Страницы

18.04.2017

Azər Həsrət nəyin həsrətindədir?

Azər Həsrət kimi İlham Əliyev və onun komandasını vicdansız, əclaf, itlər, cinayətkar, mərhum jurnalist Elmar Hüseynovun qətlinin sifarişçiləri və icraçıları adlandıran adam dini adları bəyənmir

Azər Həsrət adlı jurnalist son illərdə ölkəmizdə Məhəmməd, Əli, Zəhra, Fatimə, Yusif və Hüseyn kimi dini adların artmasından narahat olaraq ədəbsizcəsinə bu adlara ərəbin əndrəbadi adları deyib.
Qələmi ilə oxucu cəlb edə bilməyən jurnalistlər ucuz qalmaqalla oxucu toplamaq fikrindədirlər.
O, Azərbaycan xalqının onlarla etnik xalqdan təşkil olunmasına və ümumiyyətlə bu xalqın türk olmamasına baxmayaraq onları türk adlandıraraq əhalinin adları türk adları olmalıdır kimi bir səfsəfə ortaya atıb.
Hər şeydən əvvəl Azər Həsrət kimdir? Azər Həsrət İlham Əliyev və onun komandasını vicdansız, əclaf, itlər, cinayətkar, mərhum jurnalist Elmar Hüseynovun qətlinin sifarişçiləri və icraçıları adlandırıb. Bundan əlavə İlham Əliyev və onun ailəsini terrorçu və ölkəni terrorçuluq prinsipləri ilə idarə edən tayfa adlandırıb. Həmin məşhur video youtube kanalında var.
Bundan sonra pul və medala həsrət qalmış Azər Həsrəti İlham Əliyev fəxri jurnalist adına layiq görərək medal ilə təltif edib.
Həmin video və şəkillər Azər Həsrətin şəxsiyyət, səviyyə, mənlik və mənəviyyatını aydın şəkildə göstərir. Bakı mətbuatını tanıyan hər kəs bilir ki, bunlar cəmiyyətdə öz yerini tapa bilməyən və müəyyən cızma qaralarla əhalinin hissləri ilə oynamağa çalışan məxluqlardırlar- Xaliqini unutmuş məxluqlar. Öz ölkəsindəki həqiqəti yazmağa cəsarəti olmayan Həsrət, bu mükafatlandırmadan sonra hökumətin əsas müdafiəçilərindən biri olaraq daima İlham Əliyeevin şəninə təriflər yağdırmağa başladı.
Həsrətin səfsəfələrinə diqqət edək: "Ərəb adlarını başımızın üzərinə çıxarmaqla bir millət kimi özümüzü aşağılamış oluruq". Əvvəla bu adlar ərəb adları olduğu üçün yayılmayıb- əgər belə olsa idi, yüzlərlə ərəb adları var ki, heç bir qeyri ərəb o adlardan istifadə etmir. Məsələn Təlal, Vail, As, Üməyyə və sair. Ümumiyyətlə sən nə vaxt yuxarıda olmusan ki, deyirsən özümüzü aşağılamış oluruq?
Həsrət deyir əgər Azərbaycandan kənarda özünüzü Məhəmməd, Əli, Zəhra, Fatimə kimi təqdim etsəniz, bir alman, bir ingilis, bir fransız bunu eşidəndə dərhal deyəcək ki, siz ərəbsiniz. Həsrət adlarını sadaladığı bu xalqların mədəniyyətindən heçnə anlamayıb. Misal olaraq: Həzrət İsa (ə) peyğəmbərin anası Həzrət Məryəmin xristianlar arasında yayılmış adı Mariya. Bu ad demək olar ki, bütün Avropa və Amerika ölkələrində ən çox yayılmış adlardan biridir. Almaniyalı Mariya özünü təqdim edəndə heç kəs ona demir ki, sənin adın Fələstin mənşəli olduğu üçün sən fələstinlisən, sənin adın Fələstin adıdır. Bu cür adlar çoxdur. Misal olaraq Maykl, Şərqdə Mikayıl. Şərqdən Avropa dillərinə keçmiş Thomas və sair.
Deməli adı fars adı, soyadı isə ərəb sözü olan Azər Həsrətin nigaran olmağına əsas yoxdur.

badkubeh.com

Комментариев нет:

Отправить комментарий