Страницы

13.10.2016

Demokratiyanın göbəyi - İngiltərə

Bu arvad aşağıdakı hüquqlara malikdir: müharibə elan etmək (qanuni məhdudiyyət olmadan və səbəbləri izah etmədən); baş naziri təyin etmək (istədiyi adamı, və bu şəxs partiya seçkilərində qalib olmaya da bilər); nazirləri, gizli müşavirləri, icra orqanlarının üzvlərini və digər vəzifə şəxslərini təyin etmək; parlamenti buraxmaq; bütün işlər üzrə hakimləri təyin etmək; hərbi qüvvələrə rəhbərlik etmək. Ümumi qanun deyir ki, Tac “səhv edə bilməz”, monarx cinayətə görə məhkəmədə cavab verə bilməz. Heç inanmazsınız ki, İngiltərədə baş nazirlər, parlament partiyaları, seçkilər- hamısı bir oyundur. Faktiki olaraq kraliça hakimiyyətin bütün qollarına- qanunvericiliyə, icraya və məhkəməyə nəzarət edir. Monarx anqlikan kilsəsinin də Ali İdarəçisidir; yepiskopları, arxiyepiskopları təyin edir, sion qanı daşımayanları bu vəzifəyə götürmür. Yəni bu arvad həm dünyəvi, həm də dini hakimiyyətin başçısıdır- belə hal isə dünyanın heç bir yerində, hətta söydüyünüz İranda da yoxdur. Daha bir məqam: Kraliçanın yuxarıda sadaladığımız bütün səlahiyyətləri yalnız İngiltərədə deyil, İngiltərənin koloniyası sayılan Kanada, Avstraliya və digər 13 ölkədə də qüvvədədir. Dünyada əlində bu qədər böyük hakimiyyət səlahiyyətləri olan ikinci bir adam yoxdur. Amma İngiltərə sənə demokratiyanın göbəyi kimi sırıdılar.

Комментариев нет:

Отправить комментарий