Страницы

27.09.2016

Mücirəddin Mübariz - Baxıșdan düșüb

Kim sorsa gözümün yașın deyirəm,
Yaș deyil, damcıdı, yağıșdan düșüb.
Sinəmin üstündə közərən köz də,
Bir odlu, alovlu baxıșdan düșüb.

Vüsalı tək oldum, həsrəti dəstə,
Mənim söhbətim də ən qəmli bəstə.
Atmayın günahı o qızın üstə,
Xallar ürəyimə doğușdan düșüb.

Gen dünya gəlir bir dar məzar mənə,
Yüz bəxt yazan olsa, kəm yazar mənə.
Mən eșq xəstəsiyəm, bu azar mənə,
Bilmirəm heç hansı naxoșdan düșüb.

Комментариев нет:

Отправить комментарий