Страницы

14.08.2016

Azərbaycandakı tanınmış fətullahçılar həbs, yoxsa deport olunacaqlar?

Fətullah Gülənin liderlik etdiyi Paralel Dövlət Terror Şəbəkəsinə qarşı mübarizə 15 iyul çevrilişə cəhddən sonra daha da kəskinləşib. Eyni prosssesin Azərbaycanda gedəcəyi gözlənilsə də, hər zaman olduğu kimi burada Gülən ilə mübarizə ləng aparılmaqdadır.
Sabiq MTN şefi Eldar Mahmudovun dönəmindəki “mübarizəni zamana yayma” taktikası bu gün hələ də bir çox qurumda qalmaqda davam edir. Ötən yazılarımızda qeyd etdiyimiz kimi, Gülən tərəfdarlarından daha çox zamanında bu örgütlə əlaqəsi olub, sonra yollarını ayıranlar, hətta illərlə bunlara qarşı mübarizə aparanlar Dövlət Miqrasiya Xidməti və digər qurumlar tərəfindən cəzalandırılırlar.
Ancaq bəzi hüquq-mühafizə orqanlarının bu məsələdə Türkiyədəki kimi qətiyyətli olduqları da gələn bilgilər arasındadır. Məsələn, verilən xəbərlərdə Qafqaz Universitetinin sabiq rektoru Əhməd Sanıcı bəzi fətullahçılar qorumaqda olsalar da, hüquq-mühafizə orqanları bu şəxsin etirafçı olmasını istəyirlər. Bu səbəbdən də, Ə.Sanıcın bir neçə dəfə dindirildiyi və ölkədən çıxışına qadağa qoyulduğu vurğulanır. Bəzi mənbələr onun ölkədən çıxdığını desələr də, bir sıra önəmli mənbələr Sanıcın həbs olunacağını da istisna etmirlər.
Doğrudur, Qafqaz Universitetindəki əksər azərbaycanlı fətullahçılar vəzifələrində qalırlar. Natiq Paşa başda olmaqla azərbaycanlı fətullahçılar hələ də mövqelərini qorumaqdadırlar.
Eyni zamanda Gülənin fəxri sədri olduğu Gazeteciler və Yazarlar Vakfının Azərbaycan təmsilçiliyi fəaliyyətini Qafqaz Universitetinin dekanı Cəlil Ərdəmin rəhbərliyi altında davam etdirir.
Lakin Gülən ilə bağlı bir yenilik də TUSİAB-da yaşanıb. Belə ki, may ayında rəhbər dəyişikliyinə gedən və o zamana qədər Gülənin ən önəmli qalalarından hesab olunan TUSİAB-dan fətullahçıların təmizlənməsinə start verilib. Gülənin TUSİAB imamı Yasin Goral “istefa” edərək, göndərildikdən sonra bir sıra tanınmış fətullahçılar da istefa veriblər.
Bu barədə Yenicag.az-a daxil olan xəbərə görə, hazırda qurum içərisində istefalarla yanaşı çıxarılmalar da gerçəkləşir. Belə ki, 15 iyuldan əvvəl başlayan paralelçi şirkətlərin qurumdan çıxarılma prossesi son iyirmi gündə intensivləşib.
TUSİAB qurulduğundan bəri üzv olan Qafqaz Universiteti, “Seha Elektrik”, Damla LTD, Nil LTD, Cihan Reklam kimi fətullahçı şirkətlər birlikdən atılıb. Ondan başqa Özbereket, Elif MMC kimi Gülənin imamlarına məxsus şirkətlər də qurumdan uzaqlaşdırılıb. TUSİAB-dan uzaqlaşdırılan ən önəmli şirkətlərdən biri isə “TUNA” MMC-dir. “TUNA” MMC-nin sədri Rəşid Çulaqov azərbaycanlı fətullahçılardan ibarət “İpək Yolu” Sahibkarlığın İnkişafına Dəstək İctimai Birliyinin sədridir. Qeyd edək ki, təşkilatın təqdimat mərasimində Gülənin biznes imamı- TUSKON sədri Rizanur Meral iştirak etmişdi. Əksəriyyəti azərbaycanlı fətullahçılardan ibarət olan birliyə bəzi nazirlər dəstək verirlər. R.Çulaqov bir neçə il öncə Ənvər Özərənlə ABŞ-da səfərdə olması ilə diqqət çəkmişdi.
TUSİAB daxilindəki bu yenilik müsbət olsa da, davamlı olmasını əsasdır. Gülənçilərin 22 ildə iliyinə qədər işlədikləri bu qurumun nə qədər təmizlənə biləcəyini gələcək göstərəcək. Ancaq istənilən halda qurumdan istefalar və atılmalar dövlətin “kim fətullahçıdır, kim deyil” sualına da hardasa cavab ola bilər.
Gülən ilə mübarizənin davamlı olması üçün bunun kampaniya və ya kosmetik xarakter daşımaması lazımdır. Məmurlar şəxsi mənfəətlərini deyil, dövləti düşünməyə başladıqları anda bu örgütün sonu gələcək…
Bunun üçün isə Vergilər, Təhsil, Kənd Təsərrüfatı, Gənclər və İdman nazirlikləri başda olmaqla əksər qurumlarda ciddi bir təmizlik vacibdir. Unutmayaq ki, hazırda bu nazirliklərdən birində aparat rəhbəri olan şəxs 2010-cu ildə sırf şəriki Gülənə qarşı gəldiyi üçün illik gəliri bir neçə milyon olan biznesinini dondurmaq istəyirdi və sonda şərikini o biznesdən uzaqlaşdırdı. Hazırda isə bu şəxs dövlətdə iş adamlarına ən çox zülm edən nazirliklərin birində aparat rəhbəri vəzifəsi tutmaqdadır. Bu tip şəxslər nazirliklərimizdə onlarladır və Gülənə vəfa-minnət borcu olan bu şəxslər FETÖ-yə qarşı mübarizənin önündə ən böyük əngəldirlər, nəinki kökü ölkə kənarında olanlar…

yenicag.az

Комментариев нет:

Отправить комментарий