Страницы

27.08.2016

“Yeni dünya düzəni”nin iflası:Böyük Avropa niyə baş tutmadı?

Fyodr Lukyanov

25 il əvvəl SSRİ-də baş vermiş avqust qiyamı sovet tarixi üzərindən xətt çəkdi. SSRİ ilə birlikdə  keçmiş rəqiblərin “pay bölgüsünə” əsaslanan “yeni dünya düzəni” ideyası da dəfn edildi. SSRİ-nin süqutundan sonra daha heç vaxt yeni dünyanın birgə dizayn edilməsindən söhbət gedə bilməzdi.
Birincisi, Rusiyaya faktik olaraq məğlub olmuş dövlət kimi baxırdılar. Onun sosial-iqtisadi vəziyyətində baş vermiş böyük miqyaslı iflas ağır hərbi məğlubiyyəti xatırladırdı.
İkincisi, Rusiya özü o vaxt qərb cəmiyyəti ilə birgə nəsə hazırlamaq yox, onun normalarını qəbul edərək bu cəmiyyətə qovuşmağa hazır olduğunu bəyan etmişdi. Bu andan etibarən Qərbin söz yiyəsi olma amili mübahisəsiz fakta çevrildi.
Ötən əsrin 80-90-cu illərinin hadisələri köklü dəyişiklik epoxası sayılırdı. Lakin üstündən 25 il ötdükdən sonra bu barədə bəzi şübhələr yaranır. 1940-80-ci illərin qarşıdurması tərəflərin birinin yox olması ilə nəticələndi. Bundan sonra əsas stavka SSRİ ilə qarşıdurma dövründə qərb cəmiyyətinə xidmət edən strukturların bütün planetə yayılmasına edildi. Başqa sözlə desək, Qərbdə “soyuq müharibə” dövründəki dünya idarəçiliyi modelinə yenidən baxmağa hazırlaşmırdılar. İndi sadəcə bu struktura daha iki supergücü tənzimləyən dayaq kimi yox, qlobal dünya hakimiyyətini bərqərar edəcək tək bir dayaq olaraq baxmağa başladılar.
Lakin bir müddət sonra məlum oldu ki, bu praktika artıq işləmir.
Tədricən Rusiyanın problemi yaranamağa başladı. İlkin mərhələdə Moskvanın qərbin demokratik cəmiyyətinə qovuşmaqla bağlı həvəsinə baxmayaraq bu baş vermədi.
Doğrudur, 2000-ci ilin ikinci yarısına qədər ABŞ və Avropa Rusiyanı elə də ciddi əngəl hesab etmirdi. Qərbin fikirncə, Rusiya ya “ağıllanıb” “normal ölkə” relsinə çıxacaq, ya da rəqabətə davam gətirməyib bir beynəlxalq güc faktoru kimi sakitcə sönüb gedəcəkdi.
Bu sxem dünyanın digər yerlərində də fəsad verməyə başladı. NATO-nu qlobal polisə çevirmək cəhdi çox qısamüddətli oldu. 1990-cı illərin sonlarında Yuqoslaviyadan sonra, Əfqanıstan və İraq müharibəsinə qədər artıq alyans parlçalandı. Lakin bunun nəticələri böyük miqyaslı idi: məlum oldu ki, öz proqramını reallaşdırmaq üçün hətta dəfələrlə çöx böyük hərbi gücə sahiblik faktoru da kifayət etmir.
Demokratiyanı yaymaq ideyası Yaxın Şərqin yenidən qurulması ilə bağlı məsələni nəinki kəskinləşdirdi, həmçinin Rusiya və Çin tərəfindən qəzəblə qarşılandı ("rəngli inqilab"lar). O proses Qərb cəmiyyətini də şübhələrə saldı. Məhz “yeni dünya düzəni” ilə bağlı artan böhran kataklizmlərin səbəbinə çevrildi.
2016-cı ilin yayı göstərir ki, bu erroziya layihənin “ürəyinə” – NATO və Avropa İttifaqına, o cümlədən lider dövlət olan ABŞ-a işləyib. NATO-nun vəziyyətinin ağırlığı onun əsas müttəfiqi sayılan Türkiyənin hərəkətlərindən aydın görünür. Prezident Ərdoğan özünü elə aparır ki, sanki NATO ümumiyyətlə mövcud deyil. Alyansın Rusiya ilə rəqib olduğu bir zamanda Ankara Moskva ilə təhlükəsizlik sahəsində hərbi-texniki əlaqələrini gücləndirir.
Moskvanın çevriliş cəhdi ilə bağlı Türkiyəni xəbərdar etməsi barədə informasiyaların nə qədər həqiqət olduğu barədə mühakimə yürütmək çətindir, amma bir şey məlumdur: Türkiyənin tərəfdaşı olan Amerika bunu eləmədi.
“Odun üstünə yağ” tökənlərdən biri də prezidentliyə namizəd Donald Trampdır. Onun “ABŞ NATO-da yalnız alyans qarşısında öhdəliklərini yerinə yetirəcək üzvlərini müdafiə edəcək” bəyanatı avropalı müttəfiqlərini oyatdı.
Qeyd edək ki, ABŞ-ın Avropadakı tərəfdaşlarının passivliyindən narazı olması ilk dəfə deyil. Bu barədə ən müxtəlif səviyyələrdə danışılıb. Tramp sadəcə bunu kəskin formada ortaya qoydu.
Amerika kampaniyası son 25 il ərzində ilk dəfə təcrid elementləri daşıyır: Tramp ABŞ-ın müstəsnalığını “soyuq müharibə” dövründə olduğu kimi interpretasiya etmir. Bu, daha çox ABŞ-a dəxli olmayan məsələlər barədə Vaşinqtonun kənarda qalmasını ehtiva edir.
Avropa İttifaqı da zərbələr alıb. Böyük Britaniyanın birliyi tərk etməsi barədə qərarı tarixi əhəmiyyət daşıyır. Tarixdə ilk dəfə olaraq birlik genişlənmək əvəzinə sıxılacaq. Türkiyə ilə münaqişə, Rusiya ilə qarmaqarışıq münasibətlər, Britaniyanın getməsi – bütün bu təzahürlərin müxtəlif səbəbləri var, lakin bir məsələni ortaya qoyur: Brüsselin mərkəz olduğu Böyük Avropa baş tutmayıb. Halbuki bu mərkəzi 1990-cı illərdə “yeni düzənin” protitipi kimi görürdülər.
İki baş tutmamış çevriliş çəhdi (SSRİ-də 1991-ci il avqust qiyamı və 15 iyul 2016-cı il Türkiyə) arasındakı 25 illik zaman ərzində keçmiş dizaynı yenilməyə cəhd olundu. Bu isə qanunauyğun nəticəyə gətirib çıxartdı:  “Soyuq müharibə”yə oxşar situasiyanın bərpası ilə bağlı məntiq qalib gəldi.
Lakin dünya hər halda çox dəyişib. İndi yeni institutlar artıq Çinin, Rusiyanın və digər regional güclərin təşəbbüsü ilə yaranır.

“Россия в глобальной политике» jurnalı
Tərcümə strateq.az-ındır

Комментариев нет:

Отправить комментарий