Страницы

29.12.2016

Bu da qapazaltı müstəqilliyin formulu!

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -54

Fərhad Həsənzadə: Hərdən bəzi ağzı göyçəklər Rusları Qarabağ münaqişəsində günahkar görəndə adamın həmin insanlara tüpürməyi gəlir. Deyən lazımdır ki, ay gədələr, birincisi Qarabağı elə bəzi anası, arvadı ermənilərin satqınlığı nəticəsində, ikincisi isə öz aralarındakı pul-vəzifə bölgüsü nəticəsində erməni daşnaklarına təhvil verdiniz. O ki qaldı Rusiya kimi böyük dövlətə, əgər o Qarabağı Abxaziya kimi tanısa, guya kimin... çatıb Rusiyaya nə deyəcək ki?
Arzu Abdulla: Bu gün Fətullahı puluna görə sevirlər. Çünki vaxtı ilə Səid Nursi Kürdi pul verənlərin diqtəsi ilə Türkiyəni uçuruma aparan ideologiyanı ortaya atmışdı. Fətullahın bu gün başında dayandığı nurçuluq ideyasını. Acınacaqlısı odur ki, Fətullah Gülən hər nə qədər arif olsa da bu güzgü effekti verən fəlsəfəni unutmuşdu. Əgər unutmasaydı, Azərbaycan hakimiyyətini hədələməzdi. O, elə bilirdi ki, ətrafında quyruq bulayan həmyerlilərimiz onun bir kəlməsi ilə hətta hakimiyyəti devirəcək.
Elxan Xəlilov: Haranınsa bir dılğır türk gəlib burda yazanda ki siz ruslarin əlinin altında böyümüsüz, çoxu burda yazır ki, abi, evet, doğrudur… Tulanın biri tula, sən kimsən ki gəlib burda bir xalqı müzakirəyə qoymusan? Rus verdiyinin 5%-ni sən ver, sonra danış! Fahişəlikdən savayı Azərbaycana xeyriniz olmayıb. Tarix boyu da Azərbaycanı satmısız. 1918-ci ildə burdan gedəndə neçə yüzlərlə qadın apardız Türkiyəyə, kilolarla qızıl, görmədiyiz qənimətlər daşıdız burdan... Rus Azərbaycana elm, savad, bilik verdi. Cahillikdən məhv olmuş bir xalqı xalqlar sırasına çıxartdı... Azərbaycanın xoşbəxtliyi Rusiya ilə münasibətdən çox asılıdır.
Əkrəm Məlikov: Əbulfəz Əliyev öz evinin yolunu zorla tanıyıb gedib gəlirdi. Ondan yol çəkən olardı? O sadəcə Heydər gələnə qədər postda qarovulçu idi.
Rüstəm Hüseynov: Sovet hökümətinin qarovulçusuna müstəqillik zamanı security deyilirmiş. İnkişafa bax!..
Elxan Zaman: Nisbətlə götürülsə, Paşayevler daha alicənab, daha mədəni, daha tərbiyəli, dövlət işlərində təmsil olunmağa daha layiqdirlər, nəinki onların konkurentləri...
Kəramət Böyükçöl: Rəşad Məcidin “11 sentyabr” hekayəsindən başqa heç nəyi yoxdur. Amma yazıçıdır, AYB katibidir. Jurnalist kimi yadda qalan bir məqaləsi yoxdur. Hətta “525-ci qəzet” ona görə məşhurlaşddı ki, onun redaktoru Səbuhi idi. Nə vaxt ki Rəşad baş redaktor oldu, o qəzet də batdı. Adamın Azərbaycan ictimai-ədəbi həyatında bir önəmli yazısını, imzasını, sözünü deyə bilməzsiniz.
