Страницы

01.08.2016

Qarabağlıları öz torpaqlarına hansı diviziya döndərəcək?

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -43

Elçin Ağazadə: Aranızda körpəsi olanlara, yaxud azyaşlı bacı-qardaşı olanlara səslənirəm. O günahsızlara yazığınız gəlsin, izləməsinlər türk kanallarını. Gic-gicə dublyajlı cizgi filimlərdən, türk seriallardan uzaqlaşdırın. Uşaqlarınızın zövqünü kor eləməyin. yoxsa sonra gec olacaq. Yazıqdılar.
Fiko Messenger: ANS kanalı Suriya ordusuna Əsəd qüvvələri deyir. “Nusra Cəbhəsi” terrorçularına da üsyançı. Biri bunlara çatdırsın ki, adı çəkilən terror təşkilatı BMT-nin terrorçu təşkilatlar siyahısındadır. Suriyanın yeganə legetim prezideti isə Bəşər Əsəddir. Televiziya kanallarımızın dövlətin rəsmi siyasətinə zidd xəbər verməsi kimə xidmət edir?
Ağalar Qut: Osmaniyyə dövlətindən on minlərlə oğuz Qızılbaş dövlətinə axınla köç edirdi. Hətta saray divanında Səlimin öz qohumları yüksək vəzifələrini, yerlərdə bəylər öz bəyliklərini buraxıb, Şah İsmayılın dövlətinə pənah aparırdılar. Bunu türkiyəli tarixçilər özləri deyirlər, ancaq bu köç axınının səbəblərini izah edə bilmirlər. Osmaniyyədən Qızılbaşlara köç elə kütləvi olub ki, hətta Səlimin Qızılbaşlara hücumunun əsas səbəblərindən biri kimi “bu gedişlə Osmaniyyə dövlətinin xalqsız qalma ehtimalı”nı (prof. T.Gündüz) göstərirlər. İndi gəlin soruşaq, köç edənləri qızılbaş elində Şahın qılıncı gözləyirdisə, on minlərlə insan oraya köç edərdimi? İqtisadi amillərlə yanaşı, görünür, qızılbaşlıqda oğuzlara doğma gələn nələrsə, osmani hakimiyyətində isə əksinə, onlara yad nələrsə vardı.
Sabir Şindani: Bu milləti Rusiya millət elədi, bunu yaddan çıxatmaq olmaz. İstəməsəydi, Amerikalılar hindularla etdiyindən edərdi, onda qəti danışan olmayacaqdı. Bunu dərk etməyə böyük zəka lazım deyil. 
Nizami Məmmədov: İnanıram ki, düzəldə bilən oğlanların “zühur” etməsinə çox qalmayıb. Əlləri anqlosakson ağaların ciblərində olanların əlləri “kəsilməsə”, bu millətə nicat olmayacaqdır.
Elçin Bayramlı: Qərbin ikiuzlulüyünü çox gec başa düşdük.
Rusiya Dağılacaq: Müşahidələr göstərir ki, rusofobiya adi siyasi tendensiya olmaqdan çıxıb psixoloji pozğunluq halını alıb.
Faiq Mirzəyev: Çox təəssüf ki, türkçülük təbliğatı Azərbaycanda geniş yayılıb. Bir özümüzə baxaq, nə qədər düşmən qazanırıq, hansı dövlətlərlə üz-üzə gəlirik! Bu cür yalançı təbliğatla bizi bütün qonuşlarımızla düşmən ediblər. Azərbaycan xalqına bu düşmənçilik lazımdırmı? Yox, bir qrup adama lazımdır. Əslində Ermənistanla bizi duşmən edən elə Türkiyədir, osmanlılardır, tarixdən bu günə qədər ancaq öz xeyirlərinə istifadə edirlər.
