Страницы

19.08.2016

Çaldıran davam edir

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -46

Rasim Hüseynov: Mən çox xoşbəxt insanam ki, sovet dönəmində yaşadım. Vicdanın, bacarığa görə verilən dəyərin dadını gördüm. Vay indikilərin halına. İnanın, uşaqlara yazığım gəlir.
Ceyhun Salahov: Azərbaycanın inkişafı məhz bu iki səmtə bağlıdır: Rusiya və İran. Amerika və onun əlaltıları neçə illərdir bu iki nəhəng qonşumuzdan bizə düşmən obrazı yaratmağa cəhd göstərirdi, amma alınmadı.
Namizəd Səfərov: Daxili İşlər Nazirliyi reyd keçirir. 2 gün ərzində 21 min sürücü cərimə olunub. Kasıb əhaliyə ayda 150-160 manat pul verib, onu da müxtəlif vasitələrlə tutub əlindən alırlar.
Səxavət Əliyev: 40 il “azad” yashamaqdansa, 40 gün adam kimi yaşamaq yaxşıdı... Rusiyada aptekdə 1 paçkasi 540 rubla (11 azn) olan dərmanı Azərbaycanda yaxın qohumuma həkim 400 manata sırıyıb, özü də at minnətinə.
Ə.H.Babayev: Qadındır. Evində bozbaşını bişirə bilmir, Qarabağda ölüsünün qəbrinin üstünə getməyə hünəri yoxdur, Turan qurur. Milləti Türkləşdirir. Beyni çatmır ki, vaxtı ilə Silva Kaputikyan da bu cür toxumlar səpirdi. Bu gün şəhid olanlar Silva kimilər deyil, balalarınızdır. Sabah vətəndaş qarşıdurmasında, müharibəsində o arvad harda olacaq?
Qızılbaşlar Fədai: Putinin nə deyacəyi onun hərəkətlərindən bəllidir! Hər şey göz qabağında! Şiələri qoruyur və onlara qarşı çıxanların da güzəranı görünür- başlarına od yağdırır.
Rəşad Məmmədov: Rusiya kimi ölkə islama çox dəyər verir, nəinki Azərbaycan. Moskvada hər Cüme günü məscidlərdə yer olmadığı üçün müsəlmanlar məscidin ətrafında, küçələrdə namaz qılır. Polislər də müsəlmanlar üçün şərait yaradırlar.
Aftandil Babayev: Əla sistem qurulub. Bu bankomatdan pulu (maaşı) çıxarlb yarım metr o tərəfdəki bankomata (kredit) salırsan! Halal olsun sənə, Sem dayı.
Etibar Qaramanoğlu: Amerkançılıq İraqda, Suriyada axan qanlara şərik olmaq deməkdir.
Vüsal Həsənəli: Bir xalq olarag o qədər ürəyimizin səsinə qulag asdıq ki, indi oturmuşuq qarnımızın qurultu səsinə qulaq asırıq.
Aydın Hussaini: Abş və müttəfiqlərinin elə əsas qorxusu budur: İran, Azərbaycan və Rusiyanın fikirlərinin üst-üstə düşməsi. Hərbi, siyasi, iqtisadi və s. sahələrdə bir olması.
Rahim Qəribov: Bir neçə il qabaq Səud Türkiyə banklarına müəyyən şərtlərlə 50 milyard yatızdırdı. Suriyada yanlış saydığımız Türkiyə siyasəti də məhz Səudun istəyinə uyğun quruldu. Əgər xatırlayırsınızsa, belə məbləğlərdən artığını Səud Rusiyaya təklif etmişdi. Elə indinin özündə də bu təkliflər olunur. Amma Putin Türkiyə kimi yağlı tikəyə tamah salıb özünü palçığa salmadı. Nəticədə isə Rusiya Yaxın Şərqdə liderliyi ələ aldı.
