Страницы

21.09.2016

Pərvin Cəfərzadə - Dünyaya mesaj

O görür ki, anası ona nəsə bişirib
İsti-isti yeməkçün balam deyə səsləyir;
O görür ki, atası ondan ayrı qalmayır
Hey öpür üz-gözündən məhəbbətlə bəsləyir.

O görür ki, babası səhər tezdən zəng edib
Deyir nəvəmi verin bizdə qalsın bir gecə;
O görür ki, atası vermək istəmir onu,
Deyir axı biz onsuz necə qalarıq, necə?

O görür ki, hər səhər atasıyla gözləyir
Günəşin doğmasını ki, necə şəfəq saçır.
O görür ki, dostları hamı onu səsləyir,
O da sevincək halda onlara tərəf qaçır.

O görür ki, uşaqlı həyat necə şirindi,
Axı o da uşaqdı özüylə qürurlanır.
Qulağına bu anda amansız bir səs gəlir,
O görür ki, yuxudu yuxudan tez oyanır.

Onun bu gördükləri ancaq yuxuda olur,
Həqiqətdə gördüyü mərmi olub, qan olub.
O körpə bir uşaqdı ayağını itirib,
Onun nə yaşı var ki, axı yarımcan olub.

Əslində o dediyim o deyil onlardılar,
Onlar Xocalıdandı, onlar İraqdandılar.
Onlar valideynini göz önündə itirən
Onlar Yəmən, Qəzzalı körpə olan candılar.

Onlar qayğı görməyən, onlar yetimlərdilər-
Qəlbinizdə onlara qarşı mərhəmət olsun
Necə güllələyirsiz, yandırırsız onları?
İlahidən sizlərə əbədi lənət olsun!

Vicdanınız vardısa səslənirəm sizlərə:
Dayandırın savaşı, dayandırın, atmayın!
Hər mərmi bir ananın, körpənin canın alır
Qıymayın bu canlara, daha dərd yaratmayın.

Комментариев нет:

Отправить комментарий