Eko Politician: Əvvəllər müəllimlərin 80%-i Qazax-Borçalı zonasından olardı, çünki bu zonanın adamları danışıqda, izahda pərgardılar və bu işi hamıdan yaxşı görə bilirlər. İndi isə müəllimlərin 80%-i yerazlardır, bir şey də öyrədə bilmirlər. Çünki talkuçka adamlarıdılar.
Fərhad Həsənzadə: Türkiyə olmasaydı, başımızı və cibimizi kim qırxardı?
Lalə Ədalətqızı: Bu qaçqınlardan ömrü boyu yaxşı şey eşitmədik də! Bizim də bir qonşu var, gəlib girib onun evinə, zəbt edib, çıxmır evdən. Dəhşətizm. Allah bizi belələrindən qorusun- harınlamış, gözü puldan, mal-dövlətdən başqa heç nə görməyən insanlardan. Halbuki dünya malı boş şeydi. Bakıya gələn kimi əlinə təsbeh alıb özünü bomba sayan oğlanlar, rayondan uzun yubka ilə çıxıb Bakıya gələndə yubkasını qısaldan qızlar, şəhərə ailənlə gəzməyə çıxanda camaatın anasına-bacısına sataşan oglanlardan Allah qorusun Bakı şəhərini! Amin!
Elxan Zaman: Türklər qədər islam aləmində övliya, arif, alim, filosof, hikmət sahibi olan şəxsləri yetişdirmiş ikinci bir millət yoxdur hələ ki. Türklər islamın düşünən beyni, döyünən ürəyi, vuran əlidirlər. Bu sözləri digər millətləri aşağılamaq üçün demədim, sadəcə olaraq, türkləri aşağılamaq istəyənlərə bunu deyirəm ki, türklərin qədrini bilsinlər. Hər halda islam dünyasının bu gün salamat olmasında həm şiə, həm də sünni türklərin böyük əməkləri var. Həm də bir fikir verin, əgər dünya millətlərini götürsəniz, görərsiniz ki türklər ən az vahhabiləşən millətdilər. Ərəblərdən, puştunlardan, əfqanlardan, çeçenlərdən, ləzgilərdən, kürdlərdən və digər müsəlman xalqlardan ən az vahhabisi olan millət də məhz türklərdilər. Türklər, istər şiəsi olsun, istərsə də sünnisi, böyük-kiçik yeri bilən, peyğəmbər (s) və ailəsinə (ə) məhəbbəti vacib sayan, “mədəd ya peyğəmbər”, “mədəd ya Əli” deyən, pirləri, ocaqları olan bir mədəniyyətə mənsub toplumdurlar.
Tərana Əliyeva: Mənim sevimli, gözəl, çörəkverən, etdiyimiz naxələfliyi unudan... Rusiyam! Troyaya at gətirdilər... Troyalıları aldatdılar... Bizi də aldatdılar, asfaltınız qızıldan, eviniz briliantdan olacaq, Rusiya yedi, taladı, filan... Azadlıq!.. Azadlıq!..
Etibar Qaramanoğlu: Vahhabiləri, bunları mudafiə edən alçaqları nakazat eləmək lazımdır. Azərbaycanda bunların kökünü kəsmək lazımdır. Saqqallarını qırxıb üzlərinə şram atmaq lazımdır ki, fahişə kimi tanınsınlar.Tfu sizin südünüzə, qanınıza!
Uçan Peraşki: Qarabağın işğalından bunlar qabağa düşdülər. İndiyə eşşəklə, atla başlarını qatırdılar. Bu müharibə isətəyənlər baxsınlar və papaqlarını qabaqlarına qoyub əməlli-başlı fikirləşsinlər ki, Allah eləməmiş biz Qarabağı geri qaytarsaq bunları- Qarabağ kürdlərini hansı diviziya öz ana torpaqlarına geri döndərəcək? Xm?? Dünyanın ən qüdrətli ordusu belə qarabağlıları Qarabağa qaytara bilməz. Evləri ev, maşınları maşın, obyektləri obyekt... Vətənpərvər olublar. fb-də xizək sürə-sürə vətən sevirlər mənimçün.
