Страницы

06.01.2017

JEK-dən arayış ala bilmir, deyir Turan qurajam!

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -61

Günel Məmmədova: Mən cəmi 10 il yaşadım SSRİ-də, amma çox gözəl tanıdım. Atam adi konstruktor idi. Heç 150 manat maaş almırdı. Ama o maaşla ailəsini dolandırırdı, həm də hər yay Kislovodskiyə, Qaqraya, Yaltaya, Yevpatoriyaya gəzməyə gedirdik. Babam tək pensiyasıyla Pribaltikada, Sxaltubada, Yesentukidə sanatoriyada dincəlirdi. Məktəb şagirdləri pioner düşərgələrinə göndərilirdi. O vaxt fəhlə bir dəfə desəydi ki, Moskvaya yazacam, direktorun qanı batırdı. Fəhləyə, kəndliyə nəsə deyib incitmək olardı?
Kamran Məmmədov: Əslində İran əhalisinin səksən, doxsan faizinin məqsədləri var-dövlət yığmaq deyil. Onlar bir-birlərinə pula görə yox, sadəcə insani münasibətlər saxlayırlar. Təkəbbür, xudpəsəndlik onlarda yoxdur. Bilirlər ki bu dünyanın malını yığıb o dünyaya apara bilməzlər. Onlarla söhbət edərkən düşünürsən ki, onların düşüncələrinə çatmaq üçün bizə bir əsr də lazımdır ki, dünyanı, axirəti, dünya malının faniliyini dərk edək. Bizim düşüncələrə görə, bu dünya mal-dövlət yığmaq, eyş-işrətdə olmaq, özünü öymək, təkəbbürlü aparmaq və s. məsələlərlə bağlıdır. Burda mənəm Bağdadda kor xəlifə kimi düşünmək.
Fariz Əliyev: At gətirir, it yeyir. Əziyyət çəkən biz, zəhmət çəkən biz, məhsullara cavabdeh olan biz, işin 85 %-ini aparan biz- bizim maaşımız 700 azn, türk ograşın maaşı 7 000 azn! Peysər yığınlarına yemək pulu 300, telefon danışıq pulu 300, benzin pulu 500, ev pulu 500, maaş 7000 azn verirdilər.
Qızılbaşlar Fədai: Biz yenə də Rusiyanın hesabına sərbəst qala bilmişik. Əgər arxamızda Rusiya olmasaydı, Amerika buranı da İraqın gününə qoyardı. Türkiyə dövlət olaraq bizi öz əsarəti altına almaq istəyir. Amma, bu sadəcə arzudur. Nə tez unudurlar Səfəvi-Osmanlı müharibələrini? Yenicə yaranmış Səfəvi imperiyasının inkisafını həzm etməyən Osmanlı dövləti Səfəvi ərazilərinə dəfələrlə hücum etdi. Osmanlının bizə qarşı etdiklərini heç bir ölkə etməyib. Bunlara göz yuman şəxs ya kordur, ya da tarixi bilmir. Rusiyadan qorxmasalar, başda Türkiyə olmaqla vətənimizə göz dikən ölkələr bizi məhv edərlər.
Afladdin Əliyev: Sovetin vurduğu zərbələri faktlarla sadala, və feodal quruluşunda ən geridə qalmış Azərbaycanda olan analoqsuz inkişafı da sadala- qoy tərəzinin gözünə- Azərbaycan bu gün də hələ Sovetin tör-töküntüsüylə yaşayır.
Fərid Məmmədov: Feodalizm quruluşuna qayıdırıq- qazancın 80 faizi vergi.
İlham Əlisoy: Demokratik və liberal cəmiyyet arzu edib “Şəbnəm Tovuzlu hamilədir” tipli xəbərlərə biabırçılıqdır demək, “Üzeyir Mehdizadə oxumamalıdır, kimsə bunun qarşısını alsın”- deyə çağırış etmək absurddur. Sizin arzu etdiyiniz cəmiyyətdə hər kəs öz məhsulunu bazara çıxara bilər: fahişəsindən tutmuş ən adi manısına qədər.
