Страницы

17.01.2017

Bəs işləməyən gənc nə etsin?

''Gənclərimizi əvvəl sərt tənqid edirdim ki, niyə evlənmirlər. Amma indiki durumu gördükcə, yaşadıqca anlayıram ki, özüm də bu dəqiqə gənc olsam, evlənmərəm. Çünki bu gənc hələ işləyirsə və 400-500 manat maaş alırsa- bu adam özünə baxsın, ya aldığı qızın əyin-başına, yeməyinə, uşaq xərclərinə?! 500 manat maaşla bütün bunların öhdəsindən gəlmək üçün fövqəladə varlıq olmaq lazımdır. Onun üçün də gəncləri qınamıram. Kiminsə qızını alıb onun narazılığını, pulsuzluqdan şikayətini eşitməkdənsə, subay qalsalar daha yaxşıdır! Çünki o şikayətlər bir gün o kişini mütləq intihara məcbur edəcək. Və bu hələ işləyənə aiddir, indi düşünün: işləməyən gənc nə etsin?!''

Rəşid Mahmudov

Комментариев нет:

Отправить комментарий