Страницы

12.01.2017

" Türkiyə İŞİD-ə dəstək verərək üstümüzə yolladı"

İraqda yaradılmış şiələrin müdafiə ordusu olan Haşdi Şabinin tərkibində 30 min türkmən döyüşçüsü də vardır. Haşdi Şabi bir sıra uğurlar əldə edərək İraq ərazisini İŞİD terrorçularından təmizləməkdədir. Ancaq rəsmi Ankara şiə könüllülərinin əməliyyatlarda iştirakına qarşı çıxıb. Eyni zamanda Türkiyə ordusunun da İŞİD-ə qarşı döyüşmək üçün İraqa girməsini tələb edib. Ancaq mərkəzi İraq hökuməti Türkiyə ordusunun Mosul əməliyyatına qarşı çıxıb. Nəticədə Türkiyə ordusu birbaşa Mosul əməliyyatına qatılmayıb.
Haşdi Əl-Şabinin 16-cı türkmən tuqayının komandiri bununla əlaqədar olaraq Türkiyə hökumətinə səslənib. O mediaya açıqlamasında bildirib ki, Türkiyənin türkmənləri dəstəkləmək üçün İraqda olması iddiaları tamamilə yalandır:
“İŞİD İraqa girəndə Türkiyə hardaydı? Telaferda 500 min türkmən vardı. İŞİD neçə-neçə türkmən kəndlərini ələ keçirəndə bir yol gəlib demədi ki, İŞİD-in etdikləri cinayətdir. Niyə türkmənlərin başına bu faciələrin gəlməsinə imkan verdi? Məgər Telaferdə qətl edilən türkmənlər türk deyildi? Türkiyə heç türkmənlərin özünə ən yaxın bölgəsi olan Telaferə də yardım etmədi. Türkiyə rahatlıqla onların imdadına yetişə bilərdi, amma yetişmədi. İŞİD gəlib namuslarımıza toxunanda, cihad adı altında uşaqlarımızın başını kəsəndə, gəlinlərimizi əsir aparanda Türkiyə hardaydı?! İŞİD türkmən ellərini viran qoyub xarabalığa çevirdi. Türkiyə onda həmin torpaqları türkmən olaraq görmürdümü? Türkiyənin nəzərində Telafer türkmən deyilmi? Ankara bizi görməzdən gəldi. Biz türkmənlər müdafiə olunmaq üçün Haşdi Şabi ordusu qurmuşuq və məhz indi Türkiyə İraqa girmək üçün bəhanə axtarır. Adımızdan istifadə edir ki, guya biz türkmənləri qoruyacaq! Artıq türkmənin öz gücü var və Türkiyəyə ehiyacımız yoxdur. Biz çətin dönəmlərdə bütün qonşularımızdan yardım istədik, bütün dünyaya yardım fəryadları göndərdik. “Gəlin bizə yardım edin, evimizə atəş düşüb”- deyə nalə çəkdik. O atəşi qoydular yansın, kamil bitsin, indi guya Türkiyə bizə yardıma gəlir! Biz atəşi biz öz qüvvətimizlə, öz millətimizlə, iranlı qardaşlarımızla söndürərkən Türkiyə ortada peyda olub bizə sahib çıxmaq istəyir! Türkiyə həqiqətənmi türkmənləri qorumaq istəyir? Qorumaq beləmi olur? Biz qurduğumuz əsgəri gücün adını Türkmən Gücü qoymuşuq. O fəlakətli günlərdə ilk növbədə gözləyirdik ki, Türkiyə bizə yardım edəcək. Lakin belə olmadı. Türkiyə bizə yox, qarşı tərəfə yardım etdi. İŞİD-ə dəstək verərək bizim üstümüzə yolladı. Türkiyə əslində bizimlə müharibə etdi. Alahın bir böyük neməti idi ki, bu qədər itkilərin içində qardaşların köməyilə ordu qura bildik və müdafiə olunduq. Kiçik bir imkaniyyatla illər boyu İŞİD-ə qarşı sinə gərdik. Artıq bizdə kifayət qədər güc var. Biz indi təkcə türkmənləri deyil, başqa millətləri və bütün İraqı qoruya biləcək bir hala gəlmişik. Və bir daha Kərbəla müsibətinin təkrarlanmasına imkan verməyəcəyik”.

Комментариев нет:

Отправить комментарий