Əsli Hacıyeva: Nicatı- igid müxbirimizi gey paradı məqaləsində pislədiyinə görə, birinci evindən 23 günün bəyini mülki paltarlılar aparıb ilk öncə yəhudi səfirliyində yəhudilər döyüblər, sonra isə yəhudidən icazə alıb şöbəyə aparıblar ki üstündə narkotik tapılıb! Sonra da 10 il həbs verdilər. Allahın kitabında lənətlənmiş qövm bundan artıq olmayacaq ki! Əxlaqsızın ta özüdülər bu murdarlar!
Muslim Abdullah: Mən orta təhsilimi də, ali təhsilimi də dövlət məktəblərində almışam. Azərbaycan tv-lərinə baxa-baxa böyümüşəm. Mənim bundan illərlə əvvələdək türk millətçisi olmağım da onların təsirinə görə olub. Sonra şükür ağılım üstün gəldi. Deməyim odur ki, bu dövlətin icbari və könüllü məktəb proqramları, rəsmi Az tv-si, İctimai tv-si həmişə türk millətçiliyini təbliğ edib. Odur ki indi türk millətçisi olmaq hakim sistemin proqramlaşdırması altında olmaq, yəni zombi olmaq deməkdir.
Rəşad Ərkivani: Bir şərurlu iş yoldaşım var, türklər, ya Türkiyə haqqında danışanda həmişə ya deyir mövzunu dəyişin, ya da durub gedər. Bir dəfə səbəbini soruşanda dedi, uzun müddət Türkiyədə işləmişəm, bacısına təcavüz edəni türklərdə görmüşəm, qızına, qardaşı arvadına, gəlininə, bibisinə, xalasına təcavüz edən, zorlayanları mən Türkyədən başqa bir yerdə görməmişəm.
Səttar Məmmədov: Bakıdakı manyak ərəbləri Urenqoya, özü də tovarnıy vaqonda yollamaq lazımdır.
Kərbəlayi Mason İlluminati: Dünyada “Ən pis qonşu ölkə” sorğusu üzrə araşdırmalar keçirilsə, birinci yerə şəkksiz-şübhəsiz Türkiyə çıxacaq. Bu ölkə ömrü boyu qonşularından torpaq qoparıb, hələ üstəlik həmin ölkələrdə vətəndaş müharibəsi yaratmağa çalışıb. Amma öz kor xalqını isə türkçülük, islamçılıq nağılları ilə aldadıb. Antalya adlı fahişəxana hesabına büdcəsini doldurur. Bu ölkə tarix boyu bir İrana (Səfəvilər və indiki İslam Cumhuriyyəti) və Rusiyaya bata bilməyib. Türkiyə nə vaxt cızığından çıxsa, dalına təpiyi ilk olaraq bu iki böyük dövlət vururb. İndi də belədir.
Elmir Səfəvi: Əziz xaqlım, bu Musavatdır, AXC-dir, bunlar medalyonun iki üzüdür. Belələrinə aldanmayın, milliyyətcilərdir, faşist düşüncələrlə dolu olan partiyalardır.
Fariz Babayev: Böyük Rusiyaya dəyən hər zərbə birbaşa Azərbaycana və azərbaycanlılara dəyən zərbədir.
Qoşqar Əhmədov: Bilirsiz nə vaxt bildim türkçülərin aya ulayan çaqqaldan başqa bir şey olmadığını? İŞİDKobanidə kürdlərə hücum edəndə İraqdan, Suriyadan, Türkiyədən... hər yerdən kürdlər Kobaniyə axışdı. Amma şiə türkmənlərə İŞİD zülm edəndə kiçik istisnalar xaric bir köpəyoğlu türkçü türkmənləri müdafiə etməyə getmədi.
Nizami Məmmədov: Keçən əsrin 90-cı illərində Moskvada olan bir yapon milyarderinə sual edirlər ki, bu müvəffəqiyyətlərə necə nail olmusunuz? Cavab verir ki, sizin imtna etdiyiniz İosif Vissarionoviç Stalin prinsipləri və təhsilini tətbiq etməklə. İndi də məlum oldu ki İsrailin, yəhudilərin bilikli hesab edilməsinin əsl sirri nədə imiş.
