Страницы

23.03.2017

Əbbasilər dövləti və İŞİD

Gamlo Asadullah

Mənə yazırlar ki bə bu axır zamanda mövcud olacaq Əbbasi dövləti nədir? Bəs deyirlər ki güya bu İran İslam Respublikasıdır. Qardaşları çaşdıran bir qrup insan neçə vaxtdır ki İran Əbbasi dövlətidir deyə bir söz atıblar, burda düşüncəsi zəif olan kəslər bu iftiranı bayraq edib gəzirlər. Özüdə nəyi əsas götürürlər? Deyirlər ki İslam İnqilabı da Əhli-Beyt adı ilə edildi, Əbbasilərin üsyanı da. Həə? bax buna görə "sto prosent" İran elə Əbbasilərdir. Çox "tupoy" yanaşmadır.
Əbbasilərin Əhli-Beytlə düşmənçiliyi necə olsun bəs? İran əksinə dünyada Əhli-Beyt məktəbini yaymaq üçün büdcəsini tökür ortaya. İran əksinə nasibiləri məhv edir, onları öldürür. Araqatan boşboğazlardan fərqli olaraq... Axı bunlar hədisləri düz əməlli oxumurlar. O hədislərin içindəki mətnləri təhlil etmirlər. Baş yoxdur ki təhlil etsinlər. Nə düz əməlli orta təhsilləri var, nə də ali təhsilləri var. Məsələn, hardan bilsinlər ki Şam və İraq arasında bir dövlət olub məhv ediləcəyi haqqında rəvayətlər var? Və hardan bilsinlər ki Əbbasilərin fatihəsi elə Kirkisiya deyilən yerdə, məhz Şam və İraq arasında veriləcək? Hardan bilsinlər ki hədislərdə Sufyani və Seyid Xorasani iki tərəfdən onlara- Əbbasilərə hücum çəkəcək və bu hücum olunan yer elə Şam və İraq əraziləridir? Hardan bilsinlər ki orda hələ Mərvanilər var və o mərvanilər kimdir? Baş var bunlarda?
Hədislərdə deyilir ki Əbbasi dövləti çox rahatlıqla qurulacaq. İranda İslam dövləti qurmaq üçün on illərlə mübarizə aparılıdı, şəhidlər verildi. Amma İŞİD çox tez quruldu və onların qabağında əvvəl heç kim dura bilmirdi. Bunlar qəbul etmək istəmirlər ki Əbbasi dövləti elə vəhabilərin Əhli-Beyt düşmənlərinin İŞİD və Nusra kimi qüvvələridir ki Şamda və İraqda döyüşürlər. Kirkisiya da elə təxminən Deyr-əz-Zor ərazisidir ki indi İŞİD-i o tərəfə sığışdırırlar. Şimaldan kürdlər, qərqdən Suriya ordusu, şərqdən isə İraq ordusu. Hər yerdə də İran qoşunları mövcuddur. Hədislərdə gəlir ki Əbbasilər bir-biriləri ilə toqquşacaqlar- elə bu da baş verir onların arasında. Bu xırdalıqlara getmədən əllərinə 3-4 hədis götürüb düşüblər ortaya, özlərini gülüş obyektinə çeviriblər.
İŞİD-in "qara bayraqları" heç kəsə tanış gəlmir ki? Əbbasilərin bayrağı nə rəngdə olub? Bu haqda geniş mövzu yazacam. Hədislər də var. Amma ondan öncə başqa bir maraqlı mövzu var. Onu da çaşılaşacam ki bu axşam, ya da sabah paylaşım.

https://www.facebook.com/gamloali

Комментариев нет:

Отправить комментарий