Страницы

28.11.2016

Şeyx Əli Kəyvəh: Vahhabilik nəcasət üzərində qurulmuşdur

Əl-Əzhər Universiteti Şeyxlərindən, eyni zamanda əl-Zeytuna Universiteti Siyasi Elmlər Fakultəsi müəllimi, Tunis əslli Şeyx Muhəmməd Əli Kəyvəh Sələfiliyin mənşəyi və islamla uyğunsuzluğu ilə bağlı çox ciddi açıqlamalar verib.

Şeyx deyib:
“Biz bu gün uzun bir döyüşlə qarşı-qarşıyayıq. Bu döyüşdə müxtəlif silahlar istifadə edilməkdədir. Silahların ən mühümü düşmənlərin İslam ümmətinə qarşı istifadə etdiyi saxta hücumlardır. Biz bu cür silahlarla müxtəlif zaman və məkanlarda qarşılaşdıq. Bunun son nümunəsi Husilərin Məkkəni mərmilərlə hədəf aldıqları iddiasıdır. Məqsəd Səudiyyə rejiminin Məkkəni bombalaması, günahı isə Husilərin üzərinə atmaqdır. Ancaq dünyada Məkkəni bombalayacaq və ya bunu düşünə biləcək heç bir mömin ola bilməz. Məkkənin bombalanması iddiası da düşmənin müsəlmanlara qarşı istifadə etdiyi saxta hücum iddialarından biridir. Bu saxta hücumların hədəfi, Yəmənlilərə və Husilərə qarşı ictimaiyyəti qışqırtmaq və yenə böyük ehtimalla Səud xanədanı liderliyindəki koalisiyaya dəstəyi artırmaqdır. Ancaq bizlər, Beytul-Hərəmdə Səudiyyə əsgərlərin açdıqları atəşi və törətdikləri qanlı cinayəti unutmuş deyilik.
Müsəlmanlar arasında məzhəb ayrılıqları, anlaşılmazlıqlar, müsəlmanların bir-biriylə qarşıdurması- bütün bunlar müstəmləkəçi güclərin lehinədir. Kənar yandan bizlər Qərbin özünü inkişaf etdirmək üçün necə çalışdığını görürük. Odur ki bu gün tək bir bayraqları, ortaq pulları və birlikləri (AB) vardır. Ancaq biz müsəlmanlar elə bir nöqtəyə çatdıq ki, avropalılar İŞİD üçün İslamın şiddət istiqamətinin göstəricisi təbirini istifadə edirlər. Qərblilərin iddia etdiklərinin əksinə, İslam bir söhbət və xoşgörüş dinidir. Mən vicdanım qarşısında bunu söyləyirəm və axirətdə Rəbbimin hüzurunda da belə cavab verəcəyəm.
Bu səbəblə söyləyirəm ki, İslam İŞİD-dən uzaqdır. Bu kəslərin dini yoxdur. Bunlar müsəlman deyildirlər. Çünki müsəlman- xalqa dili və etdikləriylə zərər verməyən adamdır. Ancaq bu kəslər xalqa hücum etməkdə, baş kəsməkdə və xalqın namusunu halal görməkdədir. Bunların sahib olduğu nə növ bir İslamdır? Bəli, həqiqət budur ki onlar heç bir zaman bizim peyğəmbərimiz Hz. Məhəmmədə iman etmədilər. Hətta Məhəmməd bin Abdulvahhab Hz.Məhəmmədi təhqir edərək demişdir: “Bir taxta çubuq belə Məhəmməd bin Abdullahdan daha yaxşıdır. Çünki mən bu çəliyi itləri uzaqlaşdırmaq və dəstək almaq məqsədiylə istifadə edirəm. Ancaq Məhəmməd heç bir fayda təmin etməməkdədir”. Məhəmməd bin Abdulvahhab Hz.Məhəmməd (s.a.a) salavat göndərilməsinə qarşı çıxmış və Allahın son elçisinə salavat göndərənlərə təhqir etmişdi. Bununla birlikdə bu günki İŞİD və onlardan əvvəlkilər Abdulvahhabın təqibçiləridirlər. Allah yerinə ona itaət edirlər. Peyğəmbəri Əkrəmə xəyanət etməkdədirlər. İslamın yox olması üçün Abdulvahhabın üsullarını tətbiq edirlər. Necə ki bir İngilis qaynaq yazmışdır: “İngilislər Abdulvahhabı özlərinə çəkməklə vəzifələndirilmişdi. Onun üçün İngilis qadın əsgərlər və Safiya adında bir qadın əsgər gətirmişdilər. Ona, Allahı unutmağa davam etməsi və içində olduğu pislikdən xilas olmaması üçün bir proqram hazırlamışdılar”.
Ona görə də bilmək lazımdır ki, vahhabilik nəcasət üzərində qurulmuşdur. Vahhabilər məhrəmlərlə kəbin etməkdədirlər. Səud hökuməti vahhabidir. Peyğəmbər belə buyurmuşdur: “Şeytanların başı bu torpaqlardan çıxacaq”. İki şeytan başı Muslimə əl-Kəzzab və Məhəmməd Min Abdulvahhabdır. Səud dövləti bir qəbilə dövlətidir. Səud xanədanının ataları hacıların yolunu kəsir və onların malını əllərindən alırdı. Səud dövləti müqəddəsatlardan sui-istifadə etməkdədir. Onlar masonluq fəaliyyətlərinə icazə verirlər. Bu Firon tərəfindən edilən tətbiqin eynisidir. Səud dövləti taxtını və tacını qorumaq üçün hər cür cinayəti və qırğını işləməkdədir. Səud Xanədanı Fələstini İngilislərə satdı. Səud xanədanı Ərəb deyil. Onlar əslində vəhşi bədəvilərdir. Əldə etdikləri mal və sərvətlə rəhbərliyə sahib olmuşlar. Səud xanədanı öz istəklərindən ötəri bütün müqəddəsatları arxa plana atıb. Onların tək düşündüyü arzularının arxasında qaçmaqdır”.

