Страницы

06.12.2016

Amerikalı eks-nazir: ABŞ Maydan adı altında Ukraynanı işğal etmişdir

ABŞ-ın keçmiş maliyyə naziri Pol Qenri Onil Ukrayna xalqına sensasiyalı açıq məktub yazaraq “xalq inqilabı” haqda dəhşətli həqiqətləri açmışdır. Siyasətçinin fikrincə, Maydan adı altında əslində ABŞ-ın Ukraynaya soxulması baş vermişdir. avrasiya.info saytı xəbər verir ki, Pol Qenri Onil 2014-cü ildə Ukraynada baş verən iğtişaşları Vaşinqtonun ssenarisi və əmri ilə həyata keçirilən “idarəolunan dövlət çevrilişi” adlandırmışdır. Məktubda deyilir ki, Maydana yığışmış ukraynalılar istər-istəməz Ağ Evin kuklasına çevrilmişlər. Amerikalı siyasətçi göstərir ki, “xalq inqilabı” fiksiyadır- əslində ABŞ qeyri-hökumət təşkilatlarının, kəşfiyyat orqanlarının və Avropa Birliyi nümayəndələrinin köməyi ilə Ukraynanı işğal etmişdir: “Amerikanlar öz tərəflərindən bir güllə də atmadan və bir nəfər də itki vermədən Kiyevi ələ keçirmişlər”.
Ukraynalılara ünvanlanmış müraciətində keçmiş nazir yazır: “Bu sizi idarə edən və hərəkətlərinizi yönəldən teatr səhnələşdirməsi, ssenari idi. ABŞ birinci dəfə deyil ki, Rusiyanın ucqarlarından öz pozucu fəaliyyəti üçün istifadə edir. Siz ukraynalılar növbəti nailiyyətə çatmaq üçün vasitə oldunuz. Siz sadəcə böyük geopolitik dəyişikliklər üçün katalizator qismində seçilmişdiniz. Bütün baş verən hadisələrin sizə heç bir dəxli yoxdur- siz sadəcə ABŞ və onun avropalı vassallarının cinayətkarcasına istifadə etdiyi qurbanlarsınız”.
Pol Qenri Onil məktubunda Avropa Birliyini də tənqid atəşinə tutaraq onun əsl üzünü açıb göstərmişdir: “Avropa Birliyi heç də demokratik deyil. O hətta hüquqi də deyil. Onun heç bir səlahiyyəti yoxdur. Avropa Birliyi TEU və TFEU qaydalarını hər gün pozan bürokratiya yığınıdır. Avropa Birliyi alman maliyyəçiləri qismində Qərb oliqarxları nümayəndəliyidir ki, ABŞ-ın bütün Avropa istisadiyyatını nəzarətdə saxlaması üçün yaradılmışdır. Avropa Birliyi mahiyyətcə insanlarının vətəndaşlığı, dövlət quruluşu, dövlət siyasəti, hakimiyyəti, real parlamenti və Konstitusiyası olmayan institusion birlikdir. Əslində Avropa Birliyində işlər heç də yaxşı getmir: iqtisadi göstəricilər mənfidir. Yaxın gələcəkdə heç bir perspektivi yoxdur. Avropa Birliyi ölkələri nəhəng xarici borca malikdirlər. Ona görə də sizlərin Avropaya inteqrasiya barədə fanatik arzusu- ABŞ və Avropa Birliyinin güllərlə və saysız-hesabsız yalanla bəzəyərək sizin başınıza yeritdiyi böyük axmaqlıqdır və yanlış ideyadır.Siz korrupsiya və rüşvətxorluqla dolu bu qanunsuz və qaydasız sistemə inteqrasiya olunmaq istəyirsiniz? Niyə görə indiyə kimi vəziyyəti heç vaxt araşdırmamısınız? Niyə Avropa Birliyində hər şeyin qatmaqarışıq və qeyri-şəffaf olduğuna diqqət yetirməmisiniz? Məgər hiss etməmisiniz ki, Avropa Birliyində qanunlar yoxdur, əvəzində press-relizlər var ki, onlar vasitəsilə qanunun həqiqi xarakteri tam təhrif olunub? Məgər yevronun xəstə halda olduğunu bilmirsiniz? Məgər görmürsünüz ki, yevroya keçəndən sonra dövlətlərin çoxu krizisə düşüb və yaşayış səviyyəsi əvvəlkindən qat-qat pisləşib? Yevro Almaniyaın özündə sıravi vətəndaşlar üçün böyük problemə çevrilib. Məgər Nuland və başqalarının bəd əməlləri gösəl sözlərlə pərdələmək səyləri sizə şübhəli görünməyb? Bu barədə düşünün. Arxayın olun: AB-yə inreqrasiya etməklə siz avropalı olmayacaqsınız- sadəcə ABŞ-ın əsarəti altına düşəcəksiniz. İmzalanmasına can atdığınız Assosiasiya- içində üç tələsi olan tryukdur. Sizin iqtisadiyyatınızın inkişafı ABŞ-ın heç vecinə də deyildir. Doğrudanmı siz öz ölkənizin məhv olmasını istəyirsiniz? ABŞ işğal etdiyi yerlərdə hakimlər yox, müharibə, yalan və falsifikasiya ilə varlanmaqla məşğul olan oliqarxlar təyin edir”.

Комментариев нет:

Отправить комментарий