Страницы

15.09.2016

Milli Məclis buraxılacaq - ŞOK

Məlumdur ki, sentyabrın 26-da olkəmizdə Konstitusiyasına əlavə və dəyişikliklə bağı referendum keçiriləcək. Referendum aktında həm yeni idarəçilik institunun yaranması, eyni zamanda vətəndaş cəmiyyəti institutlarına əlavə hüquqların verilməsi nəzərdə tutulur. Xüsusilə bu referendumda Konstitusiyaya Parlamentin Prezident tərəfindən buraxılması ilə bağlı maddə də əlavə edilir. Məhz buna görə də ölkədə artıq müzakirələr başlayıb.
Millixeber.com olaraq araşdırma apardıq məlum oldu ki, Milli Məclisin təqribən  34 deputatının adı Türkiyədə olan nurçular cərəyanı ilə bağlıdır.  Hətta bildirilir ki, həmin şəxslər Azərbaycanda çox ciddi şəkildə mövqelərində möhkəmləniblər. Onların siyasi dairələrdə himayədarlarının olduğu və Gülən camaatı tərəfindən həmin deputatlara aylıq maaş kəsildiyi də iddialar sırasındadır. Bunun müqabilində həmin millət vəkilləri guya nurçuların Azərbaycanda maraqlarını təmin etməkdədirlər. Həmçinin, 40-a yaxın dövlət məmurunun da nurçularla müxtəlif formada əlaqədə olduğu deyilir.
Araşdırmanın nəticəsinə əsaslansaq nurçular ölkəmizdə praktiki olaraq bütün sahələrə nüfuz ediblər.
Bəs, Fətullah Gülənin nurçuluq hərəkatı ilə bağlı olduğu iddia edilən millət vəkilləri kimlərdir?
Bu siyahı isə bugünlərdə tam təqdim ediləcək. Hələlik isə bəzilərinin  adın çəkək: Fazil Mustafa, Fərəc Quliyev, Qənirə Paşayeva, Fuad Muradov, Bəxtiyar Sadıqov, Aydın Mirzəzadə, Rəşad Mahmudov... və s.
Bu faktlar isə Azərbaycanda Parlamentin buraxılmasına və yenidən formalaşmasına zəmin yaradır.
Xatırladaq ki, bir neçə ay əvvəl Türkiyədə yayılan gizli səsyazısında Azərbaycanın bəzi güc və xarici siyasətini həyata keçirən nazirlərinin də FETÖ-çu olduğu bildirilirdi. /millixeber.com/

Комментариев нет:

Отправить комментарий