Страницы

08.08.2016

Mixail Saakaşvili hərbi canidir

Ruhullah Abbas

08.08.08 tarixində masonların ona verdiyi "gül və xaç cəngavəri" dərəcəsindən həyacanlanıb özünü doğrudan da cəngavər zənn edən Gürcüstanın o zamankı prezidenti Mixail Saakaşvili dünyanın diqqətinin Pekin Olimpiyasında olduğu bir zamanda Cənubi Osetiyanı azad etmək üçün hərbi əməliyyatlara başladı. 5 gün davam edən müharibə zamanı zərər çəkən əlbəttə ki, Gürcüstan xalqı oldu.
Çox sayda insanın öldüyü və yaralandığı, öz evlərindən didərgin düşdüyü, ölkə infrastrukturuna ciddi zərərin dəydiyi bu gərəksiz müharibənin səbəbkarı olan Mixail Saakaşvili hərbi canidir və qanun qarşısında mühakimə olunmalıdır.
De-fakto müstəqil, de-yure Gürcüstan ərazisi olan Abxaziya və Cənubi Osetiyanın ölkənin əsas hissəsinə birləşdirilməsi üçün müharibə yolunun seçilməsi düz deyil.
5 günlük müharibə nəticəsində Gürcüstan-Rusiya münasibətləri daha da gərginləşdi və Abxaziya və Cənubi Osetiyanın Gürcüstana birşəşdirilməsi mümükünsüz hala gəldi.
NATO, ABŞ və AB-nin rəğbətini qazanmaq üçün belə qanlı və axmaq hərbi cinayətə əl atan Mixail Saakaşvili Gürcüstan tarixinə daha bir məğlubiyyət səhifəsi yazdı və öklə iqtisadiyyatına zərbə vurdu.
Hərbi cani Saakaşvilinin ölümünə bais olduğu, 5 günlük müharibədə həlak olmuş vətən övladlarını hörmətlə anırıq...
Onların ölümünə bas olmuş hərbi cinayətkar Saakaşvilinin isə həbs olunmasını və cinayətlərinin cəzasını çəkməsini tələb edirik!

Комментариев нет:

Отправить комментарий