Страницы

06.10.2016

«ELƏ Kİ XALQ ÖZÜ FİKİR YÜRÜTMƏYƏ BAŞLADI, DEMƏK HƏR ŞEY MƏHV OLDU» (VOLTER).

«Məqsədyönlü hərəkətləri işləyib hazırlamaq üçün kütlənin alçaqlığını, qərarsızlığını, dəymə-düşərliyini, ona lazım olan həyat şəraitinin və şəxsi rifahının nədə olduğunu anlamaq qabiliyyətinin olmadığını nəzərə almaq lazımdır. Bilmək lazımdır ki, kütlənin gücü kor-koranə, ağılsız, düşüncəsiz, soldan da, sağdan da deyilənlərə qulaq asan bir gücdür.
Kütlənin üzvləri, kütlə içindən çıxanlar onu yalnız qırğına verə bilərlər. Kor digər korlara başçılıq etməklə onları yalnız uçuruma gətirib çıxara bilər. Hətta dahilik dərəcəsində ağıllı olanlar belə siyasətdən baş çıxarmadıqlarından xalqın rəhbəri kimi çıxış etməyi bacarmazlar. Yalnız uşaqlıqdan hökmdar olmağa hazırlaşdırılan şəxs siyasi hərflərdən təşkil edilən sözü qavrayıb dərk edə bilər.
Özbaşına buraxılmış xalq, yəni öz mühitindən çıxan bambılıların idarə etdiyi xalq, hakimiyyət və şöhrət naminə olan partiya çəkişmələri və bununla əlaqədar baş verən ixtişaşlar nəticəsində öz içindən dağılmağa başlayır.
Mümkündürmü ki, xalq kütlələri sakitcə, rəqabətə girmədən, ölkənin mənafeyini öz şəxsi mənafeyinə qarışdırmadan dövlət işlərini idarə etsinlər? Onlar özlərini xarici düşmənlərdən qorumağa qabildirlərmi? Xeyr, bu mümkün deyil, çünki kütlənin içindəki başlar sayında hissələrə bölünmüş plan öz tamlığını və bütövlüyünü itirir, buna görə də anlaşılmaz və həyata keçirilməz olur.
Yalnız mütləq hakimin- padşahın planları geniş şəkildə aydın, dövlət maşını mexanizminin bütün hissələrini əhatə etməklə nizamla işlənib hazırlana bilər. Bundan da belə bir nəticəyə gəlmək olar ki, ölkə üçün bütün hakimiyyətin bir məsul şəxsin əlində cəmlənməsi faydalıdır. Mütləq despotizm olmadan svilizasiya mövcud ola bilməz, çünki svilizasiyanı kütlələr deyil, kimliyindən asılı olmayaraq kütləni idarə edən şəxs bərqərar edir. Kütlə- öz vəhşiliyini hər bir təsadüfdə nümayiş etdirən barbardır. Kütlə azadlığı öz əlinə keçirən kimi tez bir zamanda onu anarxiyaya çevririr ki, bu anarxiya da öz-özlüyündə barbarlığın ən yüksək ifadəsidir».
(«Sion müdriklərinin protokolları»).

«XALQ DAİM ZÖVQSÜZ VƏ KOBUD OLUB: BUNLAR ÖKÜZDÜRLƏR VƏ ÇAVDAVAR, BOYUNDURUQ, YEM HƏSRƏTİNDƏDİRLƏR» (VOLTER).

Комментариев нет:

Отправить комментарий