Страницы

29.11.2016

Manat dəyər itirdikcə İrana gedənlər çoxalır

Kürd-osmanlı istilasının nəticələrindən... Azərbaycan dünyada bəlkə də yeganə ölkədir ki mətbuatında İranı söyməyə əmr verirlər, xalqı isə əlac və xilas dalınca elə həmin İrana gedir.

azadliq.info: "Manat dəyər itirdikcə İrana gedənlər çoxalır".
Noyabrın 19-da İrana gedən Türkiyə vətəndaşı Aydın Cisimin Astara Gömrük İdarəsində vəfat etdiyi, daha çox sayda insanın xəsarət aldığı bildirilir. Astara şəhər sakini Camal İbrahimov deyir ki, İrana getmək müsibətdir: "Təqaüdə çıxmışam. İki dəfə ürəkdən əməliyyat olunmuşam. Pensiya azlıq edir. Ürəyi müalicə etmək üçün dərmanları ala bilmirik. Məcburuq ayda 1-2 dəfə İrana gedək, oradan dərmanları alaq. Bizə nisbətdə orda dərmanlar həm keyfiyyətli, həm də ucuzdur. 3-4 ay olar ki, İrana getmək mümkün deyil. Dərmanlar yoxdur. Ürəkdə fəsadlar başlanıb. Adam çoxluğundan o taya keçmək mümkün deyil".
Camal İbrahimov hesab edir ki, Astara gömrüyündə qaydalar Beynəlxalq normalara uyğunlaşdırılmalıdır. O bununla bağlı müxtəlif qurumlara rəsmi qaydada müraciət etdiklərini deyir. İrandan qayıdan Astara şəhərin digər sakini Həsənağa Məmmədovsa hesab edir ki, gömrükdə bilərəkdən ağır şərait yaradırlar: "İranda adamları qəbul edib yola salmaq üçün iki adam olur. Bizdə 10-15 nəfər üstümüzə tökülür. Qayda da yox. İranın gömrüyün qapısı həmişə açıqdır. Gələn adam dərhal içəri girir və sənədlərini təqdim edir. Bizdə qapıları bağlayırlar. Qapının qarşısında min nəfər yığılandan sonra qapını açırlar. Onda basabas düşür. İnanın ki cəhənnəm qapısıdır. Hər kəs ölə bilər".
İş adamı Fayıq Cəfərov deyir ki, insanları İrana əsasən kasıbçılıq üzündən gedirlər. O deyir ki, manat dəyərdən düşdükcə sərhəd məntəqəsinin önündə adamların sayı artır. Onun deməsinə görə, oxşar vəziyyət 90-cı illərin əvvəllərində müşahidə edilib.

Комментариев нет:

Отправить комментарий