Страницы

30.11.2016

Yaşıl adamcıqlar diversantları neytrallaşdırdılar

«Krıma istiqamət götürən ABŞ-ın “Donald Kuk” gəmisində hər biri 16 nəfərdən ibarət olmaqla 6 kommandos dəstəsi vardı. Kommandoslar müxtəlif istiqamətlərdən Krım ərazisinə doluşaraq terror əməliyyatları həyata keçirməli və referendum ərəfəsində xalq arasında panika yaratmalı idilər. Qəhrəman rus əsgərləri buna da imkan vermədilər. Yaşıl adamcıqlar yarımadaya çıxmış həmin diversantların hamısını neytrallaşdırdılar. Rusiyanın Su-24 təyyarəsinin “Donald Kuk” gəmisinin üzərindən şığıyaraq çıxardığı “şou” bütün dünyada dillər əzbəri oldu. Rus təyyarəçisinin onlarla əylənməsi nəticəsində ABŞ gəmisindəki komanda heyətində çoxları şalvarını batırdı, bir çoxlarının qorxudan dili tutuldu, bəziləri isə sahilə qayıdan kimi ordudan təxris olmaq barədə ərizə verdilər. Onların bir çoxu hələ də dəlixanada müalicə alır, şokdan özlərinə gələ bilmirlər. Məlum oldu ki, gəminin önündə bir nöqtədə hərəkətsiz dayanıb duran Su-24 təyyarəsi amerikan gəmisinin radiolokasion və müdafiə sistemini sıradan çıxarmış, gəmidəkilərin qulağında güclü uğultu əmələ gəlmişdir. İnsidentlə bağlı Pentaqonun bir neçə yüksək rütbəli məmuru da istefa verməli oldu. Beləcə pindoslar geniş masştablı hərbi əməliyyatlara girəcəkləri təqdirdə ruslara qələbə çalmaq ümidlərini itirdilər. Üzə çıxdı ki, çürük ABŞ hərbi potensialı Rusiyanınkı ilə müqayisədə heç nədir. Maraqlısı budur ki, həmin hadisədən sonra Vaşinqton Fars körfəsindəki təyyarə daşıyan gəmilərini də tələsik surətdə ərazidən çıxardı. ABŞ-ın yaşadığı ağır şokla bağlı “İnquisitr” nəşri yazırdı: “Aydın oldu ki, Rusiyaya yadplanetlilər tərəfindən verilmiş texnologiyalara qarşı ABŞ-ın effektiv müdafiə vasitələri yoxdur”».

İbrahim Sel, “Krımın ilhaqı – Şiələrin xilası”

Комментариев нет:

Отправить комментарий