etsinlər (bir həmlədə sizi məğlub etsinlər)». ( 4:102).
Quran ayələri müəyyən hadisələr ilə başlı göndərilib. Lakin hər ayələrdə prinsiplər də var, müstəqil mənalar da var. Biz hər zaman ayıq olmalıyıq, hadisələri qabaqlamalıyıq, öncədən tədbirlər görməliyik. Allah deyir ki, ordunuz güclü olsun, silahlarınız yanınızda olsun.
Allahın Peyğəmbəri (s): «Allah-Taala evində hücuma məruz qalıb vuruşmayan kəsə nifrət edir». (Uyuni əxbarir-Riza, c.2, səh.28, hədis 24).
Bu hədisdən də görünür ki müsəlmanlar müdafiə olunmağı bacarmalıdırlar. Lakin bu hədisi ancaq müharibə ilə əlaqələndirmək dardüşüncəlik olardı. Hücumların növləri var. Bu hərbi təcəvüz də ola bilər, iqtisadi, mənəvi, mədəni və digər sahələrdə də. Onlar bizim evimizə, yəni bizim yaşadığımız yerə növbə növ hücumlar təşkil edirlər. Ona görə, biz onlara qarşı hərtərəfli müqavimət göstərməyə bacarmalıyıq. Hərbidən tutmuş iqtisadiyyatadək! Bunun üçün isə yenə dövlət lazımdır. Güclü dövlət!
Fikir verin, Allah bizlərə ayələrdə və hədislərdə deyir: "Mübarizə aparın, döyüşün" və s. İndi kimsə deyə bilər ki flan yerləri Allah qorudu. Elə bilirlər ki biz heç nə eləməsək də Allah mələkləri göndərib bizi qoruyacaq; möcüzələr baş verəcək, biz isə heçnə etməli deyilik. Allah qoruyur, bəli! Amma Allah bizim əllərimizlə qoruyur. Biz ona layiq olmalıyıq ki Allahın görən gözləri olaq, vuran əli olaq; bununla da qoruyucu gücünə çevrilək!
"Ey iman gətirənlər! Əgər siz Allaha (Allahın dininə və Peyğəmbərinə) yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm (cihadda möhkəm, qüvvətli) edər". (Quran, 47:7).
"Əgər (cihad meydanına tərəf) hərəkət etməsəniz, Allah sizə ağrılı bir əzab verəcək və sizin yerinizə başqa bir dəstəni gətirəcək. Siz Ona heç bir zərər vura bilməzsiniz. Allah hər şeyə qadirdir". (9:39).
"Onlarla vuruşun ki, Allah sizin əllərinizlə onlara əzab versin, onları rüsvay etsin, sizə onların üzərində qələbə çaldırsın, mömin camaatın qəlbini sevindirsin". (9:14).
Allah onları bizim əllərimizlə vurmaq istəyir! Və vurur!

G. A.                                facebook.com

Комментариев нет:

Отправить комментарий