Страницы

09.07.2016

Əsgər Akayev Azərbaycanı Avrasiya Birliyinə çağırdı

Qırğızıstanın 2005-ci ildə “tülpan inqilabı” nəticəsində devrilən keçmiş prezidenti Əsgər Akayev uzun müddətdən bəri ilk dəfə publika qarşısına çıxıb və Rusiyanın Tver vilayətindən yayımlanan “Tsarqrad.tv” kabel televiziyasına müsahibə verib. Müsahibənin mövzusu ancaq Rusiya prezidenti Vladimir Putinin irəli sürdüyü “Avrasiya Birliyi” ideyası barədə olub.
Qərbin keçmiş sovet respublikalarında “məxməri inqilab”la devirdiyi və o vaxtdan bəri Rusiyada sığınacaq alan Əsgər Akayev deyib ki, Avrasiya Birliyi ideyası tamamilə yerinə düşür və o, ideyanı dəstəkləyir. Akayev ideyanın Putin tərəfindən irəli sürüldüyünü və cəmi iki il keçsə də artıq Avrasiya İqtisadi Birliyinin fəaliyyət göstərdiyini deyib.
Akayev bu ideyanın Çini, Hindistanı da birləşdirən “Böyük Avrasiya” təşəbbüsünün bir hissəsi olduğunu deyib. Onun sözlərinə görə, bu təşəbbüsün gələcəyi var. “Böyük Avrasiya”nın struturlaşması prosesi artıq gedir. Şanxay Əməkdaşlıq Təşkilatına yeni üzvlər qəbul olunur. Çinlə Rusiya arasında əməkdaşlıq dərinləşir. Tədricən bu Avrasiya Birliyi ilə Şanxay Əməkdaşlıq Təşkilatı arasında yeni formatda ticarət əlaqələrinə çevriləcək”- Akayev deyib.
Qırğızıstanın keçmiş prezidenti Azərbaycanın da gələcəkdə Avrasiya Birliyinə üzv olacağına əmin olduğunu bildirib. Onun fikrincə, Türkiyəni heç kim Avropa İttifaqına qəbul etməyəcək və bu ölkə nəticədə Avrasiya Birliyinə üz tutacaq. “Mən əminəm ki, Özbəkistan, Azərbaycan, Gürcüstan, Ukrayna-onların hamısı iqtisadi inteqrasiyanın uğurlarını görüb bu birliyə üz tutacaq, mən buna əminəm. Nəticədə daha geniş səlahiyyətlərə, idarəetmə orqanlarına malik Avrasiya Birliyi meydana çıxacaq. Mən hesab edirəm ki, bu təşəbbüs, Vladimir Vladimiroviç Putinin təşəbbüsü çox uzaqgörən strategiyadır. Və o, bütün Avrasiya ölkələrinə fayda verəcək”- Akayev deyib. /virtualaz.org/

Комментариев нет:

Отправить комментарий