Страницы

26.09.2016

İnsanların əksəriyyəti yoxsulluqda sürünməli olacaqlar


Biz İkinci Dünya müharibəsində sağ qalanların evə qayıdarkən nə baş verdiyini unutduq – onlar sahildə bağlanmış qayıqları dalğanın üzərində qaldıran qabarma kimi qayıdırdılar. Mənim nəslim acı yaşamalı, öz gözləri ilə soyqırım, etnik təmizləmə görməli oldu, ağlasığmaz çətinliklər çəkməli oldu – müharibədən qayıdan əsgərləri və dinc əhalini onlara çatacaq dinc həyatı belə təkid və inadla tələb etməyə məhz bunlar məcbur etdi.
Biz dəqiq bilirdik ki, biz bunlara layiqik və bilirdik ki, gələcək daha keçmiş kimi, nə vaxt ki çoxları zibil qutularında eşələnməyə məcbur olmuşdu, olmamalıdır. Bizim “gözəl yaşıl ölkəmiz” müharibədən sonra hər kəsin ölkəsi olmalı idi – istisnasız, çünki biz məhz belə bir ölkə üçün qan tökürdük və ölürdük. Biz həqiqi demokratik cəmiyyət tələb edirdik, harada ki hər kəsə öz xidmətlərinə görə haqq verilməli idi və artıq heç kim yoxsulluq içərisində yaşamayacaqdı. Hesab edirdik ki, heç kim xəstəlikdən və ya savadsızlıqdan həyatın xarabalığına atılmamalıdır. Müharibədən sonra biz qərb dünyasında radikal kökündən dəyişikliklər apardıq, məhz onda bizim cəmiyyətmizdə fikirlər yayılmağa başladı ki, bütün insanlar özlərinə uyğun münasibətə layiqdirlər, müstəqil hərəkət etməyə, ədalət üçün hüquqa malik olmalıdırlar, əhalinin ən zəif təbəqələri isə sosial yardım almalıdırlar.
Biz ödəməli olacağımız dəyəri çox yaxşı bilirdik, əgər cəmiyyət ədalətsizdirsə, bu nəticədə bütün demokratiyanın sonu deməkdir, insanların əksəriyyəti isə yoxsulluqda sürünməli olacaqlar. Biz ümumi səhiyyə sisteminin olmamasının nəyə başa gələcəyini bilirdik, bu əslində cəmiyyətin kiçik insan toplusunun çoxluq üzərində hakim olduğu əvvəlki modelinə qayıtmaq deməkdir. Və bu gün, bizim dünyanın varının çox dəfələrlə artdığı zaman, bizim siyasi xadimlərimiz, maliyyə institutlarının nümayəndələri və sənaye nəhəngləri qəfildən bizə deyirlər ki, biz həmin müharibədə insanların uğrunda can qoyduğu layiqli həyatı yaşamamalıyıq. Bu gün bizim başçılar bizə deyirlər ki, guya ümumi səhiyyə, dövlət tərəfindən təmin olunan pensiya, ədalətli əmək haqqı, həmkarlar ittifaqlarının müdafiəsi və bizim sosial təminat sisteminin digər aspektləri kimi “dəbdəbə”yə malik ola bilmərik.
Bu gün mənim 90 yaşım var və yenidən döyüşə getmək üçün çox qocayam. Mən daha hətta etiraz nümayişlərində dayana və əllərimdə bu günkü siyasətin ağılsızlıqlarını tənqid edən plakat saxlaya bilmirəm. Mənə qalan öz dövrümün və nə vaxtsa uzaq keçmişdə Hitlerə və sivilizasiyanın əsas prinsiplərini məhv etməyə çalışan bütün hər kəsə qarşı apardığımız qəhrəman mübarizənin canlı şahidi olmaqdır. Bizim cəmiyyətin əsas problemləri vəsait çatışmamazlığı və borclar deyil, odur ki bizim başçılar xalqa hesabat vermirlər, bir yığın Siti bankirlərinə və hedge-fund menecerlərinə hesabat verirlər. Onlar hamısı yalnız öz mühasibatlıq idarələrinə qulaq asırlar, xalqa yox.
Bilmirəm, ətrafımızda hər şeyi gərginləşdirən zülmətdən çıxış yolu tapa biləcəkmi? Ola bilsin, insanlıq yenidən nə vaxtsa əcdadlarının çıxdığı mağaralara qayıdacaq – belə bir ssenari tamamilə mümkündür – çünki, biz yalnız öz şəxsi maraqlarına xidmət edən siyasi partiya liderləri və var-dövlətinin mənbəyi tamamilə şübhəli olan biznes maqnatları tərəfindən tabe edilmişik və qorxudulmuşuq. Amma mən yenə də ümid edirəm ki, bu baş verməyəcək, heç olmasa gələcək nəsillərin xatirinə buna yol verməyəcəyik.
Bununla belə, əmin olduğum bir şey var: əgər bizim indiki siyasi xadimlərimiz və biznes çarlarımız 1939-cu ildə hakimiyyətdə olsaydılar, onlar nasizmlə mübarizəyə qatılmaq istəməzdilər. Nə Dyunkerk, nə də Britaniya uğrunda döyüş olmazdı, və nəticədə bizim Ulduz Saatımız çatmazdı. Bizim müasir liderlər daha da Avropa üzərində işığın necə söndüyünə baxmağı üstün tutardılar, çünki belə davranış Hitler zülmkarlığına qarşı onlar üçün ən ucuz və ehtiyatlı variant olardı.

Harri Lesli Smit

https://www.facebook.com/EcoSocialistsOfAzerbaijan/

Комментариев нет:

Отправить комментарий