Страницы

31.12.2016

Mən necə Şaxta baba oldum?

Xəqani Abdulov

Uşaqlıqdan ən çox sevdiyim bayram Yeni il bayramı olub. Ən çox da bu bayramın personajları- Şaxta baba və Qar qız. Həmişə o uşaq vaxtı gördüyüm Şaxta babanı axtarmışam, amma görə bilməmişəm. Qeyd edim ki, ruslar o personaji çox ustalıqla oynayırlar. Mən 4-cü sinifdə bilmişəm ki, o baba qarlı dağlar-zad aşıb gəlməyib- bağçada bir yerdə oynadığımız Romanın atası imiş...
Uzun sözün qısası. Çoxdandı o zamankı şaxta babaları görə bilmirdim deyə, keçən il özüm Şaxta baba oldum. Bəli, duz oxuduz. Mən Şaxta baba oldum. Öz balalarımçün. Evdə demişdim işdə olacam. Elə iş paltarında da evdən çıxdım. Uşaqlar əmin oldular ki, mən işdəyəm. Dərhal da gizli şəkildə evə qaydıb, öncədən aldığım, hazırladığım Şaxta baba paltarlarını geyindim, ağ saçımı-saqqalımı qoyub, Şaxta baba taxtasını da götürüb düşdüm həyətə. Həyətdən gəldim ki, uşaqlar balkondan görüb, oxşatdıqları tərəflərimi də (məsələn səsim, gözlərim və s.) ağıllarına gətirməsinlər ki, bu mənəm.
Düşdüm həyətə. Gördüm qonşum Kamran dayı gəlir. (Bu Kamran dayı hər bayramlarda oğlu Anar ilə partlayanacan içirlər, bir az da baməzə adamdılar)...
Bir də gördüm mənə tərəf götürüldü.
-Həə... Şaxta baba...
Sarımı uddum da. Dedim bu kişi mənimlə əməlli-başlı məzələnəcək. Biabırçılıq. Amma yaxşı qurtardım. Gəldi bir az qıdıqladı.
Yalvardım, dedim Kamran dayı, mənəm, Xəqani.
Güclü sərxoş idi deyə, deyəsən başa düşmədi mən kiməm. Dedi, hər kimsən bilmirəm, amma gəl mənim nəvəmi əyləndir, sonra gedərsən. Bildim ki, yaman yerdə axşamlamışam.
Döndüm onların evinə sarı.
Həə, bax sözümün “mustafası” da burdadı.
Girdim evə, gördüm Kamran dayının oglu Anar artıq hazırdı. Dəmdi. Oturduğu yerdə elə divanda yatmışdı.
Ayə, qardaş, indi nəvə qalıb o yanda, o nəvənin atası Anarı neynirəm- İlahi, ya rəbbilm Allah, Anara qoyuram o Şaxta babanın taxtasıyla ki, (Şaxta babanın səsiylə, qalın səslə) bəs sənə deməyiblər ki, araq haramdı? Niyə içmisən, niyə, de, niyə?! Anar yatdığı yerdən diksinib mənə baxır, sadəcə bilmir nə desin. Çaşıb qalıb ki, ala, Şaxta baba hara, halal-haram hara?!
Beləcə oranı yoluna qoyub, çıxdım öz evimizə. Bu günə qədər də uşaqlar bilmir ki, o Şaxta baba mən idim. Ən dəhşətlisi budu ki, qızım Məryəm hələ də o gün baş verənləri mənə danışır.
Yeni iliniz mübarək!

Комментариев нет:

Отправить комментарий