Страницы

19.08.2016

Lənkəranski naxçıvanlı Kəraməti niyə güllələmişdi?

O, Canıyevdən necə çönüb Əliyev olub? Bu kimi informasiyalar heç nəyi dəyişən deyil. Təəssüf ki, Azərbaycanda kriminalı dərindən araşdırmağı bacaran jurnalistlər yoxdur. Bir faktı da qeyd edim ki, bu cür yazılara olan maraq digər sahələrdən daha çoxdur.
Rövşən Lənkəranski son 20 il ərzində böyük bir kriminal imperiyaya liderliyi ələ almağı bacaran ən gənc avtoritetlərdən biri olub.
Qısa bir neçə məlumat verim. Helə yeniyetmə yaşında olarkən atasının qatilini məhkəmə zalında öldürəndən sonra, Lənkəranski az müddət həbsdə olur. Sonra Rusiyada yaşamağa başlayır. Etdiyi “derzki” hərəkətə görə kriminaldakı əjdahaların diqqətini özünə cəlb edən Lənkəranski, qısa müddətdə Rusiyada yaşayan Azərbaycan əsilli “oğrular”- Mirseymur, Hikmət, Masallı Mamedin sevimlisinə çevrilir. Həmin vaxt Sakt-Peterburqda fəaliyyət göstərən Cənub regionundan olan tanınmış iş adamlarının qorxulu kabusuna çevrilən Yevlaxlı Elçinlə haqq-hesab çürütmək lazım olur. Elçin əsasən talış əsilli milyoner Zeydullanın əl-ayağına dolaşırmış. “Oğrular” bu işi Rövşənə tapşırır. Bir müddət sonra Elçin yaşadığı evin qarşısında ölü tapılır. Daha sonra 2000-ci ilin əvvəllərində Azərbaycanda bəzi vəzifəlilərin də adının hallandığı pul “razborkası” sonda Rövşənin həbsə düşməsilə nəticələnir. Həmin vaxt Moskvadakı “oğrular” bu işdə adı hallanan avtoritet Naxçıvanlı Kəramətdən ortada olan pulun onlara qaytarılmasını tələb edirdilər. Kəramət isə onların tələbini yerinə yetirmirdi. Rövşən Bakıya “ezam” olunur. Kəramətə məxsus olan bulvardakı restoranda edilən söhbət əsnasında Rövşən açdığı atəşlə onu bir neçə yerdən yaralayır. Xoşbəxtlikdən Kəramət sağ qalır. Rövşən etdiyi cinayətə görə həbs edilir və az müddətdən sonra indiki Penitensiar Xidmətin müalicə müəsissəsindən azadlığa buraxılır.
Tanınmış nüfuzlu azərbaycanlı “oğru”larının arda-arda qətlə yetirilməsindən sonra, Rövşən Lənkəranski demək olar ki, imperiyaya nəzarəti tam əlinə keçirir. Bunun da nəticəsində Ded Xasan ləqəbli yarı erməni, yarı yezidi kürd olan nüfuzlu “oğru” ilə baş-başa gəlməli olur. Usoyanın qətlində də onun ətrafı Lənkəranskini təqsirli bilirdi. Onun ən başlıca rəqiblərindən biri isə hazırda 8 saylı cəza çəkmə müəsissəsində saxlanılan “Quli” ləqəbli Nadir Səlifovdu. Uzun illərdir ki, onların və tərəfdarlarının arasında amansız müharibə gedirdi. Bir sözlə, Rövşən Lənkəranskinin ölümünün ən sərf etdiyi adamlardan biri də “Quli”dir. Çünki dünyanın müxtəlif yerlərində, xüsusilə də, Azərbaycanda onun əl-qolunu bağlayan başlıca faktor Lənkəranski idi. /mustaqil.az/

Комментариев нет:

Отправить комментарий