Страницы

23.08.2016

Ölkədə nə kasıblığı olsa da, dezinformasiya bolluğu var

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -48

Elxan Zaman: Bəzi bədbəxtlər elə hesab edirlər ki, Rusiya və İran öz dövlət və milli mənafelərini bu boşboğazların təkid və tələbi ilə bunlara qurban verməlidir. Sən gedib İran ərazisinə iddia edəndə, Rusiyaya qarşı qara piarda iştirak edəndə onlar nə etməlidirlər? Sənə xoş gəlsin deyə Ermənistanı xəritədən silməlidirlər ki?
Rafiq Eyyubov: Sovet hökuməti insanlara insanlıq, düzlük, dürüstlük öyrədib.
Mahir Əliyev: Bizim bəxtimiz onda gətirib ki, dar günümüzdə xəbərimiz belə olmadan təəssübümüzü çəkən bir dostumuz var!
Sabir Şindani: Latışlar heç vaxt bu tacik, özbək günündə olmayıblar, amm indi gedib Londonda zibil təmizləyir, küçə süpürür, tikintidə qara fəhlə işləyirlər. İşləmək ayıb deyil, əlbəttə çörək qazanmaqdı. Amma heç bu işləri də öz ölkələrində tapa bilmirlər. Gedin, Avropanıı arzulayırdız, ağzınız tikilsin. Hələ harasıdı...
Rusiya Dağılacaq: Bildiyimiz kimi, milli liberalın nifrətinə tuş gəlmək Həqiqiliyin, Ədalətin, Əzəmətin ən böyük isbatıdır. Həyatdakı əksər gözəl şeyləri məhz belə tapmışıq: hansısa şərti altay nifrət kişnəyib, biz də maraqlanıb, tədqiq edib aşiq olmuşuq.
Faiq Mirzəyev: Hərdən bəzi əbləhlər Türkiyənin təhsilini tərifləyirlər. Türkiyə nə gündədir ki, təhsili də nə gündə olsun?! O ölkənin real vəziyyətini bizim xalq görmür, saxta piar aparılır, Türkiyədən qüdrətli dövlət obrazı yaradılır. Əslində Türkiyə ABŞ-ın 51-ci ştatdırır, İsrailin koloniyasıdır.
Musarza Kadusi Mirzəyəv: Rusiyanın gücü bizim gücümüzdür. Bu Böyük Rusiyadır!
Buta Kompüter: Farsla türkü dalaşdırmaq ABŞ-a lazımdır. ABŞ, NATO böyük şeytandır. İran, Türkiyə, Azərbaycan, Rusiya, Suriya, İraq birləşib ingilis, ABŞ tulalarını, səudları, İŞİD-i, vahhabiləri qovmalıdır.
Müttəqi Bərməki: Allah böyükdür və ədalətlidir! Tarix hər şeyi özü elə yoluna qoyub ki, bu gün dünya səhnəsində İran- “Amerika heç bir qələt eləyə bilməz” deyən, sionizmə meydan oxuyan bir qüdrətə çevrilmişkən, Türkiyə ABŞ-ın, İsrailin qoca fahişəsi rolunda Avropaya yalvaran bir rəzil obrazda zühur edib. İran rəhbərləri müsəlmanların qəlbini fəth etməkdə ikən, Türkiyə rəhbərləri hər gün milyonlarla lənət qazanmaqdadır.
Aftandil Babayev: O repressiya filan deyilən Sovetin yaranma vaxtları idi. Sonra hər şey qaydasına düşmüşdü. Havayı tibb, təhsil, ev, iş yerləri vardı. Ucqar kəndlərdə belə məktəblər, kitabxanalar, mədəniyyət evləri, klublar açılmışdı, minlərlə kitab dilimizə çap olunmuşdu və s. Bir az insaflı olmaq lazımdır. Hər şeyə qara yaxmaq olmaz.
