Страницы

21.01.2017

Bisavadlar üçün remarka

26 il müstəqillikdən sonra erməni poqromlarını pisləməyə nəinki cəsarət tapa bilməyən, ümumiyyətlə, SƏMİMİ QƏLBDƏN ermənilərin Bakıdan qovulmasına BƏRAƏT QAZANDIRAN Q-Ə-R-Byönümlü L-İ-B-E-R-A-Llara (Karl!) sahibik.
Söhbət təkcə hansısa alternativliyə iddia etməyə vicdan tapan "yeni nəsil siyasətçinin" kiflənmiş AXC-Müsavatla mental vəhdətindən getmir. ELEMENTAR klişelərin təkrarından gedir: "Erməniləri torpaqlarımıza ruslar gətirib" və s. Sübut qismində də ermənilərin, rusların say artımı göstərilir. Düzdür, hörmətli bəy yerli əhalinin kimlərdən ibarət olduğunu və ermənilərlə bahəm eyni demoqrafiq sıçrayışa "türkdilli" miqrantların da "nail olduğunu" vurğulamağı yaddan çıxarır. Çünki bu min cür bəla ilə ərsəyə gətirilən "Zalım rus imperiyası türk yurdu Azərbaycanı erməniləşdirirdi" mənzərəsini DARMADAĞIN edir.
Bisavadlar üçün remarka: alternativ qismində "Azərbaycan" siyasi proyektinin icrası ANCAQ Rusiyanın Yaxın Şərqə ekspansiyasının nəznində mümkün idi və mümkündür, çünki Avropa Türkiyə (Osmanlı) və İranla köhnə əlaqələrə sahib idi və movcud mənzərədə heç nə dəyişmək niyyətidə deyildi. Yeri gəlmişkən, "Azərbaycan bir olsun - paytaxtı Təbriz olsun" da ancaq Rusiyanın İranın hesabına Yaxın Şərqə genişlənmək tarixi strategiyasının yenidən aktuallaşacağı təqdirdə mümkün ola bilər. Çünki Qərb, hər nə qədər İranda rejim dəyişikliyinə cəhdlər etsə də, vahid İranın dağılmağında maraqlı deyil, çünki bu ilk növbədə Rusiyanın və Çinin əl-qolunu bir xeyli açacaq.
Yeri gəlmişkən: Homoseksuallar məsələsində olduğu kimi, erməni məsələsində də amerikan konqressini bəyin azsektordakı müassir Qərb dəyərlərinə heç də sığmayan fəaliyyəti haqda xəbərdar edən olsaydı, əminik bəyin pozisiyası bir xeyli yumşalardı :)
Tramp administrasiyası qarşısısnda müvafiq bəraət qaldırmaq lazım olacaq.

https://www.facebook.com/RusiyaDagilacaq/

Комментариев нет:

Отправить комментарий