Страницы

11.02.2017

Azərbaycanda “İranofobiya” xəstəliyinin şiddətlənməsi və onun müalicə yolları

Azərbaycan Respublikası rəsmilərinin sionist rejimi rəsmilərindən diplomatik, siyasi yönəltmə və mediya təbliğatı sahələrində asılılığından əlavə, son illərdə bu ölkənin İsrailə struktur bağlılığı da intensiv xarakter almışdır. Bu isə öz növbəsində, sionist rejiminin Danyada apardığı anti-İran və anti-İslam siyasətlərinin Azərbaycan Respublikasında da müşahidə edilməsinə səbəb olmuşdur.
Sionist rejimin baş nazirinin Bakıya səfərindən sonra Azərbaycan şiə fəallarına qarşı artan təzyiqlər və hüvumlar həmin mövzunun nəticələrindəndir. Azərbaycan Respublikasının İranla münasibətlərindəki dəyişiklik rasional bir məntiqə əsaslansaydı ötən bir il ərzində İranofobiya müşahidə edilməməliydi. Qüdrət Həsənquluyev, Fazil Müstafa kimi pozucu ünsürlər, digər deputatlar və Bakı rəsmiləri İran İslam Respublikası prezidentinin Ermənistana səfərini bəhanə edərək televiziya kanallarında bu səfəri- “siyasi nadanlıq və dini cəhətdən haram” elan edib İran əleyhinə əsassız təhqirlər və təhqirlər yağdırmamalı idilər. Çünki xüsusilə ötən bir il ərzində İran Azərbaycanla əlaqələrin inkişafını təmin etmək üçün bu respublikada külli miqdarda imkanlar yaratmışdır ki, bunu Azərbaycan rəsmiləri müəyyən dərəcədə dilə gətirmişlər.
Neftin ucuzlaşması və büdcə gəlirlərinin azalması nəticəsində Azərbaycan Respublikasının çətinliklərlə qarşılaşması və onu aradan qaldırmağa can atdığı bir şəraitdə İranın dəmiryolu xəttini Azərbaycanın dəmir yolu xəttinə qovuşdurması işini sürətləndirməyə çalışması belə bir təsəvvür yaradırdı ki, Bakı-Tehran arasında strateji bağlılıqları gücləndirmək üçün qarşılıqlı və mükəmməl etimad yaranmaqdadır.
Həmçinin İran öz sərmayəsilə Araz üzərində su elektrik stansiyasını tikməsi, Azərbaycan Respublikası prezidenti İlham Əliyevin Tehrana səfəri zamanı bu proyektdə səhmdar olması əslində qarşılıqsız böyük bir siyasi-iqtisadi imkandır ki, Bakının ixtiyarına verilmişdir. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev və digər rəsmilər də dəfələrlə bəyan etmişlər. Belə bir şəraitdə Bakıda İranofobiyanın intensivləşməsi məntiqi baxımdan qəribə və rasionallıqdan uzaq bir hadisədir.
Qeyd etdiyimiz kimi, bütün bu siyasi-iqtisadi imkanların artması ilə eyni zamanda İranofobiya da son bir il ərzində intensivləşmişdir. Bunun da sionist mərkəzlərinin təsirindən başqa bir səbəbi ola bilməz. Çünki həmin bir ildə sionist rəsmiləri və KİV-ləri İranı xətər mənbəyi kimi təqdim etmələri də daimi xarakter almışdır. Halbuki məntiqin tələbinə görə nüvə sazişi imzalandıqdan sonra sionistlər də İranofobiya siyasətlərindən əl çəkməli idilər. Əməldə isə belə olmadı və sionistlər nüvə bəhanəsini itirdikdən sonra digər bəhanələrə əl ataraq İranofobiya aşılamalarını artırdılar ki, bu siyasət sionist rejiminin xəlvət guşəsinə çevrilən Azərbaycan Respublikasında inikasını tapdı.