Zahid Mikayılov: Bu gün müsəlman dünyasını məhv edən ABŞ-dır.
Elxan Xəlilov: Son 25 ildə millətçiləri, yalançı demoqoqları, bəyləri, xanları, torpaq satanları, yalançı arkadaşları, milli istiqlal ideyalarını kresloya, deputatlığa, vəzifəyə, PKK ilə şərikli şirkət işlətməyə satanları, vətəni bu günə qoyan yalançı patriotları görəndə kommunistlərə rəhmət oxuyuram və hörmətim daha da artır. Dünyaya bir də SSRİ kimi ədalətli bir dövlət, sosializm kimi bir cəmiyyət gəlməyəcək. Əhaliyə pulsuz ev verilirdi, tələbə pulsuz oxuyurdu, xalq gmo yox, ekoloji təmiz məhsuz yeyirdi, bank sələmi qadağan idi, hamının işi vardı, işləyənlər hamısı pulsuz sanatoriyalara göndərilirdilər. Vaxt gələcək bütün dünyada kommunist hərəkatı dalğalanacaq. Bunu görəcəksiniz, burda yazıram... Çünki ən doğru və ədalətli cəmiyyəti kommunistlər qurmuşdular. Lenin 100 il əvvəl ölüb, amma ideyaları hələ də yaşayır və aktualdır. Stalin iş saatını 5 saat eləmişdi və ərzağın qiymətini hər il 2 dəfə aşağı salırdı. Hansı ideologiya xalqa bunları verib? Nə kommunist olmuşam, nə partiyaçı, əksinə, Musavatçı olmuşam. Amma indi hər şeyi kənardan görəndə fikirləşirsən ki doğrudan da ən ədalətli ideyani kommunistlər irəli sürüblər və SSRİ adlı nəhəng dövlət yaratmaqla bunu sübut ediblər.
Ağa Mustafazadə: Putin bütün dünyaya rəsmi şəkildə İŞİD-in Amerika proyekti olduğunu açıqladı. Və əlavə olaraq qeyd etdi ki, Amerikanın İraqda fəalliyyəti İŞİD-in məhvinə yox, onun böyüyüb genişlənməsinə xidmət edir.
Oktay Şamil: Biz mərhum Mehdi Hüseynin ölümünün əsl səbəbini Süleyman Rəhimovun oğlu Şamo Arifdən soruşanda o susub cavab verməmişdi. Sonra sözarası uşaqlara söyləmişdi: “Həmin hadisəni Nəbi Xəzri yaxşı bilir…” Ədəbi ictimaiyyətsə danışırdı: Süleyman Rəhimov Mehdi Hüseynin yanına gedib, orden-medal söhbəti salıb, mükafat istəyib. Mehdi Hüseynsə əsəbiləşib. Və elə oradaca, kreslosunda, əyləşdiyi yerdə huşunu itirib, dünyasını dəyişib... Nəbi Xəzri içəri girəndə görüb əhvalat nə yerdədi. Süleyman Rəhimovu söyüb, təhqir edib. Deyirlər üstəlik, bir sillə də yapışdırıb qulağının dibinə...
Huseyndir Qibleyi Qeyret: Azərbaycanın tarixi düsməni Türkiyə hökuməti olub, ta Sah İsmayıldan bu yana.
Əfsər Hüseynli: Neftcalanın Seyidlər kənd qəbristanlığında Nuru paşanın əsgərlərinin məzarlığı var . Xüsusi qaydada tikilib bəzədilib. Amma köhnələrin, yaşlıların dedikləri , danışdıqları başqa idi . O türklərin əlindən necə gizləndiklərini , 12-13 yaşlı qızların necə zorlandığını görənlər çox da çoxdan dünyasını dəyişməyiblər. Bəlkə də sağ qalanları da var. Araşdırılmır sadəcə.
