Страницы

05.11.2016

Fətullah Gülənin 20 villası, 500 maşını var

FETÖ lideri Fətullah Gülən böyrək çatışmazlığından əziyyət çəkir. 15 iyul dövlət çevrilişindən sonra onun səhhətindəki problemlər bir az da artıb.
Aktual.az axar.az-a istinadən xəbər verir ki, Türkiyə kəşfiyyatının əldə etdiyi məlumata görə, Gülənin müalicəsi davam etdirilməsə, bu, təşkilat liderinin səhhətində çox ciddi problemlərə, hətta ölümə səbəb ola bilər.
Ancaq görünür, Gülən 15 iyul dövlət çevrilişinə cəhddən sonra ABŞ-a olan inamını tamamilə itirib. Evindən çölə çıxmayan terrorçubaşı Vaşinqtondan tibbi dəstək belə istəməyib. Bu səbəbdən FETÖ üzvü olan həkimlər Gülənin müalicəsini ev şəraitində davam etdirir. Bundan başqa, təşkilat lideri təhlükəsizliyinə də böyük önəm verir. O, sui-qəsd ehtimalına görə müxtəlif tədbirlər görüb. Əldə edilən məlumatda onun ayrı-ayrı otaqlarda gecələdiyi bildirilir.
Qeyd edək ki, Gülənin Pensilvaniyadakı 500 min kvadrat metrlik malikanəsində 20 villa, 500 avtomobillik avto park var. Hər villa azı 50 nəfər üçün nəzərdə tutulub. 100 nəfərdən artıq adamın çalışdığı malikanə günün 24 saatı mühafizəçilər tərəfindən qorunur. Ayrıca, təcili tibbi yardım maşınlarının iqamətgahda hazır vəziyyətdə gözlədiyi bildirilir.
Xatırladaq ki, Fətullah Gülənin Pensilvaniyadan ayrılıb Virciniya ştatına köçəcəyi ilə bağlı məlumatlar yayılıb. /aktual.az/

Комментариев нет:

Отправить комментарий