Страницы

27.10.2016

Türkiyə sərhəddindən İŞİD-ə gedən 200 min “TIR” və ərəb ölkələrinin aldıqları 60 min “Toyota” avtomobilləri

Türkmən əsilli yaxın şərq üzrə ekspert, yazıçı-jurnalist Hüsnü Mahalli Suriya hadisələri ilə bağlı ilginc şərh verib. m.islaminsesi.az Türkiyə mediasına istinadən bildirir ki, Hüsnü Mahalli Yaxın Şərqdə, xüsusən də Suriyada baş verən hadisələrin kökündə duran səbəbləri və hansı dövlətlərin proseslərdə baş rolda çıxış etdiklərini çözməyə çalışıb. Ekspert öz yazısında bildirib ki, Suriyada hadisələr 2011-ci ilin iyun ayından cərəyan etməyə başladı: “Təxminən 60 ay, yəni 2000 gündür ki, Suriyada hadisələr cərəyan edir. Hər gün orta hesabla 100 ədəd yük daşıyan “TIR” Suriyaya daxil olur. Bu orta hesabla 200 min “TIR” deməkdir. Təsəvvür edin ki, 200 min yerli və xaricdən gələn terrorçu müxtəlif tipli ağır silahlarla döyüşür. Bəs bütün bu silahlar, ərzaq və digər qida məhsulları, içki və geyim ləvazimatla
rı haradan gəlir? Türkiyə sərhəddindən. Əlbəttə ki, bütün bu sadalananların hamısı sionist Səudiyyə krallarının və Qərb dövlətlərinin səyləri nəticəsində göndərilir. Türkiyə sərhədi vasitəsi ilə Suriyaya daşınır”.
Hüsnü Mahalli bütün bunların real sənədlərlə təsdiqini tapdığını qeyd edib: “Rusiya və Suriya hökumətləri Yaponiyanın “Toyota” şirkətinə müraciət ünvanlayaraq, İŞİD-in yararlandığı Toyota avtomobilləri ilə bağlı məlumat verilməsini xahiş edib. Şirkət isə öz üzərindən “terrorçulara dəstək verir” şüarını götürmək üçün həqiqəti söyləyib: “Biz Səudiyyə şirkətinə 22 500, Qətərə 32 000, BƏƏ-yə 11 250, İordaniyaya isə 4 500 Toyota avtomobili satmışıq. Amma indi hamısını İŞİD terror təşkilatı istifadə edir”.
Yazarın sözlərinə görə, təxminən 60-80 min ədəd avtomobilin İŞİD-ə çatdırılması məhz Türkiyə sərhədi vasitəsi ilə həyata keçirilib: “Heç kim real rəqəmlərdən xəbərdar deyil. Lakin Türkiyədən Suriyaya daxil olaraq İŞİD, Nusra və digər terror təşkilatlarına qoşulan əcnəbilərin sayı ən azı 100 min nəfərdir".

Комментариев нет:

Отправить комментарий