Страницы

15.09.2016

Ayaz Mütəllibov: Xalq Cəbhəsi Bakıda qırğın törətməyi planlaşdırmışdı

Əli Kərimlinin və onun təşviqat komandasının daimi və ən əsas hədəflərindən biri artıq neçə illərdir ki, hazırda haqqin.az-virtualaz.org saytlarının rəhbəri olan Eynulla Fətullayevdir.
Etiraf etmək lazımdır ki, jurnalistin AXCP və onun keçmiş və indiki liderlərinə- Elçibəy, İsa Qəmbər, Əli Kərimli, Pənah Hüseynov, Cəmil Həsənli və başqalarına münasibəti hər zaman çox sərt olub. Buna əmin olmaq üçün “Monitor” jurnalını, daha sonra isə “Realnıy Azərbaycan” qəzetini vərəqləmək kifayətdir. Lakin Xalq Cəbhəsinin rəhbərləri, əksər hallarda olduğu kimi, bu dəfə də öz mövqelərinin hər hansı şəkildə əsaslandırılması fikrindən vaz keçərək, rəqiblərinə qara yaxmaqla məşğuldurlar.
Bu yaxınlarda öz ünvanına KİV-də növbəti hədyanla rastlaşan E.Fətullayev “Feysbuk” səhifəsində Ayaz Mütəllibovun ünvanına giley edib ki, nəyə görə o, vaxtında cəbhəçilərlə Nursultan Nazarbayevin və İslam Kərimovun öz ölkələrində müxalifətçilərlə davrandığı kimi davranmayıb: “Günah Ayaz Mütəllibovdadır. Əgər o, 1992-ci ildə bu qaragüruhu bitirsəydi, Azərbaycan siyasətini uzun müddətə bu natəmizlikdən xilas edərdi”.
Eks-prezident haqqin.az-virtualaz.org saytlarının rəhbərinə cavab verməyi özünə borc bilib. Ayaz Mütəllibov deyib: “O (AXC) necə ədəbsiz idisə, elə də qalıb. Bu uşaqlara nə qədər deyirdim ki, onların taktikaları Azərbaycanı faciəyə aparır, lakin dinləmədilər və heç nə də anlamadılar. Görürəm ki, psixologiyaları qətiyyən dəyişməyib. Mən o zaman niyə sərtlik nümayiş etdirmədim? Ona görə ki, Eynulla Fətullayevin qeyd etdiyi liderlərdən fərqli olaraq, mən Ermənistanla vuruşurdum. Bütün düşüncəm, işim Vətənimizin müdafiəsinə yönəlmişdi. Amma AXC liderləri bundan istifadə edərək, mənə qarşı üsyan qaldırdılar. Mən bu üsyanı yatıra bilərdimmi? Əlbəttə, lakin mən bunun nəticələri barədə düşünürdüm. O zaman həm Vaşinqtonda, həm də Moskvada erməni lobbisi elə onu gözləyirdi ki, mən müxalifətə qarşı sərtlik nümayiş etdirim. Məni despotizmdə günahlandıracaqdılar. Həm də məndə dəqiq məlumatlar var idi ki, onlara qarşı repressiyaların başlayacağı təqdirdə cəbhəçilər Bakıda nələr törədəcəklər. Onlar hətta cəbhə xəttindən könüllü batalyonları Bakıya gətirmiş və Qarabağdakı mövqelərimizi zəiflətmişdilər. AXC özü üçün indi Kiyevdə “Pravıy sektor”un oynadığı rola oxşar bir şey planlaşdırmışdı. Siz təsəvvür etmirsiniz ki, onlar Bakıda necə qırğın planlaşdırmışdılar. Cəbhəçilər buna getməyə hazır idilər. Buna görə də, mən bütün bunları ölçüb-biçdim və qərara gəldim ki, vəzifəm xalqımın acılarına dəymir. Mən getdim. Bax, buna görə mən o zaman sərt addımlara əl atmadım”.

Zaur Rəsulzadə   virtualaz.org

Комментариев нет:

Отправить комментарий