Страницы

09.02.2017

Nurçu Bakı merinin oğlu ilə şərikdir?

Bir müddət  əvvəl  “nurçu”  təriqətinə mənsub olması səbəbindən vəzifəsindən uzaqlaşdırıldığı söylənilən PA-nın sabiq şöbə müdiri Elnur Aslanovun “biznes şəbəkəsi” ilə bağlı mətbuatda maraqlı yazılar dərc olunurdu.
Həmin vaxt qafqaznews.az olaraq  bu “şəbəkə”nin üzvləri haqqında yazılar dərc elədik.
Qısa xatırlatma üçün bildirək ki, o vaxt apardığımız araşdırmalardan bəlli oldu ki, Elnur Aslanov öz ətrafında xeyli sayda gəncləri, imkanlı şəxsləri, iş adamlarını, biznesmenləri birləşdirib.
Belə şəxslərdən “NOVCO” Şirkətlər Qrupunun rəhbəri Fərid Novruzini, onun doğma qardaşı, Gömrük Komitəsinin sədri cənab Aydın Əliyevin kürəkəni Elsel Novrizini və başqalarını göstərmək olar.
Fərid Novruzinin yaxın ətrafına aid olan imkanlı şəxslərdən biri də Elxan Əsədovdur. Bu şəxs isə AFFA-da məsul vəzifə daşıyır.
Qafqaz Xəbər Agentliyinə daxil olan məlumatda Göydəniz Qəhrəmanovun da adı bu şəbəkənin “ünlü sima”larından biri kimi xüsisi vurğulanırdı. Məlumat üçün bildirək ki, Göydəniz bəy “SPEKTR” turizm şirkətinin sahibi və “KOFE shop”-un nümayəndəsidir.
Son günlər Elnur Aslanova məxsus “şəbəkə” ilə bağlı redaksiyamıza maraqlı məlumat daxil olub.
Beləki vaxtilə haqqında bəhs etdiyimiz Göydəniz Qəhrəmanov hazırda Bakı şəhərnin meri Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbovla şərikdir. Bir az tarixə ekskurs edərək bildirək ki, Göydəniz Qəhrəmanovla İsrafil Abutalıbovun tanışlığı cümə namazından başlayıb. Daha dəqiq desək, İsrafil Abutalıbovun hər həftənin cümə günü məsciddə namaz qıldığını bilən nurçular öz fəal üzvləri olan Göydəniz Qəhrəmanovu “xoda” salaraq onu tanlşlıq üçün cümə namazına göndəriblər. Məsciddə İsrafillə tanış olan Göydəniz sonradan nurçuların təlimatı ilə İsrafilin biznes şərikinə çevrilir. Dindanlıqdan dəm vuran Göydəniz tez bir zamanda İsrafilin qəlbinə girərək “Qış  Bulvarı” layihəsinin sahibinə çevrilir. Məsələ o həddə çatır ki, İsrafil Abutalıbov atasının yanında Göydəniz Qəhrəmanova görə zamin duraraq “Qış Bulvarı”nın tikintisini nurçuların sərəncamına verir. Və nurçular bu tikintidən milyonlar əldə edirlər.
Bu layihədən yaxşıca bəhrələnən Elnur Aslanov, Fərid Novruzi və Göydəniz Qəhrəmanov layihə başa çatandan sonra da hələ xeyli müddət bu məsələni gülüş hədəfinə çevirirlər. Hətta dostlar öz aralaraında danışır ki, merin oğlunun din adı altında  “verbovka” olunması Elnur Aslanova ləzzət eləmişdi.
Onu da qeyd edək ki, hazırda Göydənizin “Qış Bulvarı” parkında “Palıd” adlı kafe-çay evi fəaliyyət göstərir.

Sənan Məmmədli            qafqaznews.az

Комментариев нет:

Отправить комментарий