Mübariz Mahmudov: Azərbaycandakı müxalifət özlərini azadlıq carçısı sayırlar. İş orasıdır ki, Azərbaycan kimi sadalayım, Türkmənistan, Tacikistan, Qırğızıstan, Özbəkistan və s. müstəqillik aldılar,- baxın ha aldılar, qazanılmadı! Ölkədə o dövrdə ixtilaflar, kürsü davası gedirdi. İmperiya başçıları dedilər ki, buraxdıq sizi, gedin nə qədər azadlıq istəyirsinizsə verdik, məndən qəmişinizi çəkin. Deyə bilərsiz ki, 20 yanvar- buna da iki baxış var. Sovet vətəndaşı baxışı, bir də azərbaycanlı baxışı. Bu ayrı-ayrı baxışlardır- biri haqq qazandırır, biri etiraz edir. Bizdə olan müxalifət cib muxalifəti idi- bunlar Naxçıvanda bərədə oturmuş ovçu üçün tramplin rolu oynayırdılar. Ovçu da yiyəsiz oylağa gələndə naşı oyunçuları sıradan çıxartdı- qorxduqlarını fiziki məhv etdi, əyri baxanların bir qismini təcrid etdi, bir qisminə də imkan verdi ki, “müxalifət” oyununu davam etdirsinlər. İndi mənim fikrimcə, Azərbaycanda müxalifət yoxdur, bunun üçün mühit indi yaranır, arenanı zəbt etmiş keçmiş müxalif qüvvələr xalqdan tam təcrid olunmalıdırlar. Əks halda hər bir yeniliyi bu köhnə sadiq müxalifət çalışacaq həzm etsin. Bunlar da bilirsiz neçə illərdir kimin əlindən çörək yeyirlər.
Ekonomist Politikian: Qarabağ münaqişəsi zamanı Ermənistan da, Rusiya da, Azərbaycanın o vaxtkı hökuməti də ABŞ-dan əmr alanlar olub.
Xəqani Abdulov: Ölkədə nə kasıblığı olsa da, dezinformasiya bolluğu var.
Təranə Əlieva: Türkiyəni tərifləyəndə sevgidir, Rusiyanı tərifləyəndə kəşfiyyat?! Çox qəribə yanaşmadır.
İlkin Nəcəfov: Özüm vilayətçi olmasam da, tərbiyəsiz ziddoşları dostluqdan rədd etməyə qərar verdim. Belələri əgər yenə də dostluğumda varsalar, rədd olmaqlarını xahiş edirəm. Özünü idarə edə bilmir, durub milyonlarla şəxsin ehtiram etdiyi alimə lənət deyir. Daha yəhudi ilə, vahhabi ilə sənin nə fərqin oldu? Onlar da sənin kimi eyni adamı qaralayırlar.
Vasif İbrahimov: Mənim babam 10-dan çox dəfə yaralanıb. Ancaq hər dəfə döyüşə qayıdıb. O danışırdı ki, bir dəfə alnımdakı qəlpə yaralarına görə həkim məni komissovat eləmək istəyirdi. Tutub yaxasından silkələdim. Dedi sən dəlisən, mən sənə yaxşılıq eləyirdim. Deyirdi ki, dedim mənim evdə heç kimim yoxdur, ancaq frontda 100-lərlə qardaşım var... 1939-cu ildə əsgərliyə gedib babam. Finlandiya-SSRİ müharibəsində və Böyük Vətən Müharibəsində iştirak edib. Səhv etmirəmsə 1941-ci ilin payızından sonra bir müddət partizan kimi döyüşüb. Stalinqrad vuruşmasında iştirak edib. Dəfələrlə yaralanıb. Berlinə qədər gedib. Müharibədən sonra 1 il Almaniyada patrul xidmətində qalıb. 1946-cı ildə gəlib. Deyirdi ki, biz Stalinə, Vətənə görə döyüşmüşük. Heç vaxt eşitməmişəm desin ki, onu kimsə məcbur edib...