Orxan Həbibov: Mən Azərbaycan xalqının optimizminə heyranam da. JEK-dən arayış ala bilmir, deyir Turan qurajam....
Yaqub Əziz: Hökümət, qurban vermək lazım olanda adımızı “vətən oğlu”, “ordu”, ölüb getdikdən sonra isə "şəhid" qoyur. Adi vaxtlarda isə “otxoduq”. Elə hökumətin gözündə hər zaman “otxoduq”. Amma çalışacam ki, mənə bir dəfə verilən bu ömrü belə alçaqların “otxod” damğasıyla keçirməyim. Çox yaxın gələcəkdə də o alçaqlar əsl “otxodun” kim olduğunu anlayacaqlar.
Aslan Talışlı: Allah həm Stalinə, həm də Leninə rəhmət etsin. 1994-95 illərdə Salyanski kazarmada əsgər yeməkxanasına Biləcəridən yeraltı buzxanadan ət cəmdək halında gətirilirdi, üstində 1948-ci il yazılmış möhür var idi, deyirdilər ki o zaman rəhmətlik Stalin hər respublikada belə ehtiyat yaratdırıbmış ki, müharibə, aclıq olsa, çətin gündə istifadə olunsun. Şəxsən görmüşəm,  yemişəm o ətdən...
Afiq Əliyev: Ali Sovet adını Milli Məclisə çevirəndən Azerbaycanda teatr sənəti öldü. Çünki nəinki bizim teatrlar, heç məşhur dünya teatrları belə bizim Milli Məclisin istedadlarının ləzzətini verə bilməz. Belə çıxışlar, monoloqlar, fantastik sayıqlamalar heç bir ssenaristin, rejissorun ağlına gəlməz.
Pərviz Həkimov: Mən gördüyümü təhlil edib yazıram. O dövrdə kreditə görə kimsə özünü yandırmırdı. O dövrdə ehtiyacdan qadınlar öz namusunu hərraca qoymurdu. O dövrdə oğurluq yox idi. Tək-tük olsaydı belə indiki kimi yox idi. O dövrdə narkotik cəmiyyəti məhv etmirdi. O dövrdə səviyyəsiz reklamlar adamı psix etmirdi. Və daha nələr, nələr... Söhbət Sovet dönəmindən gedir.
Bəhmən Adilov: Sovet hökuməti kasıb təbəqənin tərəfində idi . O da bəzilərinə sərf eləmir. Lazım gələndə deyir get kimə istəyirsən şikayət elə. O vaxt bu sözü işlədən var idi?!
Hüseyn-Zadə: Heç bir xalqın və respublikanın postsovet məkanında Elçibəy boyda faciəsi olmayıb. Butun çatışmamazlıqlarımıza baxmayaraq, biz axı o qədər də aşağı deyildik ki, bizə Elçibəy rəhbərlik etsin.
Rüstəm Hüseynov: Böyük ölkənin (bəzilərinin dediyi kimi imperiyanın) vətəndaşı olmaq həqiqətən də böyük xoşbəxtlikdir. Böyük ölkədə hər şeyin: torpaqların, dənizin, sərhədlərin, iş yerlərinin, vəzifələrin, müəssisələrin, gəlirlərin bir neçə adam tərəfindən qamarlanması sadəcə mümkün olmur. Nə qədər qamarlasalar da, yenə qara camaata nəsə qalır.
Elxan Zaman: 65 yaşında avtobus idarə etmək olmaz, ancaq 85 yaşında dövlət idarə etmək olar.
Fərhad Həsənzadə: Allah İran həkimlərindən razı olsun, yoxsa bizi toyuq əvəzinə ütərdilər bizim “loğman”lar.
