Страницы

16.06.2016

Putin: Savadlı danışıq moda minməlidir və yaxşı ton qaydasına çevrilməlidir

Rusiya prezidenti Vladimir Putinin fikrincə, savadlı danışıq, eləcə də müasir və klassik ədəbiyyatı bilmək moda minməlidir və yaxşı ton qaydasına çevrilməlidir.
“RİA Novosti” informasiya agentliyinin xəbərinə görə, Rus Ədəbiyyatı Cəmiyyətinin qurultayında çıxış edən Vladimir Putin demişdir: “Biz hər şey etməliyik ki, klassik və müasir ədəbiyyatı bilmək, savadlı danışıq ölkə həyatının ayrılmaz hissəsi olsun, mahiyyət etibarilə yaxşı ton qaydasına və modaya çevrilsin. Onların saxlanılması və inkişafı üçün bütün cəmiyyətimiz çalışmalıdır”. Putin izah etmişdir ki, həmin məsələlərin həlli təkcə bu işdə maraqlı olan dövlət orqanları deyil, ölkə vətəndaşlarının da qatıldığı ardıcıl işlər, düşünülmüş masştablı proqramlar ilə mümkündür.
Rus Ədəbiyyatı Cəmiyyəti 2016-cı ildə rus dilinin öyrənilməsi və qorunması məqsədilə yaranmış ictimai təşkilatdır. Cəmiyyətin sədri Moskva və bütün Rusiyanın patriarxı Kirilldir.
Putin qeyd etmişdir ki, Rus Ədəbiyyatı Cəmiyyəti xüsusi rolu vardır; o təhsil, KİV, incəsənət sahəsində layihələr həyata keçirən və vətəndaşların inisiativlərini dəstəkləyən nəhəng elmi-maarifləndirici birliyə çevrilməlidir: “Və əlbəttə yaxşı olardı ki, ən yaşı dünya ənənələrinə, dünya praktikasına müraciət olunsun, Böyük Britaniyanın Kral Ədəbi Cəmiyyəti, İtaliyanın İncəsənət İnstitutu, İspaniyanın Servantes İnstitutu, Almaniyanın Göte İnstitutu və Çinin Konfutsi İnstitutundan olan həmkarların təcrübələri nəzərə alınsın”.

Комментариев нет:

Отправить комментарий