Страницы

13.07.2016

"NATO təyyarələri Əfqanıstandan narkotik daşıyır"

ABŞ əsgərləri Əfqanıstanda tiryək plantasiyalarını qoruyurlar

"NATO-nun yeni rolu- taliblərin narkotikinin tranzitidir"- bu sözləri "Ariana" ictimai təşkilatının sədri Əhmədulla Vastok bildirmişdir. Əfqanıstanda "Regional təhlükəsizlik kontekstində əfqan qeyri-müəyyənliyi" mövzusunda keçirilən müşavirədə təşkilat sədri NATO-nun Əfqanıstandakı siyasətini kəskin tənqid etmişdir. Onun fikrincə, "NATO-nun Əfqanıstanda "qeyri-hərbi rol"unun möhkəmləndirilməsi planı elan edilsə də, reallıqda NATO-nun hərbi təyyarələri Avropada satış üçün Əfqanıstandan narkotik daşıyırlar".
Məsələyə münasibət bildirən rusiyalı ekspert Oleq Antipov bildirmişdir ki, 2001-ci ildə Əfqanıstanda "terrora qarşı keçirilən əmələyyatlar"dan sonra ölkə narkotik istehsalı üzrə dünyada birinci yerə çıxmışdır: "Bu nəticəni BMT-nin narkotiklərə nəzarət komissiyası da təsdiqləmişdir". Antipovun sözlərinə görə, Əfqanıstanın ABŞ qoşunları tərəfindən işğalından sonra ölkədə narkotrafik 3200% artmışdır: "NATO qoşunları gələnə kimi Əfqanıstanda ildə 200 ton narkotik istehsal olunurdusa, 2002-ci ildə bu göstərici 3000 ton, 2003-cü ildə isə 7000 ton olmuşdur".

Комментариев нет:

Отправить комментарий