Страницы

04.04.2017

Bakıda ucuz satılan dönərin əti haradan alınır?

Ətin kiloqramının 12-13 manat olduğu bu günlərdə paytaxtda 1 manat 50, 1 manat 80 qəpiyə ət dönəri satılır. Bu qiymətləri müqayisə edənlərdə isə şübhə yaranır. Görəsən belə dönəri satanlar nə qazanc əldə edirlər ki, işlərinə davam edə bilirlər. Yoxsa onların satdıqı ət heç də təmiz ət deyil?
xezerxeber.az məlumat verir ki, insanların sıx toplaşdığı yerlərdə cəmi 1,50 qəpiyə mal ətindən dönər satırlar. Halbuki bazarlarda sümüksüz ətin bir kiloqramının qiyməti 12 manatdan başlayır. Peşəkar dönərçilər bildirir ki, bir kiloqram ətdən cəmi 10-11 dönər hazırlamaq mümkündür. Bu isə 16 manat pul eləyir. Belə olduqda isə bu ətin haradan gətirildiyi və nə üçün bu qiymətə satıldığı maraq doğurur...
Dönərçilər isə bu qiymətə təmiz dönər satmağın mümkün olmadığını bildirirlər.
Dönərlə bağlı dövlət standartı da mövcuddur. Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsinin sözçüsü Fazil Talıblının sözlərinə görə, hazırda sahibkarlıq obyektlərinə yoxlamalar dayandırıldığından ciddi əsas olmadan onların fəaliyyətinə müdaxilə etməyə və sahibkarı cərimələməyə icazə verilmir. 2018-ci ilin yanvarın 1-dən etibarən Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bu məsələlərə daha ciddi nəzarət ediləcək.

Комментариев нет:

Отправить комментарий