Страницы

30.04.2017

Azər Bandoj - Ya Hüseyn

Mən mərizəm, dərdimin dərmanı sənsən, ya Hüseyn,
Müttəqilər rövzeyi-rizvanı sənsən, ya Hüseyn.

Kim düşə səndən cüda, tampaz nicat məhşər günü,
Çünki ol məhşər günün mizanı sənsən, ya Hüseyn.

Eyləmiş rahində Əbbas qolların qurban sənə,
Pər-pər olmuş qolların qurbanı sənsən, ya Hüseyn.

Zeynəbi-nalanənin yer naləsindən titrədi,
Doxtəri-şəmsvəşin nalanı sənsən, ya Hüseyn.

Namın əzbərdir dilində cümleyi-aşiqlərin,
Aşiqi-sadiqlərin sultanı sənsən, ya Hüseyn.

Ağlayır göylər bu matəm içrə, yerlər ağlayır,
Ta qiyamət dillərin dastanı sənsən, ya Hüseyn.

Cəbrəil açmış qanad kim, yanmasın başsız bədən,
Qumlar üstə zikr edən Sübhanı sənsən, ya Hüseyn.

Hər gələndə mahi-matəm, sinəsin dağ eyliyən,
Yas tutan bu Bandojun ünvanı sənsən, ya Hüseyn.

Комментариев нет:

Отправить комментарий