Страницы

17.07.2016

İki pisin içindən az pis olanı

Famil Əhədi

Türkiyədə çevrilişi Fətullah Gülən və Amerikanın Mərkəzi Kəşfiyyat Idarəsi (CIA) hazırladı. Həyata keçirmək istəyənlər orduda olan orta rütbəli fətullahçılar və Atatürkçü generallar idi, hansı ki bir ucu gedib CHP-yə çatır. Kıılıcdaroğlu əvvəldən ikibaşlı bəyanat verdi ki, Cumhuriyyətimizə sahib çıxırıq, yəni çevrilişi əvvəl dəstəklədi, sonra fiaskoya düşəcəyini anlayandan sonra fikrini dəyişdi. Ona görə ki, millət küçələrə axışmışdı artıq. 
Kim deyirsə çevriliş düzgün hazırlanmamışdı, bir az yanılır. Çevrilişin bir forması və ya qəlibi yoxdur ki hökmən bir formada olmalıdır. Çevrilişi edənlər hər şeyi hesaba almışdılar, bir şeydən başqa: camaat Ərdoğanın sözünü eşidib küçələrə axışacağını. Bunu ona görə hesaba almamışdılar ki, elə zənn edirdilər ordu hər yeri bombalayacaq, insanlar bombalamanı görüb qorxacaq və evdən çölə çıxmayacaq. Amma biz bunun əksini gördük. Türk milləti həqiqətəndə dövlətinə sahib çıxdı, halal olsun. 
Əgər çevriliş baş tutsaydı biz yaxın illərdə bir neçə hadisənin şahidi olacaqdıq:

1.Türk ordusu Suriyaya girməli.
2.Suriya parçalanmalı və Kürdistan yaranmalı. 
3.İran və Hizbullahın Yaxın Şərqdə nüfuzu sıfıra endirilməli.
4.Rusiya ilə bütün əlaqələr kəsilməli və müharibə həddinə çatdırılmalı (Amerika və İngiltərənin ən böyük arzusu).
5.Rusiya ilə müharibə, sonda Türkiyənin bölünməsi və nəhayət İsrailin ən böyük arzusu olan Kürdistan yaranmalı.
6.Və nəhayət İranın vurulması.

Macəra bəllidir.
Ərdoğan nə zibil olsa da Fətullah Güləndən yaxşıdı. Ən azından nə edə biləcəyini hesaba almaq olar. F.Gülən isə Vatikanın (oxu: ABŞ-ın) adamıdır. Osmanlının intiqamı hələ alınmayıb. Yaxın Şərqin, xüsusən də Türkiyənin xristianlaşması planı hələ də Papanın masası üstündədir.
İmam Sadiq əleyhisalamdan bir hədis var ki, iki pisin içindən az pis olanını seçin.

Комментариев нет:

Отправить комментарий