Страницы

12.11.2016

Pərvin Cəfərzadə - Deyim

Ya Rəsulallah deyib hər gün neçə başlar kəsən
Bi şərəf dinsizlər haqda mən xəyanətdən deyim.

Bir ananın qarşısında körpəni xəncərləyən
Ağla gəlməz vəhşilikdən çox cinayətdən deyim.

Gər ki, nahaq qanlar axdıqca bu gün yer səthinə
Qeybətul Numanidə var bu əlamətdən deyim.

Tapdalandıqca ədalət ilə haqq susmuş olan
İmtahanda məğlub olmuş bir cəmaətdən deyim.

Xəstəlikdən, ya da aclıqdan kimi rehlət edir,
Qonşusunda baxça-bağ içrə imarətdən deyim.

Əhlibeyt bir məktəb olmuş, dərsini Zəhra deyir,
İmanın yoxdursa, gəl sənçün cəhalətdən deyim.

Ey İlahi, biz rəzillərçün uzat rəhmət əlin,
Qəlbilərdə vardı xof, yoxsa Qiyamətdən deyim.

Комментариев нет:

Отправить комментарий