Elçin Bayramlı: Türkiyə xalqının ciddi psixi müalicəyə ehtiyacı var.
Musarza Kadusi Mirzəyev: Qərb Liviyada Qəddafini devirəndən sonra bu xalqa daha çox firavanlıq bəxş etsəydi, hamı Qərbi alqışlayar, Qəddafini lənətləyərdi, amma belə olmadı, bu şeytanlar ölkəni viran edib dağıtdılar və aradan çıxdılar.
Elxan Zaman: Türkiyə ilə Azərbaycanın cəmi-cümlətanı 11 km sərhədi var, o da Naxçıvanla, o Naxçıvanla ki onun özünün ölkənin digər hissələri ilə əlaqəsi yalnız İran vasitəsilədir. İran Azərbaycana pislik etmək istəsə idi, öz ərazisi vasitəsilə Naxçıvanın Azərbaycanın digər bölgələri ilə əlaqələrinə izn verməzdi. İmkan verməzdi ki, Azərbaycandan Naxçıvana silah-sursat, döyüş texnikası, əsgər və zabitlər İran ərazisi vasitəsilə göndərilsin.
Sabir Şindani: Bu illuminatlar, 300-lər komitəsi, yəhudi-sionistlər çalışırlar ki, bütün post-sovet üzdəniraqlara çevrilsin, ancaq petuxlara və fahişələrə maya qoyurlar ki, vəzifələrə gətirsinlər. Estoniyanın prezidenti petux, gey, Latviyanın prezidenti fahişə. Yavaş-yavaş bizə tərəf də gətirirlər belə üzdəniraqlığı. İndidən vicdansızları tapıb təriflətdirirlər belə şeyləri.
Çingiz Həmidov: Azərbaycan dilində tarix oxuyub rəsulzadəçi olmaqdansa, lavaşda dönər olmaq yaxşıdır.
Rusiya Dağılacaq: Bütün bu illər ərzində bizdə elə həmin prosesslər gedib, hansı ki indi daha yığcam və sərt formada Suriyada gedir. Amma əgər ələvilər qoruna bildisə, biz artıq uduzmuşuq. Mən heç bilmirəm hansı daha pisdir: sənə aşkaranə kafir deyib boğazını kəsəndə, yoxsa səhər-axşam “hamımız azərbaydzannıyıx”, “djəlin azərbaydzanımızı böldjələrə ayırmıyax” deyib, amma sosial periferiyaya sıxışdıranda, harda kı sən yoxsulluğa, kriminala, narkomaniyaya məhkum edilirsən, ən yaxşı halda isə kreditdə vurnuxursan, ya da ümumiyyətlə başını götürüb başqa ölkəyə qaçırsan. Nə qədər ki, biz bütün bu “üçrəngli bayraq”, “azərbaydzanımız”, “rəsulzadə”, “qardaş türtşiyə” kimi memlərdə özümüzün istismar vasitəsini görməyib, bütün ikrah və qətiyyətimizlə onları rədd etməmişik, bizi daha da pis günə salacaqlar.
Faiq Mirzəyev: Bizim ən böyük duşmənimiz elə Türkiyədir. Səfəvilərin vaxtında azərbaycanlıların qanını içdilər, vətənimizi dağıdıb, param-parça etdilər. Yüz illər azərbaycanlılar osmanlıların əlindən qan ağladı. Türklər indi də Azərbaycanın qanını içirlər, sərvətlərimizi çapıb talayırlar. Bəzi insanlarımız türk bizim qardaşdı deyirlər. Türkiyə heç vaxt istəməyib və istəməz ki, biz güclü dövlət olaq. Oyan, millət, oyan!
