Страницы

27.06.2016

Türkiyə həlak olmuş pilota görə 100 min, təyyarəyə görə isə 30 milyon dollar verəcək

Türkiyə dövləti Suriya səmasında vurulmuş Su-24 təyyarəsinə və həlak olmuş pilot Oleq Peşkova görə Rusiyaya kompensasiya ödəyəcək.
Rusdialog.ru saytının verdiyi xəbərə görə, hal-hazırda Rusiya-Türkiyə müştərək komissiyası həlak olmuş pilota görə Rusiyaya dəymiş ziyanı hesablayır. Ödəniləcək məbləğə pilotun ölümünə görə Rusiya tərəfinin itkiləri, onun cəsədinin vətənə göndərilməsi və dəfn xərcləri, eləcə də pilotun ailəsinə dəymiş mənəvi ziyanın kompensasiyası daxildir. Türkiyə tərəfi pilotun ailəsinə 100 min dollar, vurulmuş təyyarəyə görə isə 30 milyon dollar pul ödəyəcək.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan Rusiyanın Su-24 təyyarəsinin vurulması ilə bağlı Vladimir Putinə məktub göndərərək üzr istəmişdir. Məktubda deyilir: "Mən bir daha ölmüş pilotun doğmalarına dərin hüznlü başsağlığı verirəm və "bağışlayın" deyirəm. Bütün qəlbimlə onların acısını bölüşürəm. Rusiyalı pilotun ailəsi- elə türk ailəsidir. Ailənin acısını yüngülləşdirmək üçün və dəymiş ziyanın ciddiliyini nəzərə alaraq biz istənilən təşəbbüsə hazırıq". Məktubda həmçinin bildirilir ki, olay ilə bağlı cinayət işi açılmışdır və təyyarənin vurulmasında günahkar olan Türkiyə vətəndaşı cəzalandılıcaqdır.

Комментариев нет:

Отправить комментарий