Страницы

07.12.2016

Niyə bu iki nəslin ağsaqqalı olan adamlar Ramiz Mehdiyevi istəmirlər?

«Cəlal Əliyevlə Ramiz Mehdiyev haqqında müəyyən söhbətlərimin olduğunu etiraf edirəm. İstəmirdi... Niyə Heydər Əliyevin ailəsinə yaxın olan adamlar məhz onu istəmirlər? Cəlal Əliyev elə əsaslı arqumentlər gətirirdi ki, adamı dəhşət bürüyürdü. Dəhşət bürüyürdü… Mən bütün bu məsələlərdən bu qənaətə gəlirəm ki, məhz niyə bu iki tanınmış nəslin nümayəndələrinin Ramiz Mehdiyevi görməyə gözləri olmayıb. Heydər Əliyevin ailəsinə yaxın olan bu iki nəslin ağsaqqalı olan adamlar- Cəlal Əliyev və Arif Paşayev niyə Ramiz Mehdiyevi istəmirlər?.. 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəldi. Siz konkret olaraq ortaya fakt, nümunə qoyun və sübut edin ki, Ramiz Mehdiyev 1993-cü ilə qədər haradasa, hansısa tədbirdə iştirak edib və Heydər Əliyevin müdafiəsinə qalxıb. 1987-ci ildə Heydər Əliev SSRİ-nin Mərkəzi Komitəsinin Siyasi Bürosundan uzaqlaşdırılandan sonra bu adam qeybə çəkildi. Harada idi? Əvəzində Vəzirovun keçirdiyi ilk plenumda -“Mənim siyasi hekayələrim”də yazmışam və bir daha üzərinə qayıtmaq istəmirəm- Heydər Əliyevin ünvanına hansı ifadələri işlədib. Həsən Əliyev rəhmətə getmişdi. O, Fəlsəfə İnstitutunda çalışırdı. Getdilər yas mərasiminə dəvət etsinlər, qapını gələnlərin üzlərinə çırpmışdı... İştirak eləmədi. Hava da çox sərt soyuq idi. Gələn 50-60 nəfərin yarısı da dağıldı, 30 nəfərlə onu dəfn elədik..» (Eldar Sabiroğlu)

Комментариев нет:

Отправить комментарий