Страницы

10.12.2016

Bu gün Məkkədə Peyğəmbərin adı ilə bağlı çox az yer qalıb

Müqəddəs yerlərin qorunması məqsədilə yaradılmış İslami İrs Fondunun sədri Irfan Ahmed al-Alawi bildirir ki, Səudiyyə Ərəbistanının vahhabiləri Peyğəmbərlə əlaqəsi olan bütün tikililəri söküb-dağıdırlar. Peyğəmbərin anası Amina bint Wahb-ın 1998-ci ildə aşkar edilmiş məzarının başına gətirilənlər bariz nümunədir: “Əbvada olan bu məzarı buldozer yerlə yeksan etdi. Sonra isə məzarın olduğu yerə benzin töküldü. Bütün müsəlman dünyası boyunca göndərilən minlərlə petisiya bu aksiyaya mane ola bilmədi”. Jurnalist Jerome Taylor bildirir ki, bu gün Məkkədə Peyğəmbərin adı ilə bağlı çox az yer qalıb. Peyğəmbərin silahdaşı Əbu Bəkrin evinin yerində indi Hilton oteli ucalır, onun nəvəsi Əli Oreydin evi və Əbu Qubays məsçidinin yerini Kral Sarayı tutub. “Zəvvarlar Kəbənin ətrafında dövrə vurarkən başlarını qaldıranda buludsuz səmanı yox, 600 metr hündürlüyü olan Məkkə Kral Saat Bürcünü görürlər”- jurnalist yazır. İslami İrs Fondu dağıdılma təhlükəsi gözlənən abidələrin siyahısını təqdim edib. Bu abidələrin arasında Məhəmməd Peyğəmbərin doğulduğu və əmisi Həmzənin böyüyüb başa çatdığı ev də var. “The İndependent” yazır ki, göydələnlər şəhərini salmaq üçün hakimiyyət bütöv bir dağı və Əcyəd qalasını dağıdıb. Böyük Məscidin sütünlarının da sökülməsi planlaşdırılıb ki, vahhabilərin xoşuna gəlməyən bu sütunların üzərində Peyğəmbərin silahdaşlarının adlarının həkk olunmasıdır.

Комментариев нет:

Отправить комментарий