Şeyx Səud dövlətinin Tunisdəki nüfuzu və ölkədəki din adamları üzərindəki təsiri haqqında bunları deyib:
“Onların vahhabilik təməlinə söykənən quruluşuyla əlaqədar bildiyim qədəriylə, bu fikir Tunis ictimaiyyətdə olduqca təsir buraxdı. Ancaq 2011-ci ildə şeyxlər və din adamları arasında bir razılaşma yarandı və Tunisli din adamlarıyla birlikdə vahhabiliklə mübarizə etmək üçün sənəd imzaladıq. Mediada, məscidlərdə və yığıncaqlarda onlarla mübarizə etdik. Xalqa vahhabiliyin təhlükələriylə əlaqədar məlumat verdik. Bütün bu səylər nəticə verdi.
Artıq bu kəslərin sayı olduqca azdır və saxlanmaqdadırlar. Bu kəslər Sələfilərdir. Sələfilərin İslamla heç bir bağlılıqları yoxdur. Yaxşı, Sələf Salehin mənası nədir? Onlar Sələf Salehə uyğun hərəkət edirlər? Görəsən bu Şeytandırmı, yoxsa Rəhmanmı? Görəsən Fironun Sələf Salehi günümüz Fironlarından deyilmi? Görəsən Əbucəhilin Sələf Salehi bu zamanın cahililəri deyilmi? Görəsən Sələf Saleh günümüz Əbu Ləhəblərindən deyilmi? Quran bəzi kəsləri ad və soylarıyla zikr etmişdir. İmran qızı Məryəm kimi. Ancaq Firon üçün heç bir soy zikr edilməmişdir. Bununla birlikdə Firon qiyamətə qədər var olacaq. Ancaq İmran qızı Məryəm bir daha gəlməyəcək. Nəticə olaraq bunu söyləməliyəm ki: İslam vahhabilik fikirindən bezmiş və usanmışdır”.

Комментариев нет:

Отправить комментарий