Страницы

08.11.2016

Elşad Abdullayev Akif Çovdarovun oğluna cavab verdi: Bu, sizlərə məhkəmə deyil ki, satın alasız

ABU-nun sabiq rektoru, hazırda Fransada mühacir həyatı yaşayan Elşad Abdullayev Akif Çovdarovun oglu Ruslan Çovdarovun “Atama “qanlı general” deyilməsini qəbul etmirəm” başlıqlı müsahibəsinə etiraz edib. “Yeni Müsavat”a yolladığı müraciiətində E.Abdullayev bu müsahibəni təhlil edərək, orada deyilənlərə münasibət bildirib.
E.Abdullayev müraciətində daha öncə A.Çovdarov barədə dəfələrlə prezidentə müraciətlər etdiyini xatırladıb: “Mən Akif Çovdarovun qılıncının dalı-qabagı kəsəndə, prezident fərmanına qədər Akif Çovdarovun qanlı banda başçısı olması haqqında prezidentə çoxsaylı şikayətlər yazmışam. Əgər mənim şikayətimə vaxtında baxılsa idi, bu qədər günahsız adamlar məkəmə məsuliyyətinə cəlb olunmazdı. Akif Çovdarov indi yox, Mahir kimiləri oğurlayıb bizdən quldurcasına külli miqdrada pul tələb edəndə fikirləşməliydi. Bizi şəxsi həbsxanasına gətizdirib təhdid edəndə fikirləşməliydi. Mən onunla ünsiyyətimə görə hesab edirəm ki, Akif Çovdarov qanlı banda başçısıdı – bu Azərbaycan xalqında formalaşmış bir ictimai rəydi, bunu dəyişmək olmaz. Bu sizlərə məhkəmə deyil ki, satın alasız”.
E.Abdullayev bildirib ki, “MTN işi” cinayətində əsas cinayətkar nazir müavini Hilal Əsədov olsa da, qurbanlıq keçi Akf Çovdarov olub. Sabiq ABU rektoru yazır ki, eyni ssenari “Qarabulaq işi”ndə də tətbiq olundu: “Onda da Hilal Əsədov kənarda qaldı Hacı Məmmədov qurbanlıq keçı kimi ömürlük həbs cəzasına məhkum olundu. Halbuki Hacı Məmmədov tələb edirdi ki, mənimlə yanaşı Hilal Əsədov da müttəhimlər kürsüsündə oturmalıdı. Hilal Əsədov ona görə həbs olunmur ki, cinayətin əsas rəhbəri hələlik prokurorluğun istintaqını, məhkəmələri yönəldə bilir. O dövrdə Nəsimi rayonu 21-ci polis bölməsinin rəisi Əli Quliyevi həbs etdilər. Adlarını çəkdiyim digər şəxslər isə Daxili Işlər Nazirliyində oturduğuna görə onlar haqda heç bir tədbir görülmədi. Əli Quliyev Hacı Məmmədovun işində olmayan, başqa bir adam oğurluğuna – ”Qusar işi”nə görə 10 il iş aldı. Amma Nəsimi Rayon Polis Idarəsinin keçmiş rəisinin də bu işlərdə əli var”.
Sabiq ABU rektoru eyni zamanda yazıb ki, M.Abdullayevin oğurlanması cinayətində MTN generalı Hilal Əsədovun, Akif Çovdarovun, Rəsul Rəsulovun, Teymur Quliyevin və mügənni Mətanət İsgəndərlinin izinə düşəndən sonra dövlət terroru ilə üz-üzə qalıb: “Adam oğurluğu cinayətlərində Hilal Əsədovun əməkdaşlarının – Akif Çovdarovun, Rəsul Rəsulov, Teymur Quliyev, Mövlam Şıxəliyev, Fkrət Əliyevin izinə düşəndən sonra həyatımın təhlükəsizliyini təmin etmək məqsədilə Fransaya mühacirət etdim. Nəsimi rayonu 21-ci polis bölməsinin rəisi Əli Quliyev həmin vəzifəyə təyin edilənə qədər MTN İşi cinayətlərinin əsas fiqurantlarından biri olan general Hilal Əsədovun bilavasitə rəisi oldugu Bakı Şəhər Mütəşəkkil Cinayətkarlıga qarşı mübarizə Şöbəsinin (Banditizm Şöbəsinin) aktiv əməkdaşı olub. Bakı Şəhər Baş Polis İdarəsinin müavini Hilal Əsədovun təqdimatı ilə Əli Quliyev Nəsimi rayonu 21-ci polis bölməsinin rəisi təyin edilib. Hilal Əsədovun rəhbərlik etdiyi Bakı ŞBPİ-in Banditizim İdarəsinin həmin dövrdə əməkdaşları Əli Quliyev, Fuad Abdullayev, Mirzə Həsənov olublar. Hilal Əsədovun rəhbərliyi ilə bir çox iş adamların oğurlanaraq qanunsuz gizli həbsxanalarda saxlanılıb, külli miqdarda pul alıb azad ediblər. Pul verməyənləri isə qətlə yetiriblər”.
E.Abdullayev xatırladıb ki, məhkəmə Hilal Əsədovun işçisi Əli Quliyevi 22 adam oğurluğunda və qətlində mühakimə etmişdi. Onun yazdığına görə, Ə.Quliyev Bakı şəhərində şəxsi mənzili olmasına baxmayaraq adam oğurlayıb, onları gizlin saxlamaq məqsədilə şəhərin başqa yerdə kirayə gizlin həbsxana-mənzil saxlayıb: “Hamı bilirdi ki, bu dəstə zəngin iş adamlarını oğurlayıb, pul almaqla məşğul idilər. Hilal Əsədovun BŞPİ-in Banditizm Bölməsi 1995-ci ildə OMON hadisələrindən sonra yaradılmışdı, başqa şöbələrə nisbətən sirr çıxmasın deyə əməkdaşları az idi. Biz MTN generalı Hilal Əsədovun Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar şəbəkəsini Mahir Abdullayevin oğurlanması cinayətində ifşa etdik. Lakin bir hüquq professoru olaraq həyatım, özümün və ailəmin, qohum-əqrəbamın həyatı təhlükə altında qaldığı üçün Fransaya sığınmağa məcbur oldum. Akif Çovdarovun etdiyi bütün cinayətlərin təşkilatçısı Hilal Əsədov, Rəsul Rəsulov, Teymur Quliyev, Mövlam Şıxəliyev və Fikrət Əliyevdir”.

Комментариев нет:

Отправить комментарий