Страницы

02.02.2017

Rafail Zülfüqarov - Heyrәt sәnә Zeynəb

Hәr kәs sәnә qeyrәt dedi, qeyrәt sәnә Zeynәb
Qeyrәt özü min kәs qalıb heyrәt sәnә Zeynәb

Peyğәmbәri-Әkrәm, Xanımın şanlı babası
Kimdir o xanım, göstәr ola Zәhra anası
Bir kimsәni göstәr ola hәm Mövla atası 
Allah nә qәdәr verdi şәrafәt sәnә Zeynәb
Hәr kәs sәnә qeyrәt dedi, qeyrәt sәnә Zeynәb
Qeyrәt özü min kәs qalıb heyrәt sәnә Zeynәb

Çox ali mәhәbbәtlә sәni xәlq edib Allah
Xәlq eylәdi, әhsәn dedi O kәndinә vallah 
Sәn Ali-Әbanın gözünün nurusan, ey mah!
Mövla buyurub, ömrünә zinәt, sәnә Zeynәb
Hәr kәs sәnә qeyrәt dedi, qeyrәt sәnә Zeynәb
Qeyrәt özü min kәs qalıb heyrәt sәnә Zeynәb

Bir kimsә sәnә eylәyә cürət ola bilmәz
Elmindә sәnә etsә rәqabәt ola bilmәz
İsmәt necə ismәt, belә ismәt ola bilməz 
Çün qalmış anandan o әmanәt sәnә Zeynəb 
Hәr kәs sәnә qeyrәt dedi, qeyrәt sәnә Zeynәb
Qeyrәt özü min kәs qalıb heyrәt sәnә Zeynәb

Ey şahi-şәhidan ağamın dildә duası
Ol kәski Müctәbanın olan, nazlı sonası
Ey qәmdә şәriksiz yaranan qәmlәr anası
Xaliq necә bәxş etdi dәyanәt sәnә Zeynəb.
Hәr kәs sәnә qeyrәt dedi, qeyrәt sәnә Zeynəb
Qeyrәt özü min kәs qalıb heyrәt sәnә Zeynəb

Mövludu-mübarәkdir gәlib hamı sevincәk
Mövlud günüdür, çünki qәlәm yazmadı kövrək
Әldә bu şeir, söylәyirәm mәn dә mübarək
Bәlkә Qәrib әfv oldu behörmәt sәnә Zeynəb 
Hәr kәs sәnә qeyrәt dedi, qeyrәt sәnә Zeynәb
Qeyrәt özü min kәs qalıb heyrәt sәnә Zeynәb.

Комментариев нет:

Отправить комментарий