Страницы

03.07.2016

AZRA KƏRAMƏT - Sənsiz neylərəm, qardaş?

Ey qanlı çeşmilə mənə qəmli baxan igid qardaş,
Səndən sonra belim sınıq, qəlbim naçar, dur, qalx qardaş.
Xeymə yanar, atəş tutar körpələrin ətəkləri,
Zeynəb neylər, sən də getsən, bu səhrada yetimləri?!
Gecə keçər, hər kəs yatar, yatmaz bir tək Ümmül Bənin,
Məni göndərmə ananın yanına, biçarə qardaş,
Sən də getsən, mən neylərəm, qallam naçar, dur qalx qardaş...
Qarə zülfü bəyaz etdi bir gecədə yarələrin,
Hər yadıma saldıqca qalxacaq ərşə nalələrim...
Bundan sonra hər Muharrəm salar başə qarələri,
Geyib matəm köynəklərin, "Ey Vay" çəkər şiələrin:
"Səqqaye hərəm, Əbəlfəz,
Qollari qələm Əbəlfəz,
Dəryaye Kərəm Əbəlfəz..."

Комментариев нет:

Отправить комментарий