Azərbaycan Respublikasının İran siyasətində sözlə əməl arasındakı zidiyyətlər çox aydın müşahidə edilməkdədir. İranla dostluq və əməkdaşlığı vurğulayan Azərbaycan rəsmiləri İsraillə ən yaxın münasibətdə olmaqdan əlavə İsrailin yolunu gedirlər. Qarabağ böhranı bəhanəsilə ölkəni İsrailin silah-sursat deposuna çevirmişlər. Özləri də iki ölkə (İran və Azərbaycan Respublikası) əhalisinin mədəni bağlarını və ortaq mədəni cəhətlərinin aradan aparmaq üçün tarixi saxtalaşdırmaq kimi fundamental anti-İran siyasətlərini, etnik təhrikləri və şiə düşmənçiliyini artıraraq, əhalinin mədəni və məzəhəbi meyillərini dəyişdirməyə çalışırlar. Son bir il ərzində isə bu səylər “multikulturalizm ili” pərdəsi altında daha da intensivləşmişdir.
Bundan əlavə İran-Azərbaycan ticari və iqtisadi əlaqələrin genişlənməsi istiqamətində Bakının şərtlər qoyması və bu sahədə səhlənkarlıq etməsi, dəmiryolu planında ağır şərtlər qoyması və dolayı əngəllər yaratması -bu planın Tehrandan çox Bakı üçün zəruri olmasına rəğmən- sübut edir ki, Bakının İranla münasibəti haqqındakı əməli siyasəti bəyan etdiyi siyasətindən fərqlidir.
Azərbaycan Respublikası İranla münasibətini genişləndirməyə dair zahiri işlər görsə də, əlaqələrini məhdud saxlamağa çalışır. Əlbəttə, iki ölkə əhalisi arasındakı tarixi, ruhi və məzhəbi bağlılıq səbəbindən, Bakıdakı anti-İran ünsürlərin başboğazlığı əksər hallarda əks nəticə vermişdir. Əlbəttə İran da öz növbəsində informasiya vasitələri yolu və hesablanmış siyasi, təbliğat reaksiyaları ilə antiİran qüvvələrinin sarsaqlamalarını pozmağa məcburdur ki, bu kimi sözlərin mənfi təsirini azaltsın. Çünki sükut və passivlik istənilən nəticəni vermir. Necə ki Azərbaycan Respublikası ilə münasibətlərdə son illədəki müşahidə olunan sükut və passivlik bu ölkədəki antiİran qüvvələrinin daha cəsarətlənməsinə gətirib çıxarmışdır.
Azərbaycan Respublikasının siyasi strukturunda əsaslı dəyişikliklər olmadan, sionizmdən siyasi və fikri asılılıq aradan qalxmadan Bakının antiİran siyasətləri də aradan getməyəcəkdir. Örnək üçün deyə bilərik ki, İranın xarici siyasət aparatları və bütün əlaqədar təşkilat və qurumları hər il ardıcıl olaraq iki ölkə əlaqələrinin genişlənməsinə çalışır və çoxlu vəsait sərf edirlər. Lakin Bakıda isə münasibətlərin genişlənməsinin əksinə olaraq iki ölkə arasındakı tarixi birliyin, dostluq əlaqələrinin, məzhəb vahidliyinin əleyhinə kitablar və məqalələr dərc edilməsinə etinasızlıq müşahidə edilir.
Azərbaycan Respublikası dövləti hər ilin sonunda mütəmadi olaraq “31 dekabr- Dünya azərbaycanlılarının həmrəyliyi günü” adı ilə İrana qarşı düşmənçilik yayır. Halbuki 1989-cu ilində 31 dekabr və ondan qabaqkı və sonraya aid günlər, yəni SSRİ-nin son günləri məhz -Azərbaycan əhalisinin İrana məhəbbətini tərənnüm edən günlər idi. Amma “Dünya azərbaycanlılarının həmrəyliyi gününü” (31 dekabr) planlaşdıranlar bu müsbət, mənəvi və İrana qarşı məhəbbəti tərənnüm edən hadisəni millətçi və İrana zidd hadisə kimi saxtalaşdırır, hər ilin sonunda əlaqələrin genişlənməsinə istiqamtində əldə olunan bütün nailiyyətləri havaya sovururlar. Azərbaycan Respublikasında bu istiqamətdə fəaliyyət göstərən ünsürlərdə əlaqədar düzəliş olmasa, iki ölkə arasındakı siyasi münasibətlərdə qasırğaların şahidi olacağıq. /az.truthngo.org/

Комментариев нет:

Отправить комментарий