Страницы

14.03.2017

Vüqar Həmati - Hərdən

Ey sevgili dilbər, mənə sən naz elə hərdən,
Könlüm quşu bülbül kimi gəlsin dilə hərdən.

Qonmaqla bu güldən-gülə, bülbül, sən özün də,
Gülşəndə vəfasızlıq edirsən gülə hərdən.

Hər dəfə mənim dərdimə gülmək yaramaz ki,
Gözdən mənim əhvalıma bir tök gilə hərdən.

Tab eyləyə bilməz bu könül dərdə həmişə,
Ver fasilə, dərdin gedə hərdən, gələ hərdən.

Çoxdursa əgər möhnəti tapşır bu Vüqarə,
Meyxanədə mey camını alsın ələ hərdən.

Комментариев нет:

Отправить комментарий