Həmid Herisçi: İndi İranda millətçi adı altında ateistlər, nihilistlər gizlənir. Onların millətçiliyə qəti dəxli yoxdur, biləsiz. Buna görə onları sevmirəm. Tək mən deyil özü də... xalq da sevmir bu saxtakar millətçiləri. Buna görə də Güneydə milli mübarizə marginallaşır, geniş xalq kütlələrindən kənarda qalır... Ateistlər, nihilistlər öz adları altında bir hərəkat yaratsınlar, millətçi pərdəsindən çıxsınlar, hə, buna varam, bu halda onlara hörmətim artar. Onlara mənfi gözlə baxmaram. Ancaq millətçi adından sui-istifadəyə qarşıyam.
Səttar Məmmədov: SSRİ vaxtı atam maşının köhnə təkərlərini poçt ilə Yaroslavla yolladı, ordan 4 dənə təzə təkər havayı gəldi... İndi biz bazardan işlənmiş köhnə təkərlər alırıq baha qiymətə.
İsfəndiyar İskəndərov: Türk pulu atasından da çox sevir.
Oktay Quliyev: Görürsən ki bir insaflı həkim tapılır, firma dərmanları yazmır, məsələn Rusiya istehsalı olan 1 manatlıq dərman yazır, sən də gedib bütün apteklərdə o dərmanı axtarırsan. Məlum olur ki, o dərmanlar daha ölkəyə gətirilmir, onun əvəzində eyni tərkibdən olan 10 manatlıq firma dərmanları təklif edilir əczaçılar tərəfindən. Bax bu yollarla da camaatı əziyyətə salırlar. Elə qonşu ölkələrimiz olan İran və Rusiya dərmanları ölkəyə gətirilsə, camaata bəs edir: həm ucuzdur, keyfiyyətinə də söz ola bilməz. Bilərəkdən camaatımızı belə çətinə salırlar, nə var nə yox firma dərmanları ilə çox pul qazanırlar deyə, ucuz dərmanların ölkəyə gəlməsinə maneə yaradırlar. Heç nə demirəm, lənət də oxumuram, bir bunu deyirəm ki, cəhənnəm onların intizarındadı! Elə bu dünyada qan qusacaqlar, ölüm isə onlar üçün qiyamətin başlanğıcıdı!
Gülsüm M-zadə: Böyük Vətən müharibəsi zamanı mənim babamın yaşı çatmayıb, yaşını böyüdüb gedib könüllü. Hər iki babam müharibədə vuruşub qayıdandan sonra da deməyiblər bizi zorla apardılar. O indiki sistemlərinə aiddi ki, uşaqlar heç biri istəmir, zorla əsgər aparırlar.
Timurtaş Hoca: Kafirlər Amerika dostumuzdur deyənlərdir.
Heydərov Maxsun: Daha Avropada dil, mil, gey-mey, trans-zad, sələfi, nurçu, məhxəb-sekta, pox-püsür qalmadı, o 11 km-dən keçirtdi Azərbaycana. Allah üzümüzə baxıb cəmi 11 km sərhəd var, gor bu 450-500 km olsaydı, indi çoxdan başımızı əkmişdi. Qardaş-qardaş deyir, dinimizə barmaq edir. Öz xeyrini güdür. Bir sözlə, bu Türkiyənin bizə ziyandan başqa bir şeyi dəyməyib, kim nə deyir desin. Bu tək bu gün belə deyil, bu Türkiyə “xeyirləri” əsrlərdir davam edir!
Əhmədov Qoşqar: Test imtahanı ilə əmələ gələn bir alim göstərin, dünya səviyyəli, ölkəsinə xidmət edən.