Rusiya Dağılacaq: Məhz müsavatçıların sayəsində erməni məsələsi Türkiyənin daxili problemi olmaqdan çıxıb, biz azərbaycanlıların başına daş kimi düşdü. Əvvəlcə şərqi Anadoluda dövlətçiliyə iddia edən ermənilər, Türkiyə ilə razılaşıb iddialarını Azərbaycan torpaqları hesabına kompensasiya etdilər. Azərbaycan nəinki İrəvan və Zəngəzuru itirdi, hətta Naxçıvan, Qarabağ, Gəncə mübahisəli ərazilərə çevrildi. Gələn dəfə xəritədə “ADR” cızma-qaralayanda bunu nəzərə alın. Türkiyə Azərbaycanın hesabına erməni problemindən xilas oldu və bu işdə onlara Rəsulzadə vasitəçilik törətdi. Ki bu azərbaycan xalqı qarşısında misilsiz tarixi cinayətdir.
Nadir Qocabəyli: Velosiped sürən isveçrəli nazir fotosunu bizimkilər az qala yadplanetli kimi qəbul edir. Başa düşə bilmirlər ki, isveçrəli nazirin velosiped sürməsi təkcə onun sadəliyi ilə bağlı deyil. Bu bir şıltaqlıq, maşınla gəzməkdən bezmə, var-dövlətdən, komfortdan yorulma da ola bilər. Bizim insanımızın xəbəri yoxdur ki, Qərbdə vəzifə tutan şəxslərin çoxu 2-ci, 3-cü dərəcəli adamlardır. 1-ci dərəcəlilər çox zaman gözə görünmür. Heç kəsin ağlına gəlmir ki, nəqliyyat nazirinə velosiped sürməyi kimsə tövsiyyə də edə bilər. Bu seçki kampaniyasına hesablanmış gediş də ola bilər.
Azər Abdulov: Dunənki içlasda elə bildim ki, 3-4-nazir vəzifəsindən azad edilib fəaliyyəti yoxlanılaraq çəzalanacaq. Elə bildim ki, bahaçılıq yaradan gömrüyü ləğv edəcəklər. Elə bildim ki, gömrüyün yaratdığı monopoliya bahaçılığından başqa, dünyanın heç bir yerində olmayan vergi qanunvericiliyinin dəyişdirilməsi barədə gostəriş veriləcək. Əmək haqqının artırılmasi barədə qərar qəbul ediləcək. Elə ölkədə baş verən ozbaşınalığı hamı bilir də. Məlum oldu ki, qarşısını almayacaqlar. Babam da dedi ki qayda-qanun ancaq Sovet vaxtında olub, indi yenə də qayda-qanunu ancaq onlar gəlib yarada bilərlər, xalqı ağ günə çıxarda bilərlər. Ançaq daha bir də səhv edib deməyin ki, filankəsi niyə filanıncı ildə tutublar. Bax özünüz görürsüz ki, hamısı türməlikdi!
Zeynəb Cəfərli: Ərəblər 15-16 yaşlı qızlarla otellərdə gəzirlər... Bunu da görmürlər? Ölkədə pozğunluq baş alıb gedir. Kişi cinsində yaranan məxluqlar da fahişəlik edir. Bunu da görmürlər...
Seymur Şahbazzadə: Azərbaycanlılar istənilən ictimai-siyasi quruluşu batırmağa qadirdir. Lakin həqiqət naminə demək lazımdır ki, sosializm azərbaycanlıların müsbət potensialını üzə çıxardan -hələ ki- yeganə quruluşdur. Biz nə ona qədərki, nə də ondan sonrakı kapitalizmdə bir uğur qazanmamışıq.
Əkrəm Məlikov: Sovet hökuməti axmaq hökumət idi. Sayğacsız qaz, su verirdi camaata. Qaniçən Sovet hökumətinin vaxtında bir nəfərin yandırdığı qazın pulu cəmi 25 qəpik idi. Dizel yanacağının litri 7 qəpik, benzin 10 qəpik, ag neft 3 qəpik idi. Başdanxarab hökumət necə olur ki? İndi 1 litr nefti 1 manat 50 qəpiyə zorla tapırsan lampaya tökməyə. Bax buna varam!

Комментариев нет:

Отправить комментарий