Sabir Şindani: Olmuşam Almaniyada, elə aeroportda çıxan kimi bir dəstə türk fəhləsinə rastlaşdım, dindirdim, söhbət etdim. Ondan sonra mənə Türkiyəni tərifləyənlərə çox şübhə ilə yanaşıram- çox yalan danışırlar. Amma almanlardan soruşdum türkləri də, iranlıları da. Almanlar də mənə qəribə baxıb, cavab verdilər, dedilər ki, bunları müqayisə etmək olmaz, iranlıların ən kasıbı da azından restoran sahibi olur, çox mədəni millətdilər, elmə meyllidilər. Deyirəm ki, bunlar millətlərin hakimiyyətlərindən asılıdır, deməli İran dövləti həmişə öz xalqın qeydinə qalıb, Türkiyə qalmayıb.
Nadir Qocabəyli: Rusiya ilə 200 ilə yaxın eyni dövlətdə yaşamış, eyni siyasəti, iqtisadiyyatı, oxşar mədəniyyəti, mənəviyyatı paylaşmış, müəyyən mənada qaynayıb-qarışmışıq. Biz müasir mədəniyyəti, elmi, təhsili Rusiyadan əxz etmişik. Rusiya qonşuluğumuzda yerləşən çox böyük ölkədir, onun geniş ərazisi, zəngin ehtiyatları, mehriban xalqı bizim üçün orada böyük perspektivlər yaradır. 3 milyon azərbaycanlı o ölkədə yaşayır, işləyir və Azərbaycana hər il Rusiyadan külli-miqdarda vəsait daxil olur. Dünyanın ən ədalətli, kasıbların mənafeyini ən çox qoruyan sosialist ölkəsi SSRİ məhz Rusiyada qurulub və biz də vaxtilə o ölkədə yaşayaraq, onun üstünlüklərindən faydalanmışıq və s. Bütün bunları nəzərə alaraq, Rusiya ilə mehriban qonşuluq, dostluq münasibətlərini müdafiə edir, ədalətli bir ittifaqda birləşməyi zəruri hesab edirəm.
Azər Əliyev: Az keçməmiş məlum oldu ki, Osmanlının hədəfindəki əsas məqsəd eynilə ingilis və almanlar kimi Bakı neftini ələ keçirməkdir. Osmanlı sultanının maliyyə müşaviri Həmdi bəy hələ İstanbulda ikən Rəsulzadə qarşısında neft mədənlərinin onların izni olmadan istifadəsi və satışını qadağan edən şərt qoymuşdu. Hər gün 23 sisterndən az olmayaraq, orta hesabla sutkada 44 sistern neft daşınaraq Tiflisə aparılırdı. Burada neftin yarısı alman işğalçılarına verilir, yarısı isə Anadoluya göndərilirdi. Türk tarixçisi Rauf bəy yazır ki, o dövrdə İstanbulda neftin qiyməti Bakıdan 10 dəfə ucuz idi. Rəsulzadə Hacınskiyə məktubunda açıq şəkildə bunu etiraf edir və yazırdı: “Sizə məlumdur ki, neft haqqında məsələ Azərbaycandan çox Türkiyə-Almaniya məsələsidir” (ARDA, f. 894, siy. 10, iş 30, v. 2). Bunun qarşılığında Müsavat hökumətinə bir qəpik də pul ödənilmirdi. Bu, soyğun idi. Və nəhayət 30 Oktyabr 1918-ci il Mudros müqaviləsinə görə Osmanlı imperiyası Müsavat hökumətinə bildirmədən Azərbaycanı (əslində bütün Zaqafqaziyanı) öz əyaləti kimi İngiltərəyə bağışladı. Müqavilənin 11-ci və 15-ci bəndlərinə əsasən, Azərbaycan və onun dəmir yolları, neft yataqları bütünlüklə İngiltərə imperiyasına verilirdi. İndi sual olunur: Bir ölkənin xilaskarı olmaq o ölkənin 30 min insanını öldürməkdirmi; təbii sərvətlərini talayıb, o cümlədən oranı tərk edərkən bankdakı əmanətlərini də qarət edib başqa dövlətə bağışlamaqdırmı; istiqlalına və milli iradəsinə istehza ilə baxmaqdırmı?!
