Страницы

13.01.2017

Misirdə çəkilən "yaralı Hələb uşaqları"

Misir polisi “yaralı Hələb uşaqlarını” səhnələşdirən fotoqrafı həbs etmişdir. Misir Daxili işlər nazirliyi rəsmi facebook səhifəsində bununla bağlı video yayımlamışdır. Polis “yaralı uşaqların” səhnələşdirilmiş şəkillərini çəkən şəxsi yaxaladığını bildirmişdir. O, çəkdiyi şəkilləri sosial şəbəkələrdə Suriyanın Hələb şəhərində qırğın və yaralı insanların görüntüsü kimi paylaşmağı planlaşdırmışdı. “Misirin Port Səid əyalətində saxlanılan çəkim komandasına fotoqrafın köməkçisi və uşaqların valideynləri daxildir”,- nazirlik sosial şəbəkədə yazmışdır. Məlumata görə, polis yerli rəsmilərin qərarı ilə qanunsuz olduğu üçün dağıdılan binaların yanında olan çəkim prosesinə şahidlik etmişdir. Boya ilə qırmızı rəngə boyanmış ağ paltarlı qızın əlində eyni formada “qanlı” olan oyuncaq vardı. Həbs olunan fotoqraf şəkillərin Hələbdə çəkildiyi adı ilə sosial şəbəkələrdə paylaşacağını təsdiq etmişdir. Belə məlumatlar “yaralı uşaqlar”la bağlı şəkilləri iki dəfə yoxlamalı olduğunuzu göstərir. Misir polisi ekranlarınızda növbəti yalan hekayənin ortaya çıxmasının qarşısını almışdır.

Комментариев нет:

Отправить комментарий