Страницы

10.01.2017

Qəribədir mənim taleyim...

Məşədibaba Aydəmirov 1971-ci ildə fevral ayının 13-ü Bakı şəhərinin Maştağa qəsəbəsində anadan olub. Uşaq yaşlarından şeirə böyük maraq göstərib. Yüzlərlə şeir, qəzəl, qəsidə müəllifidir.
Məşədibaba Aydəmirov uşaq yaşlarından şeirlər yazırmış. Böyüdükcə onun bu istedadı da artır. Valideynləri Məşədibabanın bu istedadını görüb onu məktəbdən çıxarırlar. Beləcə, balaca Məşədibaba bütün vaxtını bədii kitablar oxumağa, şeir yazmağa ayırır. Məlahətli səsi ilə hər kəsi heyran edən Məşədibaba gənc yaşlarından məşhurlaşır. Artıq o, yazdığı qəzəlləri meyxanaya çevirir. Bundan sonra Məşədibaba toylara çoxsaylı dəvətlər alır. Qısa zamanda qəsəbə camaatı arasında hörmət qazanan meyxanaçı kasıb ailədə böyüdüyü üçün kənddə bir çox imkansızların toyuna təmənnasız gedirmiş.
Ustadı olmayıb, söz sənətinin ALLAH tərəfindən olduğuna inanır: "Bu meyxanə belə şeydi ki, bunun ustadı yoxdur, yəni ki, insanın özündən asılıdır, əgər sənin bacarığın varsa-deyəcəksən, bacarığın yoxdursa, lap 50 il sənə bir ustad dərs versin, xeyri yoxdur. Bu tamam ALLAHIN vergisidir, varsa səndə var, yoxdursa insanlar sənə kömək eləyə bilməz" - ANS TV-yə verdiyi müsahibəsində deyir.
Nəhayət, bir gün tanınmış meyxanaçı subaylığın daşını atmaq qərarına gəlir. Əmisi qızını istəyən Məşədibaba onunla nişanlanır. Toylarına çox az qalmış meyxanaçı həbs olunur. O, dostu meyxanaçı Elçin Atakişiyevi aralarında yaranan münaqişə zamanı qətlə yetirir. 6 il dəmir barmaqlıqlar arasında qalan Məşədibaba 2000-ci ildə həbsdən çıxır.
Əsərlərinin çoxunu həbsdə olarkən yazıb. 2000-ci ildə ailə həyatı qurub. Bir il sonra isə onların Mircəlal adlı övladları dünyaya gəlir. Bir müddət sonra bu xoşbəxt ailə arasında soyuqluq yaranmağa başlayır. Buna da səbəb içki olur. İçkiyə qurşanan Məşədibaba ailəsini unudur. Və 9 il sonra ailə dağılır. Həyat yoldaşı və uşağı evdən çıxıb gedirlər.
39 yaşlı Məşədibaba Aydəmirov 2011-ci il 10 yanvar tarixində yaşadığı evin qarşısında üstünə benzin tökərək özünü yandırıb. O, qonşuların köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Yanvarın 11-də Maştağa kəndində dəfn olunmuşdur.Allah rəhmət eləsin...

Qədrini, ey Baba, millət o zaman dərk edəcək ki,
Qalacaq vücudi-canın o zaman məzar içində.

Комментариев нет:

Отправить комментарий