Bəhruz Toliş: Ruslar pis adamdılar. Onlar quldurluğu qadağan etmişdilər. Allaha şükür, müstəqil olduq və pis əməllərimizi yenidən qaytardıq.
Elvin Əhmədov: Dərbənddə olmuşam, İranda olmuşam, Gürcüstanda olmuşam, belə baxıram ən pis yaşayan bizim xalqdır. Gürcüstanın ən ucqar kəndlərində Sokarın verdiyi qaz var, amma öz Bakı kəndlərimiz qazsızdı. Ölkəmizin rayonlarının kəndlərində, Bakının kəndlərində içməli su yoxdur, amma ən ucqar Gürcüstan kəndlərində su krantla evə gəlir. Bizdə əkinçiliklə məşğul olanlara, fermerlərə dəyər verilmir, ama digər ölkələrdə dəyər verilir. Hər kəs işləyir, əkib becərir, dolanışığı da yaxşıdı. Bizim küçələr, yollar hamısı radar, kameralardı, digər qonşu ölkələrdə nə radar var, nə də bizimki qədər nəzarət kameraları. Bizim ölkə sadəcə uzun binaları və parkları ilə, fahişə, trans və geyləri ilə digər ölkələrdən seçilir, çünki bizdə daha çoxdur. Bir şey ki məscidin böyründə açıq Bar yazıb işlədirlər! Amma xristian ölkə olan Gürcüstan öz xaç və kilsəsini hər kənddə, hər dağın başında qoruyur. Xəstlərin əməliyyatları da digər ölkələrə baxanda bizdən daha çoxdur. Yediyimiz ərzaqlar da necə və harda hazırlanır deyilmir, xüsusən yediyimiz sliviçnı adi altinda marqarinlər birbaşa xəstəlikləri yaradır. Digər ölkələrdə şəhidlərin şəkilləri binalardan asılır, yollara vurulur, bizdə isə bu baş vermir. Çox üzücü haldır.
Uçan Peraşki: Rusa sığınmamaq elçibəyşilikdir. Sığınmamaq hakimiyyəti qoyub Kələkiyə qaçmaqdır. Yalan şanlı türk tarixi yandırılıb kül edilməlidir. Biz öz zəifliyimizi dərk etməliyik. Sığınnmasan canavarlar səni iki saniyəyə parçalayar. Buranı Qarsa çevirərlər. Bozqurdun dişləri parıldayır. Bozqurdun ipi isə ABŞ-ın əlindədir. Fb-də canavarlıq etmək lazım deyil. Siz yazdığınızdan yüzünü yazaram. Vətən oğlu, irəli, cart, part, sırt, zurt. Amma elə deyil. Biz balığıq. Özü də xırdasından.
Fərhad Həsənzadə: TMMR-çilər Əbülfəzin seçki sənədlərini 7 rayondan yığıb yoxlatdırdılar. Xalq Nizami Süleymanova səs vermişdi, amma dələduzlar Elçibəyi elan etmişdilər. 7 rayon azdı? Bu 1,5 yarım əhali təşkil edirdi o zamankı bütün əhalidən. İnandırım ki, başqa zonalar da belə səs verib.
Elşən Cəfərov: Çox qəribə bir vəziyyət yaranıb. Xaçpərəst dünyası sayılan Rusiyada, Moskva şəhərində müsəlmanların bayram namazını rahat qılması üçün hakimiyyət məscidlərə gedən bütün avtomobil yollarını bağlayır və yüz minlərlə müsəlman tam qoruma altında bütün küçələrdə (məscidlərdə yer olmadığı üçün) rahat namaz qılır. Bu möhtəşəm namazın yuxarıdan çəkilmiş görüntüləri bütün dünyada göstərilir. Amma islam dünyası sayılan İraqın paytaxtı Bağdad şəhərində bayram namazı qılınan məsciddə cəhənnəm itləri olan İŞİD terror aktı törədir, yüzlərlə insan qətlə yetirir, hələ bir həyasızcasına bu terror aktının Bağdad əhlinə bir bayram hədiyyəsi olduğunu bəyan edir.
