Страницы

25.01.2017

Rәfail Zülfüqarov - Әli eşqində

Açsın qәzәlim tazә mәcra Әli eşqindә,
Tapsın özünә yol hәr misra Әli eşqindә.

Alәm necә hәsrәtdir hәmdәm ola tәqvayә,
Tapdı özünә hәmdәm tәqva Әli eşqində.

Axtarma әbәs Hacәr, olmaz Әlisiz hasil,
Zәm-zәm ki zühur etmiş Mövla Әli eşqindә!

Kәzzab olar ol kәs ki, yoxdursa vilayәtdә,
E'lan eliyәr yanmış guya Әli eşqindә.

Mәcnun elә dәfn etdi sevdasını sәhradә- 
Mәcnun belә sevdadә, sәhra Әli eşqində.

Dünya necə fәrqliymiş üqba ilә nisbәtdә.
Dünya Әlidәn qafil, üqba Әli eşqində.

Eşqi-Әlidir, şair, mә'na verәn hәr beytә,
Tapmazsa Qәrib әfsus, sevda Әli eşqində.

Комментариев нет:

Отправить комментарий