Страницы

13.06.2016

Xəyal haqqında aforizmlər

*Xəyal canlandırır, ağıl müqayisə edir, zövq bəyənib seçir, istedad icra edir. (Qaston Levis, Fransa yazıçısı).
*Ən böyük işlər böyük xəyallar qurmaq xüsusiyyəti olan insanlarla başlamışdır. (Naməlum).
*Siz var olan şeyləri görür və belə deyirsiniz: Nə üçün? Amma mən olmayan şeyləri xəyal edir və deyirəm: Nə üçün olmasın?. (Bernard Şou).
*Xəyallarınızı qovmayın. Çünki onlar getsələr, siz bəlkə də qalarsınız, lakin artıq yaşamazsınız. (Mark Tven, Amerika yazıçısı).
*Elm bütün nailiyyətlərinə görə xəyala borcludur. (Ralf Emerson, Amerika filosofu).
*İnsan zəkası "acgözdür": o yerində sakit dura bilmir, daim irəliyə- ona məlum olmayan ənginliklərə can atır və onu bu yürüşdən heç nə saxlaya bilməz. (Frensis Bekon, İngiltərə alimi).
*Xəyal gerçəklikdən qüdrətlidir, o hər şeyi canlandıra bilir. (Anatol Frans, Fransa yazıçısı).
*Elmdə cəsarətli fikirlər öndə gedən döyüşçülər kimidir- onlar həlak olsalar da, qələbəni təmin edirlər. (Höte, Alman mütəfəkkiri).
*Xəyal ağlın ayaqlarıdır. Əgər onu cilovlamasaq, ağıl yanlış yolla aparar. (Xun Tszi-En, Çin yazıçısı).
*Xəyalına çox güc vermə! O, çox qorxunc mənzərələr yarada bilər. (Pifaqor).
*Layihə gələcəyin qaralamasıdır. Bəzən gələcək yüzlərlə qaralama tələb edir. (Jül Renar, Fransa yazıçısı).
*İnsanın ən böyük dostu da, ən böyük düşməni də onun öz təxəyyülüdür. (Arturo Qraf, İtalya alimi).
*Kimlərə meydan oxumaz ki, insan təkbaşına düşündüyü zaman... (Jan de Lafonten, Fransa şairi).
*Boş yerə xəyala qapılmaq ömrü hədər verməkdən başqa bir şey deyil. (Alfred Kapus, Fransa yazıçısı).

kayzen.az

Комментариев нет:

Отправить комментарий