Страницы

30.11.2016

Türkiyə Bosforu bağlaya bilərmi?

Qlobal plan Rus ordusunun meydana girməsi və proseslərə dominantlıq etməsi ilə pozuldu. Əzəli düşmən Türkiyə dəfələrlə Bosfor və Dardanell boğazlarını bağlayacayını, Rusiya gəmilərinin burdan keçməsinə, Suriya və İraq istiqamətinə getməsinə imkan verməyəcəyini bildirdi. Rusiyaya qarşı belə bəyanatlar əlbəttə ki dünya ictimaiyyətində gülüş doğurmaya bilməzdi. Anlayışı olanlar bilir ki, Qara dəniz boğazlarının açarları Ankaranın yox, Moskvanın əlindədir. Amerikaya xoş görünmək istəyən köhnənin muzduru Türkiyənin boğaz bağlamaq hədəsinə ruslar Qromıkonun köhnə sözləri ilə cavab verdilər. Bosfor boğazını rus gəmilərinin üzünə bağlayacağını ABŞ-ın sevimli satelliti hələ 1970-ci illərdə bildirmişdi. O vaxt Ağ Evə səfər edən SSRİ rəhbəri Qromıko bu məsələ barədə sual verən amerikan jurnalistlərinə belə demişdi: “Aralıq dənizinə keçmək üçün SSRİ-nin Qara dəniz flotunun cəmi 2 raket atəşi kifayətdir; nəticədə Bosfordan başqa Aralıq dənizinə daha iki keçid açılacaq, amma təəssüf ki daha İstanbul olmayacaq”. Bu sözlər türkləri eyforiyadan ayıltdı və o vaxtdan bu məsələ bağlı qaldı. Son hadisələr onu göstərdi ki, Rus-Şiə qardaşlığının qarşısını kəsmək Türkiyə kimi marionetkanın zadı üçün deyil.

(İbrahim Sel, "Krımın ilhaqı – Şiələrin xilası")

Комментариев нет:

Отправить комментарий