Leyla Əliyeva: Yazıq Azərbaycanda yaşayan mənim millətim. 20 ildən artıqdır türklər hökmdarlıq edir yazıq millətə. Bu da axırı!
Orxan Həbibov: Biz Təbrizi verməmişik. Təbriz zatən orda idi. Biz Urmiyanı, Ərdəbili də verməmişik. Biz İğdırı, Qarsı vermişik. Bakını da...
Mehdi Əlisoy: “Faiz alan da, verən də lənətlənmişdir”- bunu Allah Təala buyurub. Bu milləti lənət içində yaşamağa vadar edən rejimə lənət olsun! Dövlət bankı yaradılmalı və gündəlik dolanışığı, yeməyi üçün, xeyir işlər üçün bankın təkcə xərcləri hesablanıb üstünə gəlməklə cüzi dərəcəli, 2-5 faiz olmaqla aşağı təbəqəyə kredit verilməlidir.
Vüqar Ağakişiyev: Bankların verdiyi kredit yox, sələmdir. Bunun da izahını dinimiz çox açıq verib ki, sələmə pul verənin günahı, anasıyla zina etmişin günahına bərabərdir.
İlham Əhmədov: Türkiyə Azərbaycanı məhv etmək istəyir.
Prosto Privat: Dərman sektorunun 4000-nə yaxın dərmanların idxalı və ixracını saxlayıblar. Səbəb devalıvasiyadır -103 manatlq dərmanım 206 manat olub- iş orasıdırkı Azərbaycanda yoxdu. Ukraynaadan maraqlandım, 257 qrivendir o da valyutayla çevirdim, 15-20 manat arası elədi))) Gəl indi yaşa!
Rizvan Şıxızadə: Sovet hökuməti mənzilləri pulsuz verirdi. O boyda Bakı şəhəri tikilib pulsuz paylanılıb. İndiki hökümət kimə pulsuz ev verər?
Vüsal Həsənəli: 12-də evə gedirdim, çəlimsiz bir Ana dayanıb salfet satırdı. Divara söykənib yuxulamışdı amma arada diksinib salfet alın deyirdi. Əcəb qəhər tutdu məni. Pul da yox ki adam hamısını ala göndərə evə.
Kəramət Böyükçöl: Rəşad Məcid bu gün AYB-nin yeganə problemidir. O ordan getsə, bütün problemlər öz-özünə həll olunacaq. Rəşad Məcid gənclər üzrə katib kimi bütün gənclərlə bütün münasibətlərini şəxsi münasibətləri kontekstində qurur, ürəyi istəyən adama AYB-nin üçüncü mərtəbəsində təpik atır, ürəyi istəyən adama söyüş söyür, təhqir edir. Belə katib olmaz. O, AYB-ni hörmətdən salır. Rəşad Məcid ordan getməlidir və ora gənclərlə münasibətini normal qura bilən adam təyin olunmaldır.
Ağalar Qut: Gəlin, o dövrdə Sultan Səlimə verilmiş təxəllüsə baxaq: Yavuz. “Yavuz” bizim dialektimizdəki “yava” sözüdür; yava- həyasız, əxlaqsız, pozğun, ədəbsiz deməkdir. Amma Şah İsmayılı qatil və cəllad kimi qələmə verirlər. Halbuki Şah İsmayıl Səlimin atası Sultan II Bəyazidə məktublarında ona “ata” deyə müraciət edəcək dərəcədə nəcib, yumşaq, mənəvi insan idi. Səlim isə o qədər yava idi ki, ölüm səbəbi də həyatına yaraşan oldu: gündəyməzinə çıxan çibandan öldü.

Комментариев нет:

Отправить комментарий