Tofik Səfərzadə: Facebookda hər kəs öz fikrini bidirməkdə sərbəstdir. Bura MM deyil ki, Cənab Oqtay Əsədov mikrofonu söndürə.
Gündüz Əlizadə: 38 ildir Rusiyadayam. Allah sizinkiləri qorusun, 9 uşaq atasıyam. Rus xalqından və hökumətindən istər Sovet vaxtı, istərsə indiki zaman gördüyüm hörmətin heç olmasa 30%-ni sizlər Azərbaycanda görsəydiniz, özünüzü çox xoşbəxt sayardınız. Allah taala hamınıza, bütün Azərbaycan əhalisinə mənim və mənim balalarımın həyatı, yaşayışı kimi həyat qismət etsin. Amin!
Zaur Məmmədov: İŞİD-ə qoşulmaq istəyən sələfilər (vahhabilər) əvvəlcədən özləri ilə bir dəst qadın paltarı tədarükü görsünlər. Ehtiyat “igidin” yaraşığıdı. Çünki sabah “asta qaçan namərddi” əmri veriləndə “gözəllik ondu, doqquzu dondu” deyib başına keçirməyə bir tumanın olmalıdı. Bundan başqa qadın kimi yerimək, qadın bədən forması almaq, qadınlar kimi danışmaq və gülməyi də məşq edib öyrənməyiniz həyatınızı xilas etməyə kömək edə bilər. Çünki sizin bundan başqa çarəniz yoxdur!
Ceyhun Salahov: İrana düşmən olanlar əslində İslama düşməndilər. Amma aciz düşməndilər, əllərindən bir iş gəlmir.
Musarza Kadusi Mirzəyəv: Putinin Suriyanı müdafiə etməsini alqışlayıram. Doğru addım atıb burada o, ölkəsinin iradəsini və gücünü nümayiş etdirir. Ruslar həmişə, hələ Sovet dövründə müsəlman, ərəb ölkələrinə iqtisadi, siyasi və hərbi cəhətdən dəstək olmuşlar. Yaşasın Rusiya-Suriya dostluğu!
Hüseyn Heydərov: Yadıma bir hadisə düşdü. Belə bir mügənni var: Nadir Qafarzadə. TV-lərin birində Nadirin Türkiyəyə və türklərə qarşı söylədiyi kəskin və kobud fikirlərinə görə ona etiraz edən və pis söz yazdığıma görə peşman olmuşam... (Bağışla, Nadir).
Əbülfət Abdullaev: 25 ildi bizi istismar edirlər osmanlılar.
Bərməki Müttəqi: Biz Yaxın Şərqin ən tolerant, ən demokratik, ən cəlbedici ölkəsi ola bilərdik, pantürkçü cəsuslar qarışdırmasaydılar və dələduzlar, oğrular hakimiyyəti zəbt etməsəydilər. Bunu xalqın yalnız savadsızlığından, asan dəmə getməsindən istifadə etməklə əldə etdilər. Amma hər şeyin axırı da gəlib çatır, bunların da axırı artıq yaxınlaşmaqdadı.
Nadir Qocabeyli: Bu adamlar ədəbiyyata muşketyor təfəkkürü ilə baxırlar. Yəni “odin za vsex, vse za odnoqo”. Bu yazır, o tərifləyir, o yazır, bu tərifləyir. Ədəbi saytı ədəbiyyatın yox, məhdud bir qrupun ruporuna çeviriblər. Bu da ədəbiyyat problemidir və bunu da demək lazımdır. Əlbəttə, indiki zamanda yazıçı öz kitabını satmaq üçün müxtəlif üsullardan istifadə edə bilər. Amma yazıçının şou adamından, yaxud “Çiko” satandan fərqi olmalıdır. Sürtük “əla günəbaxan tumları” və “gözəl bir hekayə” ifadələri bir-birinə nə qədər çox bənzəyir.

Комментариев нет:

Отправить комментарий