Təranə Əliyevə: 20 ildir Türkiyədə yaşayan ailələr indiyə qədər nə ev alıblar, nə güzəran qurublar. Rusiyada işləyib uzağı 2 ilə evli-eşikli olanlarımız isə saysız-hesabsızdır.
Heydarov Maxsun: Uyğurlar kutləvi şəkildə çerez Turkiyə Suriyaya şiə turkmənlərini öldürmək üçün vahhabilərə köməyə gedirlər... Bəs deyəsən turançıların spisokunda şiə türkmən yoxdur...
Buta Kompüter: Elə İran bizim dövlətdir da. ABŞ tələsinə düşməyin. Turkün düşməni ingilis, amerikandır. İran isə biz. İran elə türk sözüdür. Turanın qardaşı. İran-Turan bir olsa, NATO qələt eləyir.
Müttəqi Bərməki: İndi 30 ilə yaxındır ki, guya azad olmusan. Bəs hanı sənin mənəviyyatın? Hanı incəsənətin? Hanı elmi tərəqqin? İndi ki, azadsan, bəs niyə fahişələrin sayı o vaxtkından çoxdur? Amma Azərbaycanda rüşvət, reketlik, quldurluq var. Görünur işğal vaxtı bunlara qadağa qoymuşdu ruslar.
Ağalar Qut: Təsəvvür edin, hökmdar hökmdarı açıq döyüşə çağırır, ancaq döyüş vaxtı özü çadırda gizlənir. Səlimin bu hərəkəti ümumtürk cəng qaydalarına görə bir dövlətin başını yerə soxan üz qaralığı və tarixi xəcalət idi. Əlbəttə cəngdə hiylə işlətmək olar, ancaq Səliminki hiylə deyildi, oğuz terminologiyasında bunun adı “aldadıb ər tutmaq” idi. Şah İsmayıla əvvəllər osmanilərin, indi də türkiyəlilərin 500 ildir sönməyən kinlərinin səbəblərindən biri, bax budur. Səlimin vuruş meydanına girmədiyini bilə-bilə, osmanilərin Səlimi Çaldıran düzündə Şah İsmayılla guya at üstündə üz-üzə dayanmış miniatürlərini çəkməkləri də məhz həmin tarixi xəcaləti gizlətmək istədiklərindəndir. Türkiyə dövlətinin rəsmi dərsliklərində Şah İsmayıl Xətai hələ də rəzil düşmən adlandırılır, alçaldılır, guya arvadlarını meydanda qoyub qaçması, əyyaş olması və s. haqqında iftiralar həqiqət kimi tədris edilir; Türkiyə televiziya proqramlarında türkiyəli tarix professorları “azerilerin milli kahramanı” adlandırdıqları Şah İsmayılı ələ salırlar; Türkiyədə “qızılbaş” sözü hələ də söyüşdür. Osmaniyyənin bizdən qopartdığı kənd və şəhərlərdə əsir qalaraq, Şah İsmayıl qızılbaşlığını yaşadan alevilərə əvvəllər Osmaniyyədə, indi də Türkiyədə zülm edilir. Anadoluda “Açılın qapılar, Şaha gedəlim” deyən neçə-neçə Pir Sultan Abdallar öldürülmüşlər. Nifrətin qatılığına baxın ki, M.Füzuli Şah İsmayılı mədh edib deyə türkiyəlilər onu Y.Əmrə qədər qəbul etmirlər. Yeri gəlmişkən, sünni islamçı Ərdoğanın nifrət etdiyi Bəşər Əsəd də bir alevidir. 1993-cü ildə Sivasda Pir Sultan Abdal şənliyi keçirmək üçün toplanan alevilərin qaldığı otelə od vurulmuş, nəticədə 30-dan çox alevi intellektualı və sənət adamı diri-diri yandırılmış, Əziz Nesin son nəfəsində xilas ola bilmişdi. Bir sözlə, Çaldıran davam edir.

Комментариев нет:

Отправить комментарий