Fərid Cəfərov: İranı pisləyən manqurtları bir Qazel tutub aparın Astara gömrük məntəqəsinə, baxsınlar ki, gömrükdə iranlı bizimlə necə davranır, bizim sərhəddə işləyənlər necə davranır. İran o qədər pisdirsə, gün ərzinde 3000 nəfər kasıb İrana çıxıb ordan ərzaq alıb evinə gətirməz.
Xanım Əliyeva: O vaxt mən SSRİ-nin dağılmağının əleyhinəydim.Və indiyə qədər də təəssüf edirəm ki bu dövləti bilərəkdən dağıtdılar. Sonralar bildim ki, Böyük İslam İnqilabı rəhbəri İmam Xomeyni də bunu istəmirmiş. Sistemi dəyişməyi və dövləti saxlamağı əclaf, dələduz, donuz mason iti Qorbaçova məsləhət görübmuş.
Rəşad Ərkivani: Qadan alaram, ay Putin, qurtar bu milləti kürdlərin əlindən. Camaatı zəlil ediblər, səsini çıxardanı qazamata atırlar.
Nurlan Həsənov: Dünən qaza, bugün suya smart kartlı sayğac quraşdırıblar, vaxt gələcək burnumuza da sayğac quraşdıracaqlar ki havadan da pul çıxarsınlar.
Nəriman Nərimanov: Hələ çarizm istibdadı dövründə aparılan sosioloji tədqiqatlar nəticəsində belə qənaətə gəlinmişdir ki, bu templə təhsillənmə gedərsə, Qafqaz xalqlarına savadsızlığın daşını atması ücün 940 il, Orta Asya xalqlarına isə 4 min 600 il vaxt lazım gələcəkdir. Amma Sovet Hakimiyyətinə cəmi 20 il vaxt lazım gəldi.
İlham Bayramov: Azərbaycan xalqına və torpağına ən çox ziyan, zərər və xəyanət tarix boyu türk dövlətindən dəyib. Heç vaxt onlardan bizə xeyir gəlməyib, gəlməyəcək də. Belə qardaşdansa erməni yaxşıdı. Kim istəyir tarixi vərəqləsin.
Elvin Tolişi: Türkiyə boş qazandı dınqıldayır. Boşdu, sadəcə səsi çox çıxır. Əslində bizim ölkəyə dünya siyasətində maneədi, çünki siyasətdə daim Türkiyəni nəzərə alırıq və dünya da Türkiyəyə necədirsə, bizim ölkəyə də o cür qiymət qoyur. Türkiyənin düşməni də heç səbəbsiz yerə bizimlə onlara görə düşmən oıur. Bir sözlə, başdan başa ziyanverici həşəratdı.
Rusiya Dağılacaq: Elçibəyə vurulmaq, ümumiyyətlə onu adam saymaq üçün mənən və ruhən kəndli olmaq lazımdır. Özünü qoruma mexanizmlərindən, elementar güc aparatından və mütəşəkkillikdən məhrum edilməmiş istənilən ŞƏHƏR mədəniyyətli ölkədə Elçibəy özünün bütün bu primitiv manipulyasiya cəhdləri (tərki-dünya dərviş obrazı), qeyri-təvazökar peyğəmbərlik maniyası ilə nəinki hər hansısa təqibə məruz qalar, ümumiyyətlə, gülünc və məsxərə obyektinə çevrilərək, təbii şəkildə sistemin periferiyasına ixrac edilərdi.
Vüqar Məmmədov: Bizdə çalışanların çoxusu malın, qouyunun dalından çıxıb şəhərə gələnlərdir. Özü də əksəriyyəti dinsiz yezidi kürdlərdir.
Mübariz Əsgərov: Əhalidən qarət olunub doldurulan büdcədən işsizə ilə 80 qəpik, amma xarici ağalara hər il borc və borc faizi kimi 1 milyard dollar ödənilir. Bu da qapazaltı müstəqilliyin formulu.
Seymur S-ev: Türkiyə türkündən Azərbaycan türkünə xeyir gəlməz! Əməl lazımdı, əməl! Boşboğaz-boşboğaz Azərbaycan bizim canımızdır, nəbilim nəynimizdir- sözdə min dənə söz deyirlər- hanı əməl? Nə qələt ediblər? Türk hökuməti öz xeyrinə görə qeyrətini satanlarla doludu. İran da da ki zor edir nə edirsə. Bu quşbalalar deyir niyə İran mənim düşmənimə yardım edir, ticarət edir -düz etmir bunu deyən azərbaycanlı. Artıqsan farsdan, yoxsa bomba oglansan ki, bu dövrdə İranın düşmənləri olan Səudiyyə Ərəbistanı, ABŞ, İsrail, İngiltərə və digərlərinin arxasına girirsən, nökəri muzduru olursan- onda fars niyə demir ki nöş mənim düşmənimlə bu işi tutursan?! Fars erməniylə ticarət edəndə pisləyirsən o ticarəti- farsdan çox Türkiyə gədələri edir o ticarəti. Ümumiyyətlə türkpərəst şərəfsizlər yeridib bu mal camaatın qanına ki fars düşməndir. Olacaq da! Türkiyə hökuməti qəssabdır- fars da nə edir, zor edir!
Faiq Mirzəyev: Rusiya ilə həmişə yaxşı münasibət olmalıdır. Bizim böyük qonşu dövlətimizdir. Millətimizin yarısı Rusiyada yaşayır, özümüzkülər onları acından qıranda Rusiya onlara çörək verib. Əgər biz daxili siyasətimizi düzgün qursaq, çiçəklənən iqtisadiyyata malik ola bilərik. Torpaqlarımızın itirilməsi də Rusiyaya qarşı səhv siyasətin nəticəsidir. Türkiyə ilə aparılan inteqrasiya siyasəti həmişə bizə zərbə vurub. Türkiyənin bizə heç bir vaxt faydası olmayıb, olmayacaq da. Osmanlılar tarix boyu azərbaycanlıları aldadıb, fəlakətlərə düçar edib. Bizim regionda ancaq öz mənafelərini güdüblər. 
Ağalar Qut: Bu dövlətin adı Osmanlı yox, Osmaniyyə olmuşdur, rəsmi bütöv adı belə idi: “Dövləti-Aliyyəyi-Osmaniyyə”. Ancaq türkiyəlilər öz dövlətlərinə milli don geyindirmək üçün onu “Osmanlı” deyə çağırır, bizim Qızılbaş dövlətimizə isə “Səfəvilər” deyirlər. Halbuki, elə Osmaniyyə yazışmalarında o, Qızılbaş dövləti kimi adlandırılırdı. Özbək Şeybani xanlığı da yazışmalarda Qızılbaş dövləti yazırdı. Bu dövr üzrə bizim mərhum tədqiqatçımız, akademik O.Əfəndiyev də öz kitabında “Səfəvilər, yaxud Qızılbaşlar dövləti” yazır. “Qızıl” və “baş” sözlərinin ikisi də anadilli sözlərimiz olduğu üçün, Osmaniyyənin siyasi varisi olan Türkiyə öz rəsmi dərsliklərində onu “Qızılbaş” adlandırmır, ona irani don geyindirmək məqsədilə “Səfəvi”, öz ərəbçi Osmaniyyə dövlətinə isə türkçü donu geyindirmək məqsədilə, tarixi təhrif etmək hesabına da olsa, “Osmanlı” adı verir. Mən də indiyədək, ancaq bilməyərəkdən, yazılarımda “Osmanlı” və “osmanlılar” yazmışam, yanlışıma görə üzr istəyirəm, indən belə “Osmaniyyə” və “osmanilər” yazacağam.

Комментариев нет:

Отправить комментарий